Dünyanın 100-dən çox guşəsində Xocalı anıldı
|
Şənbə, 27.02.2010
|
|
mətn ölçüsü |
|
|
|
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq şəhərində qeyd olunur. Fonddan APA-ya verilən xəbərə görə, soyqırıma həsr olunmuş silsilə mərasimlər Fondun təmin etdiyi təqdimat materialları əsasında həyata keçirilir.
Mərasimlərin hər il keçirildiyi şəhərlərin sırasına bu il Oslonun adlı əlavə edilib. Anma mərasimlərində Fondun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Fondun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunmuşdur. Anma mərasimlərində Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış "Qarabağ həqiqətləri" toplusunun və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı yayımlanmışdır.
|
|
|
Oxşar xəbərlər:
"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək
Moskva estafeti Osloya ötürdü
Qazaxda jurnalistlərin Xocalı toplantısı
"Qarabağ şikəstəsi" sərgisi təqdim olundu
Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək
|
|
|