Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xocalı soyqırımından 18 il ötdü
Xocalı soyqırımından 18 il ötdü
Erməni barbarlığı qurbanlarının xatirəsi Bakıda və dünya paytaxtlarında ehtiramla yad edildi
Şənbə, 27.02.2010

C.Məmmədov mətn ölçüsü  

Dünən ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 18 ili tamam oldu. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırım törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhəri üzərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkətə başlayıb. Lakin pusquda dayanaraq dinc sakinləri gözləyən ermənilər onları gülləbaran ediblər. Əsrin faciəsi olan bu soyqırım aktı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.

1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl dəyərində ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il olduğu kimi Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunub.

Dünən saat 17.00-da Xocalı şəhidlərinin ruhu bütün ölkə ərazisində 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan prezidenti İlham Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı qurbanlarının xatirəsinə ucaldılan "Xocalı soyqırımı" abidə kompleksini ziyarət edib. APA-nın məlumatına görə, dövlət başçısı soyqırım qurbanlarının xatirəsini yad edərək, kompleksin önünə əklil qoyub. Mərasimdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri də iştirak ediblər. Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar ölkənin tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri də abidə önünə gələrək, günahsız qətlə yetirilən insanların xatirəsinə hörmət və ehtiramını bildiriblər. Ziyarət axşam saatlarınadək davam edib.

Corc Vaşinqton Universitetində Xocalı qətliamına həsr olunmuş konfrans keçirilib. Konfrans Azərbaycan-Amerika Şurası (AAC), Azərbaycan-Amerika Cəmiyyəti (ASA), Türk-Amerika Assosiasiyaları Assambleyası (ATAA), Corc Vaşinqton Universitetinin Türk Tələbələr Assosiasiyası, Vaşinqtondakı Türk-Amerika Assosiasiyası (ATA-DC) və Azərbaycan-Amerika Tələbə Assosiasiyası (AASA) tərəfindən təşkil olunub.

Azərbaycanın ABŞ səfiri Yaşar Əliyev konfransda çıxış edərək bildirib ki, Xocalı 20-ci əsrdə dünyada baş verən ən böyük qətliamdır.

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, ABŞ Dövlət Departamenti tərəfindən seçilmiş musiqi səfiri və "Xocalıya ədalət" mahnısının müəllifi Toni Bləkmən və Grammy mükafatçısı Qordon Uilyams konfransda çıxış ediblər.

Tomris Azəri Xocalı qətliamının Azərbaycan kimliyinə təsiri barədə danışıb. O, Markar Melkonyanın "Qardaşımın yolu" adlı kitabından sitat gətirərək ASALA terroçusu Monte Melkonyanın dili ilə Xocalı cinayətinin etiraf edildiyini bildirib.

Toni Bləkmən və Qordon Vilyams Azərbaycanın Ağcabədi rayonunda qaçqın düşərgələrinə baş çəkmələrindən danışıblar.

"Xocalıya ədalət" klipinin təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Jurnalist və millət vəkili Qənirə Paşayeva tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan Xocalı haqqında sənədli film də tədbirdə nümayiş olunub.

Xocalı faciəsi qurbanlarının xatirəsi Polşanın paytaxtı Varşava şəhərində anılıb. APA-nın məlumatına görə, Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavanın mərkəzində yerləşən Jurnalistlər Evində Xocalı soyqırımının 18 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Varşavada akkreditə olunmuş diplomatlar, Polşada təhsil alan yerli və xarici tələbələr, elm adamları və yerli media nümayəndələrinin qatıldığı tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 2008-ci ildən başlanmış "Xocalıya Ədalət" beynəlxalq maarifləndirmə kampaniyası barədə məlumatları özündə əks etdirən təqdimat marasimi keçirilib. Tədbirin sonunda "Xocalıya Ədalət" kampaniyasının manifest klipi göstərilib, iştirakçılara müvafiq təbliğat-təşviqat materialları paylanıb.

Dünən Buxarestdə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondu - Rumıniya nümayəndəliyi tərəfindən anma mərasimi keçirilib. Səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərində də Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə tədbir keçirilib. Əbu-Dabi şəhərindəki "Samaya" otelində keçirilən mərasimdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən foto-stend təşkil olunub. İştirakçılara faciə haqqında sənədli film nümayiş etdirilib, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən kitablar paylanıb.

İKT-nin 6-cı sessiyasında qəbul olunmuş "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" adlı qətnamələrin surəti səfirlik tərəfindən BƏƏ XİN-ə göndərilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünya ədəbiyyatından 6 kitabın təqdimatı

Bütün iştirakçılar bəlli

Dünya kubokunda iki nəfərlə qaldıq

Dünya şəhərlərindən bayram xəbərləri

Gələn il dünya siyasəti necə görünür?

Bölmənin digər xəbərləri
 
"Rusiyanın Ermənistanda iqtisadi maraqları yoxdur"
Rusiyalı ekspert: "Qarabağ münaqişəsinin həlliə bir sıra amillər təsir göstərəcək"

"Konqresin "soyqırım"a dair qətnamə qəbul etməsi arzuolunmazdır"
Hillari Klinton: "Bu qətnamə prosesə fayda verməyəcək"

Daimi nümayəndənin Nyu-Yorkda Xocalı soyqırımına dair məqaləsi çıxıb
Nyu-Yorkda rus dilində buraxılan "Yeni Meridian" ("Novıy Meridian") qəzetində Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyevin Xocalı faciəsi ilə bağlı məqaləsi dərc edilib.

"Azərbaycan və Ermənistan arasında savaş hər an mümkündür"
Rusiyalı politoloq proqnoz verdi

Müxalifətin seçki ili
Daxili intriqalar bu düşərgəni sınaq qarşısında qoyub

Tomas Hammerberq Azərbaycana səfər edəcək
AŞ İnsan Hüquqları komissarı Naxçıvana da gedəcək

Yuri Merzlyakov yeni diplomatik təyinat alıb
Xocalı soyqırımını muzdlular törədib?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər