Gürcüstanda repatriant qanunu dəfn olundu
 |
Ahısqa türklərinin tarixi torpaqlarına dönmələrinə imkan verilmir
Şənbə, 27.02.2010
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) |
mətn ölçüsü |
|
|
|
Ahısqa türklərinin öz tarixi vətənlərinə dönmələri üçün Avropa Birliyi, Avropa Şurası və BMT qarşısında 2003-cü ildə Mixail Saakaşvili xüsusi öhdəlik götürdü. Hətta bu yöndə bir neçə dəfə qanun da qəbul edildi. Ancaq ötən müddət ərzində bu qanunlar işləmədi. Səbəb sadədir: Gürcüstan hökuməti və gürcü kilsəsi Ahısqa türklərinin vətənə dönmələrini çox ciddi şəkildə əngəlləyir.
Bu azmış kimi, Gürcüstana köçüb gələn məhdud sayda olan Ahısqa türklərinə ölkə vətəndaşlığı pasportu da verilmir. Guya ölkənin türkləşməsi və islamlaşması təhlükəsi yarana bilər (?).
Sürgün olunmuş xalqların öz tarixi torpaqlarına dönmələri haqqında beynəlxalq insan hüquqları təşkilatları bar-bar bağırmalarına baxmayaraq, türklərin hüquq və azadlıqları məsələsi gündəmə gələndə öz strateji uzantılara hesablanmış niyyətlərinə görə susmağa üstünlük verilir. Gürcüstan hakimiyyəti də bu durumdan mümkün qədər yararlanmağa çalışır. Vəziyyət bax belədir
Əxlaq və siyasi iradənin tükəndiyi nöqtə
Ahısqa türklərinin Gürcüstana, tarixi vətənlərinə dönmələri üçün tələb olunan sənədləri bu ölkəyə təqdimetmə müddəti 31 dekabr 2009-cu il tarixdə bitdi. Halbuki dünyanın heç bir dövlətində sürgün olunmuş insanların qanunla öz tarixi yurdlarına dönmələri üçün hər hansı müddət və ya məhdudiyyət qoyulmur. Ahısqa türkləri 66 ildir sürgün kimi acı bir talenin ağrı və məşəqqətlərini hələ də yaşamağa məhkum olunublar. Keçmiş SSRİ çağında buna bir qədər "normal" baxılırdısa, 1991-ci ildən sonra Gürcüstan dövlətinin xüsusi məsuliyyət daşıması artıq əsas problemlərdən birinə çevrilibdir.
Bu gün Gürcüstan dövləti onun tarixi ərazisi olan Abxaziya və Güney Osetiyadakı separatizmdən əziyyət çəkdiyini təkidlə bəyan etməkdədir. Adını "milli azlıq" qoyduğu toplumu zor gücünə xristianlaşdırma və gürcüləşdirmə siyasətini apardıqda, təbii olaraq, separatizm meyilləri də güclənər. Əslində Gürcüstan bir dövlət kimi demokratik dəyərlərə önəm verməklə ən inkişaf etmiş bir region olaraq beynəlxalq dəstəyi qazanmaq istəyirsə, ilk sırada qeyri-gürcü xalqlara qarşı səmimi münasibət sərgiləməlidir. Bunun üçün əxlaq və siyasi iradəni ortaya qoymalıdır. Çox təəssüflər olsun ki, Gürcüstanda demokrat, liberal, dinçi, kommunist, leyborist və s. cildlərə bürünmüş gürcü siyasətçilərin heç birisində bu ali dəyərlərə rast gəlinməz.
1999-cü ilin aprel ayında Gürcüstan AŞ üzvü olduğu andan Ahısqa türklərinin tarixi torpaqlarına dönmələri və digər milli azlıqların hüquqlarının qorunacağı barədə xüsusi öhdəlik götürmüşdü.
Demokratik islahatlar aparmaqla yanaşı, həm də Ahısqa türklərinin hüquqlarının qorunması barədə qanunlar qəbul etdi. Buna görə beynəlxalq təşkilatlardan milyonlarla maliyyə dəstəyi aldı. Çünki kasıb və acından ölən, əraziləri işğal olunmuş "limonadlar ölkəsi" ağır həyat şəraitinə malik dövlətlərdən biri hesab olunur. Ahısqa türklərinin adını "mesxi", yəni məsihi (xristian) qoymaqla guya onlara yardım etmək istənilir.
Gürcü alimlərin uzun illərdən bəri uydurduqları bu qəribə ibarəni əslində Ahısqa türklərinin təhqir olunması kimi qəbul etmək lazımdır. Bir millətin varlığını, vətənini, torpağını, dilini və dinini dövlət səviyyəsində əlindən almaq, məhrum etmək ən azından faşizm siyasəti olaraq dəyərləndirilməlidir.
Mürtəce qanunların astar üzü
Gürcüstan beynəlxalq təşkilatları aldadaraq Ahısqa türklərinin vətənlərinə dönmələri üçün aldığı milyonlarla dollar vəsaiti mənimsəmək üçün bir sıra qanunlar qəbul edərək həmin donor təşkilatlara göndərmişdir. Bu qanunlarda belə qeyd olunub:
- Yaxın iki ildə Ahısqa türklərinin tarixi torpaqlarına dönmələri üçün bunun hüquqi bazası yaradılacaq;
- Üç il müddətində repatriantların Gürcüstanda məskunlaşması üçün imkanlar yaradılacaq;
- Vətənə dönüş 12 il ərzində tam həll olunacaq.
Bu üç təməl prinsiplərə söykənən və qəbul edilmiş qanunlardan artıq 10 il ötüb. Ancaq 350 min nəfərlik Ahısqa türkündən heç min nəfəri belə öz doğma yurduna dönə bilməyib. Hətta ATƏT-in monitorinq qrupu da bu problemin həllində maraqlı tərəf kimi çıxış etmir. Çünki ...Ahısqa türkləri xristian deyillər. Dövlət siyasətinin tərkib hissəsi kimi gürcüləşmək istəmirlər.
Onların bir millət kimi şərəfini tapdalayan mənfur diktator İosif Stalinin əməlləri sanki hələ də yaşamaqdadır. 11 iyul 2007-ci ildə Gürcüstan xarici donorlardan külli miqdarda pul qoparmaq üçün parlamentdə Ahısqa türklərinin vətənə dönmələri barədə əlavə qanun qəbul edib. Aradan üç il müddət ötsə də, həmin qanundan hələ də bir xəbər-ətər yoxdur.
Ahısqa türklərinin sürgün planı Tiflisdə hazırlanmışdı
Keçmiş Sovetlər Birliyinin arxivlərində bu yöndə minlərlə sənədlər hələ də qorunub saxlanır. 5 may 1944-cü il tarixdə Gürcüstan Xalq Komissarları Sovetinin sədri V.Vakradze Moskvaya, Lavrenti Beriyaya göndərdiyi 1500 saylı məxfi qrifli sənəddə belə qeyd edir:
"Gürcüstanın Türkiyə ilə həmsərhəd rayonlarından əhalinin ölkənin dərinliklərinə köçürülmələri barədə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi xüsusi plan işləyib hazırlayıb. Axaltsıq rayonunda 4200 (23 min nəfər əhali), Adıgündə 5650 (30 min), Asprindzada 4220 (21 min), Axalkələkdə 790 (3500) təsərrüfat vardır. Təsərrüfatların ümumi sayı 14 min 860 və əhali isə 77 min 500 nəfərdir".
Bu sənəd Moskvada diqqətlə araşdırıldıqdan sonra Ahısqa türkləri Gürcüstanın dərinliklərinə deyil, Lavrenti Beriya və Anastas Mikoyanın təklifi əsasında Orta Asiyaya sürgün olunublar. 1957-ci ildə Ahısqa türkləri haqqında bəraət verilsə də, Gürcüstan hökuməti onları 1991-ci ilə qədər yaxına buraxmadı. Bu proses indi də davam edir.
Gürcüstanın "məxsusi" məntiqi
Ölkə parlamenti və hakimiyyəti bildirir ki, Ahısqa türkləri öz tarixi yurdlarından 1944-cü ildə Moskva hökumətinin əmri ilə sürgün ediliblər. Buna görə müstəqil Gürcüstan dövləti həmin sürgün qanununa görə heç bir məsuliyyət daşımır. Buradan belə bir sual doğur: bəs Gürcüstan hökuməti nədən son illər Ahısqa türkləri barədə çoxlu sayda qanunlar qəbul edib? Statistik rəqəmlərə görə, 1991-1992-ci illərdə Gürcüstanda yaşayan və milli azlıq adlanan xalqlar da yaşadıqları torpaqlardan, evlərindən silah gücünə deportasiya olunublar. O cümlədən o zaman böyük iradə göstərərək Gürcüstana dönmüş 200 Ahısqa türkü ailəsi də qovulubdur. Halbuki Gürcüstan hökuməti 15 sentyabr 1991-ci il tarixdə İnsan Hüquqlarının Qorunması Deklarasiyası və Helsinki Yekun Aktını tanıması barədə xüsusi qərar qəbul etmişdi. Bu qərarın mürəkkəbi qurumamış Ahısqa türklərini Orta Asiyaya dönməyə məcbur etmişdilər. İndi də Avropa Şurasını ölkədə insan hüquq və azadlıqlarını canfəşanlıqla qoruduğuna inandırmağa çalışır.
Repatriant qanunu tələb edir ki, onun 100 yaşı olmalıdır
Bu gün Gürcüstan geniş tutumda dəfn ölkəsinə bənzəyir. Burada ən çox qanunlar dəfn olunur. Hara gedirsən nəyisə dəfn edirlər..
|
|
|
Oxşar xəbərlər:
Qonşu qonşuya baxar...
|
|
|