Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Tələbələrin maliyyələşdirilməsi adambaşına olacaq
Tələbələrin maliyyələşdirilməsi adambaşına olacaq
Nə vaxtdan və necə - hələlik tam aydın deyil
Şənbə, 27.02.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Ali tədris ocaqlarında adambaşına maliyyələşdirməyə keçid təhsil islahatlarının tərkib hissəsidir. Amma bunu gerçəkləşdirmək sual altındadır. Bir il öncə orta məktəblərdə eyni prosesin həyata keçirilməsi üçün pilot layihəsini həyata keçirmək vəd edilsə də, bu baş tutmadı.

Azərbaycanda hər tələbəyə düşən vəsait başqa ölkələrlə müqayisədə xeyli azdır. Hər tələbəyə təxminən 1000 manatdan bir qədər artıq vəsait düşür. Aydın məsələdir ki, bu, dünya standartlarından çox aşağıdır. Halbuki Qərbdə universitetlər var ki, hər tələbəyə düşən vəsait 12 mindən 20 min dollara qədər dəyişir.

Yeni yanaşmanın bir sıra üstünlükləri mövcuddur. Bununla ali təhsilin yeni sistem əsasında qurulmasına nail olunacağı düşünülür. Bundan başqa, bu maliyyələşmə hər tələbənin xərclərini özləri tərəfindən müstəqil şəkildə qiymətləndirməyə imkan verəcək. Smeta tərtib olunarkən ali məktəblər imkan verməyəcək ki, vəsaitlər təyinatından kənar xərclənsin.

Hazırda isə gerçəklik odur ki, ali məktəblərə ayrılan vəsaitlərin çox hissəsi tikinti-təmir işlərinə sərf edilir. Hətta bəzən təmirə ehtiyac olmadığı bir halda ali məktəb rəhbərləri həmin pulların silinməsi üçün bu yola üstünlük verirlər.

Deyilənlərə görə, Azərbaycanın bütün ali məktəblərində gələn dərs ilindən adambaşına maliyyələşməyə keçməklə bağlı məsələ gündəmə gəlib. Dünya Bankının bu layihəyə kredit ayırmağa hazır olduğu bildirilir. Bu prosesin təhsilin keyfiyyətinə müsbət təsir edəcəyi şübhəsizdir. Məsələ ondadır ki, ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir. Adambaşına maliyyəşmə baş tutandan sonra bu fərqlər obyektiv və subyektiv səbəbləri ortaya çıxaracaq. Ən əsası ali təhsilə ayrılan vəsaitlər səmərəsiz xərclənməyəcək.

Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib ki, əsas məqsəd ali təhsilə ayrılan vəsaitlərin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməsinə nail olmaqdır.

Yeni maliyyələşmənin tətbiqində nəzərəçarpan yubanma ali məktəblərin yeni sistemin tətbiqi üçün hazır olmadığı ilə izah edilir.

REKLAM

Belə bir fikir var ki, Azərbaycan bu məsələnin həllində ləngiyir. Bəlli olduğu kimi, Azərbaycan 20 ildir müstəqil ölkədir. Əslində bu məsələ müstəqillikdən sonrakı 3-6 il ərzində öz həllini tapmalı idi. Məsələn, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev təəssüflə qeyd edir ki, 19 il keçdikdən sonra təhsil sahəsində hansısa islahata başlanılması bir qədər anlaşılmaz görünür:

"Bütün bu ideyalar Qərbdən götürülüb. Amma bunun Azərbaycanda icra mexanizmini işləyib hazırlamaq uzun vaxt tələb edir".

Etibar Əliyevin fikrincə, orta məktəblərdə də bu sistem özünü doğrultmayacaq. Baxmayaraq ki, orta məktəblərdə şagird hesabına maliyyələşmə ideyası Dünya Bankının layihəsindən irəli gəlirdi:

"Bu istənilən effektini vermədi. Ali məktəblərdə də yeni maliyyələşmə tətbiq olunsa da, mexanizm işləsə də belə bu yenilik yaxın 10-12 ilə öz bəhrəsini verməyəcək. Çünki yeni maliyyələşmənin istənilən effekti verməsi üçün tələbəyə seçim hüququ verilməlidir. Bundan ötrü ali məktəblərdə müəllimlərin seçilməsini təmin edəcək tələbə icması yaradılmalı, müstəqil tələbə hərəkatları formalaşmalıdır. Eyni zamanda tələbələrə azadlıqlar verilməlidir ki, vəsaiti onların keyfiyyətli təhsil almasına xərcləmək mümkün olsun. Əks təqdirdə, bu şəraitdə adambaşına maliyyələşdirmə sistemi ali təhsil sahəsində heç bir dəyişikliyə səbəb olmayacaq. Bütün bunlar Boloniya bəyannaməsində öz əksini tapıb".

İqtisadçı ekspert Vüqar Bayramov deyir:

"Bu mexanizmə keçiddə gecikmişik. Çünki söhbət ondan gedir ki, bir çox ölkələr bu mexanizmi çoxdan tətbiq edir və müəyyən uğurlar əldə ediblər. Əksər Avropa ölkələrində isə bu mexanizmdən xeyli vaxtdır istifadə olunur. Bu sistemə keçid yeni tədris ilində mümkün olmasa da, növbəti illərdə tətbiq olunması gözləniləndir. Amma reallıq ondan ibarətdir ki, yeni sistemin tətbiq metodikası işləndikdən sonra geniş ictimai müzakirələrə ehtiyac olacaq. Çünki kifayət qədər ciddi islahatdan söhbət gedir".

Bu gün isə təhsilə yönələn vəsaitin haradan gəlib hara getməsinə nəzarət imkanı zəifdir. Yeni yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, ali məktəblərdə vəsaitlərin xərclənməsi üzrə şəffaflıq artacaq.

Orta məktəblərdə adambaşına maliyyələşdirmə sisteminə keçidə gəldikdə, bir neçə il olar ki, Dünya Bankı orta məktəblərə maliyyə müstəqilliyinin verilməsi üçün bir sıra rayonlarda pilot məktəblər seçib və layihə həyata keçirir. Amma məqsədə hələlik tam nail olunmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Füzuli küçəsinin olayları
Sakinlərin mülkiyyət hüquqlarına məhəl qoyulmur

Adamları təbiət məmurlara möhtac etdi
Söhbət qasırğa nəticəsində evlərinə ziyan dəymiş leriklilərdən gedir

Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
Bu real görünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər