çap et  
Daimi nümayəndənin Nyu-Yorkda Xocalı soyqırımına dair məqaləsi çıxıb
Daimi nümayəndənin Nyu-Yorkda Xocalı soyqırımına dair məqaləsi çıxıb
Şənbə, 27.02.2010


Nyu-Yorkda rus dilində buraxılan "Yeni Meridian" ("Novıy Meridian") qəzetində Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyevin Xocalı faciəsi ilə bağlı məqaləsi dərc edilib.

Daimi Nümayəndəlikdən APA-ya verilən məlumata görə, "Xocalı soyqırımı - XX əsrin dəhşətli faciələrindən biridir" ("Xodjalinskiy qenosid - odna iz çudovişnıx traqediy XX veka") adlı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin və o vaxtlar Xankəndi şəhərində yerləşən 366-cı sabiq sovet motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdikləri və şəhəri yerlə yeksan edərək dinc əhaliyə divan tutduqları barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda məqalədə Xocalının strateji əhəmiyyəti, soyqırımının törədilmə səbəbləri, hadisələrin gedişatı və onun nəticələrindən bəhs olunur. Yazı Xocalı soyqırımını əks etdirən fotoşəkillər ilə müşayiət olunur. Yaxşı olardı daimi nümayəndəmiz bu yazını Nyu-Yorkda məhdud çərçivəli rusdilli qəzetdə deyil, daha geniş oxucu auditoriyasına malik ingilisdilli və ispandilli kütləvi informasiya vasitələrində dərc etdirmiş olaydı.