Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Ordunun problemləri haradan qaynaqlanır?
Ordunun problemləri haradan qaynaqlanır?
NATO standartlarına uyğunlaşma ləngiyir
Şənbə, 27.02.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycan Silahlı Qüvvələrinin yaxın illər üçün islahatlar planı zəngindir. Ötən illərdə həyata keçirilmiş islahatlar bütöv bir prosesin başlanğıc hissəsi kimi görünə bilər. Bunu "Ayna"ya açıqlamasında Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) sədri, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri üçün başlıca islahatlar 2005-ci ilin ortalarından start götürüb:

"Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP) imzalandıqdan sonra həyata keçirilən islahatlar 2008-2009-cu illərdə bir qədər sürətləndi. Amma 2010-cu ildə daha çevik tədbirlərin gerçəkləşməsi nəzərdə tutulur. Hər şey ölkə başçısının iradəsindən və Silahlı Qüvvələrin səylərindən asılı olacaq".

Eyni zamanda İ.Məmmədovun fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin hazırkı durumu narahatlıq doğurur: "İslahatlar gecikdirilir, forma var, məzmun yoxdur". Onun sözlərinə görə, hazırkı vəziyyətdə DİN Daxili Qoşunları, FHN, Dövlət Sərhəd Xidməti islahatlar baxımından Azərbaycan Silahlı Qüvvələrini geridə qoyub: "Bu, çox məyusedicidir. Əslində Müdafiə Nazirliyi islahatlar prosesinin avanqardı olmalı idi".

İ.Məmmədov hesab edir ki, Azərbaycan SQ-yə aid qanunlar müasir gerçəkliyə cavab vermir. "Orduda nə komplektləşdirmə NATO standartlarına uyğundur, nə də məvaciblər", - deyən İ.Məmmədov bildirdi ki, ordu zabitlərinin əksəriyyəti məcburiyyətdən rüşvət alır: "Komissiyalar gəlir, bu bəzən 30-40 nəfərdən ibarət olur, yoxlamalar aparılır: onlar nə istəyirlər? Pul!"

Ekspert hesab edir ki, bu gün aşağıdakı addımların atılmasına ehtiyac yaranıb:

1. Silahlı Qüvvələrin fəaliyyətini nizamlayan qanunvericilik bazası dəyişdirilməli, təkmilləşdirilməlidir,

2. Silahlı Qüvvələrin peşəkar - müqaviləli əsasa keçidi təmin edilməlidir,

3. Silahlı Qüvvələrin fasiləsiz maddi-texniki təminat məsələsi həll olunmalıdır,

4. Ordunun komplektləşdirmə problemləri həllini tapmalıdır,

5. Azərbaycan Ordusunun mərkəzi institutunun olması təmin edilməlidir.

Cəmiyyətin problemləri orduya sirayət edib

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin sözlərinə görə, Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar kompleks xarakter daşımalıdır: "İslahatlar ordunun güclənməsinə, təkmilləşməsinə yönəlməlidir. Bu islahatlar Silahlı Qüvvələrdə xidmət peşəsinin üst məqamını ortaya qoymalıdır.

REKLAM

Cəmiyyətdə ordunun yeri bəlli olmalıdır".

Zabitlərin Diskussiya Klubunun (ZDK) təmsilçisi, ehtiyatda olan polkovnik-leytenant Nəriman Zeynalova görə, ordu cəmiyyətin bir hissəsi olduğundan orada baş verən hadisələrə cəmiyyətdəki proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Ekspert hesab edir ki, ordunu cəmiyyətdən ayırıb oradakı problemləri əlahiddə şəkildə qiymətləndirmək kobud səhv sayıla bilər. ZDK təmsilçisinin sözlərinə görə, orduda xidmət şəraitini ideal qaydaya salmaq üçün cəmiyyəti "tərbiyələndirmək" lazımdır. "Hər şey ailədən, məktəbdən başlanmalıdır. Cəmiyyət maarifləndirilməlidir. Bilinməlidir ki, müharibə və ya sülh dövründə ordunun hədəfləri nədir və ya struktur necə olmalıdır", - deyə o bildirdi. N.Zeynalovun fikrincə, mülki həyatda yönləndirilməmiş çağırışçılar ordunun sərt təsirlərinə məruz qalır: "Həmin əsgərlər ya "dedovşina" ilə üzləşir, ya da hansısa cinayəti törədərək həbsə girir. Nəticədə ordunun döyüş qabiliyyətinə ciddi zərbə dəyir. Çağırışçılar Silahlı Qüvvələr sıralarına hazır gəlməlidir. Biz görürük ki, gənclərin bir çoxu mənəvi və fiziki hazırlıq baxımından orduda xidmətə hazır deyil, bu, ciddi problemdir və onun həll yolları üzərində ciddi düşünülməlidir".

Ekspert bildirdi: "Zabit 18 ay ərzində cəmiyyətin 18 il şikəstə çevirdiyi adamı tərbiyələndirə bilməz. Zabitlərin əsgəri tərbiyə etməyə heç vaxtı da yoxdur. Belə əsgərlərlə necə döyüşmək, döyüş tapşırığını yerinə yetirmək olar? Orduya döyüşə hazır olan çağırışçılar çağırılmalıdır". Onun sözlərinə görə, əgər istəyiriksə ordumuz normal olsun, onda hər şey cəmiyyətdən başlanmalıdır.

N.Zeynalovun fikrincə, cəmiyyətdə hərbi vətənpərvərliyin təbliğat formaları da dəyişdirilməlidir: "Bu gün bəyan edirlər ki, biz Qarabağ uğrunda ölümə hazırıq. "Ölüm", "canını vermək" kimi ifadələr yersiz görünür. Savaşda ölmək yox, öldürmək, canını almaq, qalib olmaq lazımdır". N.Zeynalovun sözlərinə görə, əslində bu gün Azərbaycan KİV-i hərbi vətənpərvərlik təbliğatını çox zəif şəkildə həyata keçirir: "İnsanları işğal altında olan torpaqlarımızı azad etməyə ruhlandıran real təbliğat, demək olar, yoxdur".

Orduya nəzarətçi vətəndaş cəmiyyəti yaranmalı

Ehtiyatda olan kapitan, "Orduya ictimai nəzarət" mərkəzinin rəhbəri Tərlan Eyvazov fərqli düşünür. Onun fikrincə, KİV-dən daha çox ordudakı problemləri həll etmək üçün istifadə edilməsi əhəmiyyətli olardı. Onun fikrincə, orduda olan problemlər dərhal KİV-ə verilməli və eyni zamanda sənəd şəklində hüquq-mühafizə orqanlarına göndərilməlidir: "Bu, problemlərin vaxtında qarşısının alınmasına və həllinə müsbət təsir göstərəcək".

T.Eyvazovun fikrincə, qeyd edilən istiqamətdə QHT-lər və KİV orqanları güc strukturları və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərməlidirlər. "Düşünürəm ki, bu, müsbət effekt yaradacaq", - deyə o bildirdi.

"İctimai Maraqların Öyrənilməsi" Mərkəzinin sədri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyevin fikrincə, hər hansı problemi şəxsiyyətlə bağlamaq səhvdir. "Azərbaycanda hər hansı problemi şəxsiyyətlə bağlayırlar. Düşünürlər ki, hansısa nazir gələcək və orduda olan problemləri həll edəcək. Bu, cəmiyyətin bədbəxtliyidir", - deyə o qeyd etdi. "Əslində problemlərin həllində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Məktəblərdən başlanaraq insanların qanunların aliliyi istiqamətində biliklərinin, vətənpərvərlik ruhunun artırılması istiqamətində ciddi addımlar atılmalıdır", - deyə o bildirib.

Lakin Silahlı Qüvvələrdə Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri, ehtiyatda olan mayor Telman Əbilovun fikrincə, Azərbaycan SQ-də baş verən problemlərin, itkilərin əksəriyyəti hərbi məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşmasından yaranır.

T.Əbilovun sözlərinə görə, 2002-ci ilin əvvəllərindən - 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində ən azı 120 hərbi qulluqçusunu itirib. "Bu itkilərə görə hərbi birləşmənin rəhbərliyi məsuliyyət daşıdımı?" - deyə o sual edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2


Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər