![]() |
çap et |
|
|||
Vaxtilə şou-biznesə əyalət ab-havası gətirən müğənni Rəqsanə sonradan rəndələnməyə başladı. Əvvəlcə xarici görünüşünə, daha sonra repertuarına fikir verməyə başladı. Lakin anasının və bacısının qadın alveri ilə məşğul olması ilə bağlı yayılan xəbərlər Rəqsanənin yaradıcılıq həvəsini sıfıra endirdi. Bir müddət ortalığa çıxmayan və qapalı gəzəcəyi ilə bağlı məlumatlar verən müğənni, gözlənilmədən başqa addım atdı. O, ikinci qız övladını dünyaya gətirməklə barəsində fərqli fikir oyatmağa çalışdı.
Son aylar plastik əməliyyatların sayını rekord həddə çatdıran müğənninin amalı daha da gözəlləşməkdir. Lakin yerli və xarici plastika həkimləri onun üzündəki məsamələri birdəfəlik aradan qaldıra bilmirlər. Amma özünün dediyinə görə, artıq arzuladığı görkəmi ala bilib. Son açıqlaması da maraqlıdır. Mətbuata muğam oxuyacağı barədə məlumat sızdırıb. Dərsləri xanəndə Elnarə Abdullayevadan aldığını bəyan edib. Xatırladaq ki, Elnarə xanımın muğam ifası da vaxtilə peşəkar muğam ifaçıları tərəfindən birmənalı qarşılanmırdı. Onun muğamı mərsiyəyə oxşatdığı deyilirdi. Elnarə xanımın yaradıcılığından bəhrələnən Rəqsanə isə tezliklə əlində qaval, muğam-dəsgah oxuyacağını bəyan edib. Lakin bir xanəndə kimi qəbul olunacaqmı? Tələbəsi ilə bağlı fikirlərini bizimlə bölüşən Elnarə Abdullayeva dedi: "Muğamı öyrənmək heç vaxt gec deyil. Amma bəzi insanlar nədənsə yaşlandıqca muğama həvəs göstərməyə başlayır, onun dərinliyini hiss edirlər. Rəqsanə sənətində bir növ yenilik etmək, bir qədər də savadlanmaq istəyir. Bu, pis niyyət deyil. Amma hər muğam öyrənəni xanəndə adlandırmaq olmaz. Bu, bəzi estrada müğənnilərində bir həvəsdir. Rəqsanə də istəyir ki, sabah səhnəyə çıxıb canlı ifa göstərəndə, bu imkanlarını da səfərbər edə bilsin". Sonda Elnarə Abdullayeva etiraf etdi ki, Rəqsanənin muğamı dəsgah şəklində ifa etməsi üçün səs imkanı yoxdur. Sadəcə, bəzi şöbələri mənimsəyib savadını artırmaq istəyir. |