Almaz Ələsgərli son açıqlamasını verdi
 |
"Ailəmin şəxsi həyatına toxunmayın!"
Şənbə, 27.02.2010
|
|
Əməkdar artist Almaz Ələsgərli qızları Mədinə və Əminənin şəxsi həyatları ilə bağlı son açıqlamasını verib. Ailəsində yaşanan problemlərin artıq geridə qaldığını bildirən müğənni şayiə yayanları artıq susmağa çağırdı: "Həyat öz axarı ilə davam edir. Artıq heç kim mənə və qızlarıma görə narahat olmasın. Bircə onu deyə bilərəm ki, qızlarımın taleyini bəzi insanlar əllərində oyuncağa çevirməyə cəhd göstərdilər. Amma atdıqları hər ox daşa dəydi. Eşitdiyimə görə, onlar mənə bundan da pis zərbələr hazırlamışdılar. Amma susmağımla və təmkinli davranmağımla onların atmacalarını havadan asılı vəziyyətdə qoydum. Yəni hiylələri planlarına uyğun davam etmədi".
Bu işdə dostlarının da mənəvi köməyinə arxalandığını bildirən Almaz Ələsgərli yaxşı insanların çox olduğuna inandığını söylədi:
"Kütləvi informasiya vasitələrindən xahiş etmək istəyirəm ki, daha mənim şəxsi həyatıma toxunmasınlar. Mən 22 il əvvəl səhnəyə şəxsi həyatımla gəlməmişəm və bundan sonra da belə davam etmək istəyirəm. İnsanların mənim sənətimlə maraqlanmasını arzulayıram. Çünki mən onların sənətimə olan marağından qidalanıram".
|
|
|
|
|
|
|