Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Ölkənin yeni paytaxtları elan edildi
Ölkənin yeni paytaxtları elan edildi
Bunlar - Gəncə, Qazax və Şəki
Şənbə, 27.02.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını təsdiq etmişdir. Proqram çərçivəsində "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı", "Qazax - Azərbaycanın folklor paytaxtı", "Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunmuşdur.

Bütün bunlar barədə fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuat konfransında söhbət getmişdir.

Nazir bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.

Məsələ ilə əlaqədar təsdiq edilmiş illik tədbirlər planına əsasən, Gəncə, Şəki və Qazax şəhərlərində keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılmış və müvafiq şəhərlərin gerbləri əsasında loqotiplər hazırlanmışdır. Hazırda loqotiplərin əks olunduğu lövhələrin, bannerlərin, çap məhsullarının hazırlanması və yerləşdirilməsi istiqamətində işlər aparılır.

Mətbuat konfransında Gəncə, Şəki və Qazax rayonları İcra Hakimiyyətləri nümayəndələri də iştirak edirdilər. Onlar nazirə bu qədər qiymətli və dəyərli proqramlara start verildiyinə görə minnətdarlıq bildirdilər.

Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev öz çıxışında mədəniyyət və turizm sahələrini əhatə edən bir çox məsələlərə və islahatlara toxundu:

"Son illərdə Azərbaycanda mədəniyyət sahəsi sürətlə inkişaf edir. Bunu müxtəlif ölkələrin mütəxəssisləri müşahidə edib. Ölkəmizdə aparılan layihələr bütün dünyada çox böyük maraq doğurur. Bakıda "İslam Mədəniyyətinin paytaxtı" layihəsi çərçivəsində İslam ölkələri nazirlərinin, BMT ölkələrinin mədəniyyət nazirlərinin iclası keçirildi. Onu da qeyd edim ki, bu proqram 2024-cü ilə qədər hazırlanıb və proqram çərçivəsində 2018-ci ildə Naxçıvan Muxtar Respublikası İslam Mədəniyyətinin Paytaxtı seçilməlidir.

Nazir bunları çox böyük nailiyyət adlandırdı. Yeni layihələrin, proqramların məqsədi bu nailiyyətləri davam və inkişaf etdirməkdir. Nazir dedi: "Əgər bu sadalanan rayonlarda bir yaşlı insan öz evində yun əyirməklə və yaxud xalq yaradıcılığının hansısa bir növü ilə məşğuldursa, bu da mədəniyyətimizin bir hissəsidir və bizim məqsədimiz də bunları üzə çıxarmaqdır. Bu gün bədxah qonşularımız əllərinə xırda bir fürsət düşən kimi hər şeyi mənimsəyirlər, amma biz ermənilər kimi deyilik ki, hər şeyi uyduraq. Ümidvaram ki, biz olan sərvətlərimizi üzə çıxarda biləcəyik".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Ombudsman Şəkidə olub

Bölmənin digər xəbərləri
 
"Əli və Nino" romanı əsasında film çəkiləcək
Bu ideya gürcü rejissorundur

Aşıqların işi yaxşılaşır
Tezliklə aşıq muzeyi, kitabxanası və səsyazma studiyası yaradılacaq

İlk Milli Teatr Festivalı
Ölkənin 27 teatrı öz məharətini sərgiləyəcək

Gənc Tamaşaçılar Teatrında ustad dərsləri
Bu həftədən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın tanınmış teatr xadimlərinin iştirakı ilə fevralın 28-dək gənc aktyorlar üçün ustad dərsləri təşkil olunur.

İzmirdə növbəti Azərbaycan Novruz Festivalı
Martın 12-dən 21-dək İzmirdə III Azərbaycan Novruz Festivalı keçiriləcək.

"Şelkunçik"ə belaruslu rejissordan quruluş
Bu həftəsonu Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Basıyeva dünya şöhrətli "Şelkunçik" tamaşasına quruluş vermək üçün Bakıya gələcək.

Daşkəsəndə 4 tarixi abidə restavrasiya ediləcək
Bu il Daşkəsəndə 4 tarixi abidə restavrasiya ediləcək.

Lütfiyyə Səfərovanın səhhəti normal deyil
Aktrisa hələ xeyli vaxt həkim nəzarətində olacaq

Nazirlikdə yeni şura yaradılıb
Qeyri-maddi mədəni irsin qorunması yaxşılaşdırılır

Tarix Muzeyinin yubileyi noyabradək davam edəcək
Tədbirlər artıq başlanıb

"Özəl teatrlar mənəviyyatdan uzaqdır"
Amaliya Pənahova özəl teatrların bəzən şouya ehtiyac duyduğunu normal qəbul edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər