Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Cim-bom" və "sarı-lacivərdilər" Avroliqa ilə vidalaşdılar
"Cim-bom" və "sarı-lacivərdilər" Avroliqa ilə vidalaşdılar
Şənbə, 27.02.2010

Kərim mətn ölçüsü  

Fevralın 26-da Avropa Liqası turnirinin 1/16 final mərhələsinin oyunları başa çatıb. Türkiyəni təmsil edən "Qalatasaray" və "Fənərbaxça" klubları mübarizəni dayandırmalı olublar. "Cim-bom" Əli Sami Yen stadionunda İspaniyanın "Atletiko" klubuna uduzub - 1:2. Bu məğlubiyyətdə görüşün italiyalı baş hakimi Canluka Rokinin köməyi də az olmayıb. 80-ci dəqiqədə "sarı-qırmızılar"ın futbolçusu Caner Erkinə qarşı açıq-aşkar kobudluğun qarşılığında "Atletiko"nun qapısına penalti təyin etməyən hakim bundan iki dəqiqə sonra Erkini meydançadan qovub. Azlıqda qalan "Qalatasaray" sonuncu dəqiqədə qapısından 2-ci topu buraxaraq, məğlub olub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, növbəti mərhələyə məhz İspaniya təmsilçisi çıxıb.

"Fənərbaxça" isə Fransa "Lill"inin 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini Şükrü Saracoğlu stadionunda çıxa bilməyib. Əmrə Bələzoğlunun qolu ilə hesabda irəli çıxan "sarı-lacivərdilər"i görüşün başa çatmasına 5 dəqiqə qalmış Adil Rami məyus edib - 1:1.

1/16 final mərhələsinin bütün oyunlarının nəticələri:

"Anderlext" (Belçika) - "Atletik" (İspaniya) - 4:0 (ilk oyun - 1:1);

"Qalatasaray" (Türkiyə) - "Atletiko" (İspaniya) - 1:2 (1:1);

"Marsel" (Fransa) - "Kopenhagen" (Danimarka) - 3:1 (3:1);

PSV (Hollandiya) - "Hamburq"(Almaniya) - 3:2 (0:1);

"Roma" (İtaliya) - "Panatinaikos" (Yunanıstan) - 2:3 (2:3);

"Şaxtyor" (Ukrayna) - "Fulhem" (İngiltərə) - 1:1 (1:2);

"Uniriya" (Rumıniya) - "Liverpul" (İngiltərə) - 1:3 (0:1);

"Fənərbaxça" (Türkiyə) - "Lill" (Fransa) - 1:1 (1:2);

"Hapoel" (İsrail) - "Rubin" (Rusiya) - 0:0 (0:3);

"Yuventus" (İtaliya) - "Ayaks" (Hollanliya) - 0:0 (2:1);

"Zalsburq" (Avstriya) - "Standard" (Belçika) - 0:0 (2:3);

"Sportinq" (Portuqaliya) - "Everton" (İngiltərə) - 3:0 (1:2);

"Valensiya" (İspaniya) - "Brügge"(Belçika) - 3:0, (0:1);

"Verder" (Almaniya) - "Tvente" (Hollandiya) - 4:1 (0:1);

"Volfsburq" (Almaniya) - "Vilyareal" (İspaniya) - 4:1, (2:2).

"Benfika" (Portuqaliya) - "Herta" (Almaniya) - 4:0, (1:1). Beləliklə, martın 11-də və 18-də keçiriləcək 1/8 finalda görüşəcəklər:

"Rubin" - "Volfsburq", "Hamburq" - "Anderlext",

"Atletiko" - "Sportinq", "Benfika" - "Marsel",

"Panatinaikos" - "Standard", "Lill" - "Liverpul",

"Yuventus" - "Fulhem", "Valensiya" - "Verder".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Rabitə"dən tarixi uğur
Bakı klubu tarixində ilk dəfə "dördlər finalı"nda!

Növbədə - həlledici mərhələ
Ötən həftə Unibank Premyer Liqası təsnifat mərhələsində son turun oyunları keçirildi.

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə
Futbol üzrə 2012-ci il Avropa çempionatının təqvimi bəlli oldu

Mövsümə qələbə ilə başladıq
Berti Foqts və komandasını martın 3-də daha bir sınaq gözləyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər