Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Yüksəkgərginlikli xətlər yenilənəcək
Yüksəkgərginlikli xətlər yenilənəcək
Bəs onların altındakı tikililər?
Şənbə, 27.02.2010

S.Abbas mətn ölçüsü  

"Azərenerji" ASC yüksəkgərginlikli elektrik verilişi xətlərinin altında inşa olunmuş obyektlərin siyahıya alınmasını aparır. "APA"nın məlumatına görə, bunu jurnalistlərə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

"Hazırda araşdırmalar aparılır. Harada nə qədər obyektin olduğu müəyyənləşdirilir, siyahıya alınır, fotoşəkilləri çəkilir və bu obyektlərin inşası üçün torpaqların kim tərəfindən, nə üçün verilməsi araşdırılır", - deyə E.Pirverdiyev bildirib.

Artıq ilkin məlumatların əldə olunduğunu qeyd edən E.Pirverdiyev obyektlərin sayı barədə konkret rəqəm açıqlamayıb.

E.Pirverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Bakı, Bakı ətrafı, Gəncə və Sumqayıt ətrafında bu işlər aparılır. Ən çox qanunsuz tikili isə Abşeron yarımadasındadır: "Bu qanunsuz tikililər üzündən bəzən hadisə yerinə 5-3 saat gec çatırıq", - deyə o qeyd etsə də, yüksəkgərginlikli xətlərin altındakı tikililərin taleyi barədə məlumat verməyib.

Habelə E.Pirverdiyev Azərbaycanda mövcud yüksəkgərginlikli elektrik verilişi xətlərinin dəyişdirilməsinin də planlaşdırıldığını deyib. E.Pirverdiyevin sözlərinə görə, artıq bununla bağlı layihələr nəzərdən keçirilir. Eyni zamanda xarici maliyyə institutları ilə müzakirələr aparılır.

"İlk olaraq ölkə üçün həyati əhəmiyyət kəsb edən stansiyalarda, yarımstansiyalarda yüksəkgərginlikli xətlərin yeniləşdirilməsi həyata keçiriləcək. Enerji sisteminin tam yeniləşdirilməsi 100 min kilometrlərlə xəttin dəyişdirilməsi deməkdir və bu, uzun illər tələb edir", - deyə qeyd edən E.Pirverdiyev cari ildə Azərbaycanın ucqar yaşayış məntəqələrində, dağ çayları üzərində kiçik su elektrik stansiyalarının inşa olunacağını da bildirib.

Habelə "Azərenerji" prezidenti bildirib ki, bu il Azərbaycan və Gürcüstan arasında olan 500 KV-luq elektrik verilişi xəttinin tikintisi və təmirinə başlanacaq. E.Pirverdiyevin sözlərinə görə, 2012-ci ilə qədər Azərbaycan tərəfi Gürcüstan enerji şəbəkəsi ilə birləşdirməni həyata keçirən 500 KV-luq xəttin tikintisini başa çatdırmağı planlaşdırır. Gürcüstan tərəfi də öz ərazisində işləri həmin müddətdə yekunlaşdıracaq. Hazırda Gürcüstan tərəfi öz ərazisində işlərin aparılması üçün tender elan edib. Tenderin nəticələri iyun ayında elan ediləcək.

Belə ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin təkmilləşdirilməsini nəzərdə tutan "Enerji Körpüsü" layihəsinin reallaşdırılmasına dair memorandum 2009-cu il aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksəkgərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar.

Eyni zamanda E.Pirverdiyev son illər daxili bazarda elektrik enerjisindən israfçılıq hallarının da azaldığını və bunun gələcəkdə xaricə daha artıq enerji ixrac edilməsinə imkan yaratdığını da bildirib. O bildirib ki, bu il Sumqayıtda da bütün abonentlərin smart-kartlı elektrik sayğacları ilə təchiz olunması nəzərdə tutulur.

E.Pirverdiyevin sözlərinə görə, hazırda "Azərenerji" ASC tərəfindən 12 rayon mərkəzində bu tip sayğacların qurulma prosesi gedir. Yeni sayğacların tətbiqi nəticəsində ödəmə səviyyəsi 95-98 faiz təşkil edir. Eyni zamanda istehlak azalıb: "Kart tipli sayğaclar ilk olaraq Gəncədə quruldu. Hazırda orada 75 min abonentimiz var. Yığım 100 faizə çatıb, enerji istehlakında 25-30 faiz qənaət yaranıb", - deyə qeyd edən E.Pirverdiyev iri müəssisələrin və bəzi dövlət qurumlarının istehlak etdikləri enerjinin dəyərini ödəməsində əvvəlki illərdə mövcud olmuş problemlərin tədricən aradan qalxdığını da qeyd edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İşıq pulunu ödəmək vaxtı uzadıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"

"Enerji Körpüsü" 2015-ci ildə gerçəkləşəcək

Təchizatçıların nikbin qış vədləri

İlham Əliyev Batumi sammitində iştirak edəcək

Bölmənin digər xəbərləri
 
Azərbaycanda 2010-cu ildə inflyasiya olacaq
Elman Rüstəmov: "Bu yalnız birrəqəmli olacaq"

Azərbaycan ipotekanı artırmaqda çətinlik çəkir
Problemin həlli üçün beynəlxalq qaynaqlar axtarılır

Şirvanın bazarı bağlanıb
Sanitar normalarına cavab vermirmiş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər