Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Eynulla Fətullayev 2 ay da təcridxanada qalacaq
Avropa Məhkəməsi gələn ay jurnalistlə bağlı qərar verməlidir
Şənbə, 27.02.2010

Səid mətn ölçüsü  

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasında saxlanma müddəti 2 ay da uzadılıb. Bu barədə "Turan"a jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, bu, jurnalistin narkotik saxlaması ittihamı üzrə istintaqın yekunlaşmaması və istintaqın martın 28-dək davam edəcəyi ilə əlaqədardır.

Eyni zamanda, vəkil bildirib ki, son 15 gündə Fətullayev barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Müdafiə tərəfi və jurnalistin özü Apellyasiya Məhkəməsinə müraciət etmək və istintaq təcridxanasında qalma müddətinin uzadılmasına etirazını bildirmək niyyətindədir.

Qeyd edək ki, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çəkən "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaktoru Eynulla Fətullayev narkotik vasitələrin yayılması ittihamı ilə yeni 3 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Dekabrın 28-də jurnalistin saxlandığı cəzaçəkmə müəssisəsində əşyalarının arasından heroin tapılıb. Lakin redaktorun yaxın günlərdə onun işinə baxacaq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə həbsdən azad edilməsinə imkan verilməməsi üçün narkotik vasitənin onun əşyalarının arasına qəsdən qoyulduğunu hesab etməyə tutarlı əsasların olduğu deyilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

İran: amansız repressiyalar davam edir

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub

Jurnalist Həsən Ərk həbs edildi

Bölmənin digər xəbərləri
 
İcazəsiz aksiya iştirakçılarına cinayət işi
Onlar Şəhidlər Xiyabanı qarşısında polislə əlbəyaxa olmuşdular

Dünyanın 100-dən çox guşəsində Xocalı anıldı
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq şəhərində qeyd olunur.

Mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Onlar Gəncədə oğurluqla məşğul imişlər

8 hərbçi yaralandı, 1 əsgər həyatını itirdi
Daşkəsən hadisələri ilə bağlı isə 4 zabit saxlanıb

Nəriman Həsənzadədən irad
"Qarabağ mövzusunda əsərlər yazılır, sadəcə, onları oxumaq lazımdır"

Qazaxda jurnalistlərin Xocalı toplantısı
Xocalı soyqırımının 18-ci ildönümü Azərbaycan Jurnalistlər Birliyi Qərb zona filialında qeyd olunmuşdur.

"Qarabağ şikəstəsi" sərgisi təqdim olundu
Xocalıdakı yerli əhalinin soyqırımı - bəşər tarixində ən ağır cinayətlər sırasında yer almışdır.

Keçmiş AzTV-çilər qeyri-hökumət təşkilatı yaradıblar
İşdən çıxarılan işçilərin hüquqları burada müdafiə ediləcək

Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək
"Soyqırım cinayəti" adlı nəşr bu məqsəd üçündür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər