Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Rəqsanə yaşlanıb?
Rəqsanə yaşlanıb?
Müəllimi deyir ki, insan yaşlandıqca muğama həvəs göstərir
Şənbə, 27.02.2010

Zəminə Rüstəmova mətn ölçüsü  

Vaxtilə şou-biznesə əyalət ab-havası gətirən müğənni Rəqsanə sonradan rəndələnməyə başladı. Əvvəlcə xarici görünüşünə, daha sonra repertuarına fikir verməyə başladı. Lakin anasının və bacısının qadın alveri ilə məşğul olması ilə bağlı yayılan xəbərlər Rəqsanənin yaradıcılıq həvəsini sıfıra endirdi. Bir müddət ortalığa çıxmayan və qapalı gəzəcəyi ilə bağlı məlumatlar verən müğənni, gözlənilmədən başqa addım atdı. O, ikinci qız övladını dünyaya gətirməklə barəsində fərqli fikir oyatmağa çalışdı.

Son aylar plastik əməliyyatların sayını rekord həddə çatdıran müğənninin amalı daha da gözəlləşməkdir. Lakin yerli və xarici plastika həkimləri onun üzündəki məsamələri birdəfəlik aradan qaldıra bilmirlər. Amma özünün dediyinə görə, artıq arzuladığı görkəmi ala bilib.

Son açıqlaması da maraqlıdır. Mətbuata muğam oxuyacağı barədə məlumat sızdırıb. Dərsləri xanəndə Elnarə Abdullayevadan aldığını bəyan edib.

Xatırladaq ki, Elnarə xanımın muğam ifası da vaxtilə peşəkar muğam ifaçıları tərəfindən birmənalı qarşılanmırdı. Onun muğamı mərsiyəyə oxşatdığı deyilirdi. Elnarə xanımın yaradıcılığından bəhrələnən Rəqsanə isə tezliklə əlində qaval, muğam-dəsgah oxuyacağını bəyan edib. Lakin bir xanəndə kimi qəbul olunacaqmı?

Tələbəsi ilə bağlı fikirlərini bizimlə bölüşən Elnarə Abdullayeva dedi:

"Muğamı öyrənmək heç vaxt gec deyil. Amma bəzi insanlar nədənsə yaşlandıqca muğama həvəs göstərməyə başlayır, onun dərinliyini hiss edirlər. Rəqsanə sənətində bir növ yenilik etmək, bir qədər də savadlanmaq istəyir. Bu, pis niyyət deyil. Amma hər muğam öyrənəni xanəndə adlandırmaq olmaz. Bu, bəzi estrada müğənnilərində bir həvəsdir. Rəqsanə də istəyir ki, sabah səhnəyə çıxıb canlı ifa göstərəndə, bu imkanlarını da səfərbər edə bilsin".

Sonda Elnarə Abdullayeva etiraf etdi ki, Rəqsanənin muğamı dəsgah şəklində ifa etməsi üçün səs imkanı yoxdur. Sadəcə, bəzi şöbələri mənimsəyib savadını artırmaq istəyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır

Yaqut Abdullayevanın nisgili var

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb

Rəqsanə ucuz qalmaqallardan qaçacaq

Bölmənin digər xəbərləri
 
Alim Qasımov ünlü DY-lə mahnı oxuyub
Yaradıcılıq işinin təqdimatı Bakıda keçiriləcək

Almaz Ələsgərli son açıqlamasını verdi
"Ailəmin şəxsi həyatına toxunmayın!"

Faiq Ağayevdən qadınlara sürpriz
Onlara 8 Martda konsert verəcək

Gövhər Həsənzadənin fan-klubu istifadəyə verildi
Sənət ocağı ilk aksiyasına başlayır

Samir Bağırov rus şou-biznesində möhkəmlənir
Tezliklə Rusiya kanallarına çıxacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər