Artıq bir neçə aydır Moskva şou-biznesinə qatılan estrada müğənnisi Samir Bağırov Azərbaycanla əlaqələrini bərpa edib. Bu barədə açıqlama verən müğənninin yaxın dostu, stilist Samir Əliyev müğənninin ona zəng etdiyini və bununla da burada qırılan bir neçə münasibətləri yoluna qoyduğunu bildirib:
"Biz Samir Bağırovla pis günlərin dostuyuq. Onunla küsüb-barışmağımız qısa sürür. Düzdür, uzun müddət zəng vurmadığı mənə pis təsir etmişdi. Düşünürdüm artıq mənim dostluğuma ehtiyac duymur, özünə orada yeni dostlar tapıb. Amma fikrimdə yanıldım. O mənimlə və bir neçə dostu ilə münasibətlərini qaydaya salıb". Müğənninin dostunun əlavəsinə görə, Samir Bağırov artıq Rusiya şou-biznesində yerini möhkəmlədir və orada prestijli restoranlarda çalışır:
"Bir qədər möhkəmləndikdən sonra efirə çıxacağını da söylədi. O, İqor Krutoyun bir neçə ifa edilmiş mahnılarını lentə yazdırıb. Maliyyə imkanları tam həllini tapandan sonra adıçəkilən və digər məşhur bəstəkarlarla əməkdaşlıq edəcək. Mənimlə söhbətində onu da vurğuladı ki, yeni yazılmış mahnılarının burada da səslənməsi üçün radiolara təqdim etmək istəyir".
Stilist sözünün davamında bildirdi ki, Samir Bağırov Rusiya şou-biznesini daha dərindən mənimsəməsi üçün artıq prodüserlə çalışır və onun bildiklərindən faydalanır: "İrana Talışinskaya adlı xanım onun geniş səhnələrə çıxması üçün yardımçı olur. Mən isə Samirin buradakı işlərinə yardımçı olacağıma söz vermişəm. Bilirəm ki, onun buna ehtiyacı var.
|