Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Azərbaycan ipotekanı artırmaqda çətinlik çəkir
Problemin həlli üçün beynəlxalq qaynaqlar axtarılır
Şənbə, 27.02.2010

mətn ölçüsü  

Azərbaycanda dövlət ipoteka kreditləşməsinin miqyasının genişləndirilməsi məqsədilə bir neçə variant üzərində müzakirələr aparılır. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, ipotekanın təkcə Azərbaycan İpoteka Fondu (AİF) hesabına artırılması bir qədər çətin olacaq: "Ona görə biz digər variantları da fikirləşirik ki, bunlar ipoteka mexanizmi və xarici mənbələrdən əlavə vəsaitin cəlb olunması variantlarıdır. Qlobal maliyyə böhranı ilə əlaqədar onları tapmaq və vəsait cəlb etmək imkanları məhduddur".

E.Rüstəmov bildirib ki, hazırda əlavə vəsaitin cəlb edilməsi üçün bir neçə xarici maliyyə təşkilatı ilə danışıqlar aparılır.

Qeyd edək ki, ötən ilin iyun ayında AİF tərəfindən 55 mln. manatlıq ipoteka istiqrazları buraxılıb və bu emissiya tam həcmdə yerləşdirilib. Cari ilin əvvəlində isə AİF 75 mln. manatlıq ipoteka istiqrazlarının emissiyasını həyata keçirib ki, hazırda bu məbləğin 9 mln. manatı yerləşdirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Bazara yeni istiqrazlar buraxılacaq

Bəzi banklar ipoteka krediti limitini başa vurub

Kredit alanların məsuliyyəti artacaq

Bölmənin digər xəbərləri
 
Azərbaycanda 2010-cu ildə inflyasiya olacaq
Elman Rüstəmov: "Bu yalnız birrəqəmli olacaq"

Şirvanın bazarı bağlanıb
Sanitar normalarına cavab vermirmiş

Yüksəkgərginlikli xətlər yenilənəcək
Bəs onların altındakı tikililər?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər