çap et  
Yuri Merzlyakov yeni diplomatik təyinat alıb
Yuri Merzlyakov yeni diplomatik təyinat alıb
Xocalı soyqırımını muzdlular törədib?
Şənbə, 27.02.2010


"Yuri Merzlyakov yeni diplomatik təyinat alıb ki, bu da Xarici İşlər Nazirliyinin əməkdaşları üçün təbii haldır". Bu fikirləri Moskvada keçirdiyi mətbuat konfransında Rusiya XİN rəsmisi Andrey Nesterenko APA-nın sualını cavablandırarkən söyləyib. XİN rəsmisi bildirib ki, hadisələri qabaqlamağa ehtiyac yoxdur:

"Yuri Merzlyakov xüsusi təyinatlı səfir funksiyasını bitirdikdən sonra biz ATƏT Minsk Qrupuna kimin həmsədr təyin olunacağını açıqlayacağıq. Tamamilə əminəm ki, həmin şəxs də cənab Merzlyakov qədər enerji ilə çalışacaq. Əlavə etmək istəyirəm ki, ölkəmizin ATƏT Minsk Qrupundakı mövqeyini burada təmsil olunan həmsədr müəyyənləşdirmir. Bu mövqe prezident tərəfindən müəyyənləşdirilir və Xarici İşlər Nazirliyi tərəfindən, xüsusilə Minsk Qrupundakı xüsusi nümayəndəmiz, səfir tərəfindən reallaşdırılır. Buna görə də gəlin həmsədrlərin dəyişməsini gözləyək. Rusiya ATƏT-in Minsk Qrupunun enerjili iş rejimini qoruyub saxlamaq üçün öz tərəfindən əlindən gələni edəcək".

Xocalıda azərbaycanlıların soyqırımına məruz qalmasının növbəti ildönümü ilə bağlı sualı cavablandıran Andrey Nesterenko bildirib ki, bu sorğunu cavablandırmağa hazır deyil: "Lakin XİN-in bu məsələ ilə bağlı şərhinə dair sorğunuz qeydiyyata götürülüb və ən yaxın zamanlarda bu sorğu cavablandırılacaq".я

Andrey Nesterenkonun cavabı özünü çox gözlətməyib və az sonra bu şəkildə olub:

"Sözsüz ki, biz fevralın 26-da Azərbaycanda 1992-ci ildə Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində yüzlərlə insanın, əsasən də mülki şəxslərin muzdlular tərəfindən öldürülməsi kimi faciəvi hadisənin yad edildiyini bilirik. 18 il əvvəl baş verən və çoxsaylı insan ölümünə səbəb olan bu cür faciəvi hadisələr bir daha təkrarlanmamalıdır. Rusiyada Xocalı faciəsinin qurbanlarına görə səmimi-qəlbdən kədərlənirlər. Biz dinc əhaliyə, uşaq və qocalara qarşı güc tətbiqini yolverilməz hesab edirik".