çap et  
"Rusiyanın Ermənistanda iqtisadi maraqları yoxdur"
"Rusiyanın Ermənistanda iqtisadi maraqları yoxdur"
Rusiyalı ekspert: "Qarabağ münaqişəsinin həlliə bir sıra amillər təsir göstərəcək"
Şənbə, 27.02.2010


"Rusiyanın Ermənistanda iqtisadi maraqları yoxdur". Rusiyalı politoloq, etnoloq və tarixçi Darya Mitina belə hesab edir.

"Azərbaycana gəldikdə, vəziyyət başqadır. Burada obyektiv olaraq iqtisadi maraqlar daha çoxdur, lakin Rusiya özü-özünü bu qarşılıqlı əlaqələr meydanından çıxarıb. Bizim əlaqələrimizdəki bir çox çətinliklər, Azərbaycanın antirusiya GUAM blokuna daxil olması Rusiyanın qeyri-praqmatik Azərbaycan siyasəti ilə bağlıdır", deyə Mitina APA-nın Moskva müxbirinə bildirib.

Onun sözlərinə görə, Qərbin Dağlıq Qarabağ problemini beynəlxalq səviyyəyə qaldırmaq səyləri münaqişəsinin Fələstin-İsrail münaqişəsinə çevrilməsinə səbəb olacaq.

Mitinanın fikrincə, Ermənistan-Türkiyə əlaqələrinin canlanması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həlledici təsir göstərəcək. Politoloq həmçinin ATƏT Minsk Qrupunun tərkibində dəyişikliklər olacağını proqnozlaşdırır. Belə ki, Mitina Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində daha yaxından iştirak etmək istəyəcəyinə əmindir.

Dağlıq Qarabağ münaqişəsinin köklərindən danışan politoloq lap əvvəldən ermənilərin çirkin üsullarla apardıqları saxtalıqlarla dolu təbliğatının münaqişənin gedişinə böyük təsir etdiyini qeyd edib.