Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Azərbaycanda 2010-cu ildə inflyasiya olacaq
Azərbaycanda 2010-cu ildə inflyasiya olacaq
Elman Rüstəmov: "Bu yalnız birrəqəmli olacaq"
Şənbə, 27.02.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Bu ilin sonunadək Azərbaycanda inflyasiyanın səviyyəsi birrəqəmli olacaq. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"İlin əvvəlində inflyasiyanın bir qədər artması gözlənilir. Lakin inflyasiya bizim əvvəllər - 2009-cu ildə proqnozlaşdırdığımız səviyyəni keçməyəcək. Bayramqabağı tələbatın canlanması ilə bağlı qiymətlərdə bir qədər artım müşahidə olunur ki, bu da ənənəvi mövsümi amildir. Sonra isə - yay aylarında - inflyasiya aşağı düşür", - deyə qeyd edən E.Rüstəmovun sözlərinə görə, bu ilin sonuna Azərbaycanda inflyasiyanın səviyyəsi hökumətin proqnozlarından çox olmayacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin yanvar ayına nisbətən isə 1,8 faiz bahalaşıb. Ölkə hökumətinin proqnozlarına əsasən, 2010-cu ilin sonunda Azərbaycanda inflyasiyanın səviyyəsi 5-7 faiz səviyyəsini keçməyəcək.

Habelə E.Rüstəmov onu da bildirib ki, bu il də Azərbaycanda bank sektorunun sabitliyi saxlanacaq. Onun sözlərinə görə, hazırda MB ölkədə fəaliyyət göstərən bankların problemli borclarına dair mexanizm hazırlanması haqqında düşünür ki, müəyyən stress-testlər aparılır: "Bu gün ölkənin bank sektorunda situasiya nəzarət altındadır. Bankların həm kapitallaşma, həm də likvidlik səviyyəsi kifayət qədər yüksəkdir. Biz ayrı-ayrı banklarla işləyirik və apardığımız stress-testlər onu göstərir ki, 2010-cu ildə də Azərbaycanın bank sektorunun sabitliyi qorunub saxlanacaq".

E.Rüstəmov onu da qeyd edib ki, bank sektorunun vəziyyətinin bir qədər pisləşməsinə qlobal maliyyə böhranı səbəb olub. Böhranın ikinci dalğasının Azərbaycana daha çox təsir etməsi ilə razılaşmayan E.Rüstəmov bildirib ki, böhran qurtarmayıb və proseslər hələ davam edir: "Hazırda böhran prosesləri davam edir ki, bu, Azərbaycana da müəyyən təsir göstərir. Lakin bizim kifayət qədər makroiqtisadi göstəricilərimizin olması bu təsiri minimuma endirməyə imkan yaradır", - deyə qeyd edən MB İdarə Heyətinin sədri Azərbaycanda uçot dərəcəsinin artırılması məsələsinin isə hazırda gündəmdə olmadığını vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkədə inflyasiya aşağı səviyyədədir və uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunmur. Belə ki, 2008-ci ilin sonundan etibarən Azərbaycanda uçot dərəcəsi 3 mərhələdə 15 faizdən 2009-cu ilin əvvəlində 2 faizədək endirilib.

Eyni zamanda E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatlarının strukturunda radikal dəyişikliklərə də zəruriyyət görmür. Onun sözlərinə görə, ümumiyyətlə, həm Azərbaycan hökuməti, həm də MB ölkənin valyuta ehtiyatlarının strukturu haqqında düşünür:

"Bu məsələ MB-də müzakirə olunur ki, valyuta ehtiyatları strukturunun dəyişilməsi qlobal iqtisadiyyatda baş verən proseslərlə əlaqədardır və situasiya daim izlənilir. Valyuta ehtiyatlarının həm valyuta strukturunda, həm də investisiya strukturunda hər hansısa dəyişikliklər üçün fundamental amil yoxdur".

Belə ki, Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2010-cu ilin əvvəlinə 20 mlrd. ABŞ dolları təşkil edib. Bunun 50 faizi dollar, 40 faizi avro, cəmi 5 faizi isə Britaniya funt-sterlinqi, qalanı isə digər valyutalarda saxlanır.

Baş bankir habelə Azərbaycan əhalisinin son bir ildə bank əmanətlərinin artdığını da bildirib. "Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhali tərəfindən yerləşdirilmiş əmanətlərin ümumi həcmi son bir il ərzində 550,6 milyon manat və ya 30 faiz artaraq 2010-cu ilin fevral ayının 1-nə 2 milyard 385,8 milyon manata çatıb. Onun sözlərinə görə, əmanətlərin 1 milyard 890,2 milyon manatı və ya 79,7 faizi müddətli, qalan hissəsi isə tələb olunanadək olan depozitlərin payına düşür. Valyuta strukturunda isə manat depozitlərin xüsusi çəkisi 41,3 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2009-cu il fevralın 1-nə bu göstərici 50,9 faizə bərabər olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlara çəkilən xərclər artıb

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

2010-cu ildə ölkədə inflyasiya artacaq

"Qarabağ şikəstəsi" sərgisi təqdim olundu

Azərbaycan ipotekanı artırmaqda çətinlik çəkir

Bölmənin digər xəbərləri
 
Azərbaycan ipotekanı artırmaqda çətinlik çəkir
Problemin həlli üçün beynəlxalq qaynaqlar axtarılır

Şirvanın bazarı bağlanıb
Sanitar normalarına cavab vermirmiş

Yüksəkgərginlikli xətlər yenilənəcək
Bəs onların altındakı tikililər?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər