Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
Bu real görünür
Şənbə, 27.02.2010

Aynurə mətn ölçüsü  

Dünya praktikasında ötən əsrin 70-ci illərinə qədər əsasən pensiya təminatının "həmrəylik sistemi"ndən istifadə olunub. Bu sistemə görə, bütün işçilər sosial sığorta ödənişləri edirdilər. 70-ci illərin əvvəllərindən başlayaraq Avropanın "qocalması" qlobal xarakter alması və doğum səviyyəsinin düşməsi nəticəsində "həmrəylik sistemi" effektini itirdi və pensiya sistemi ciddi maliyyə problemləri ilə üzləşdi. Buna görə də Qərb ölkələri yeni - "fərdi" sistemə keçdilər.

İqtisadi Tədqiqatlar Mərkəzinin "Azərbaycanda mövcud pensiya sistemi və islahatlar"ı tədqiqat hesabatında qeyd edildiyi kimi, 2006-cı ildə Azərbaycan da eyni səbəbdən fərdi uçot sisteminə keçib. Həmin ilin yanvarında "Əmək pensiyası" haqqında tətbiq edilən yeni qanuna, əsasən pensiyalar üç hissəyə bölünür: Baza, sığorta və yığım hissəsi. 2009-cı ildə isə bu qanuna ciddi dəyişiklik və əlavələr olundu.

Əsas dəyişikliklər bunlardır: Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilə qədər hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilə qədər artırılıb.

Çoxuşaqlı anaların pensiyaya çıxma imtiyazları azaldılıb. 10-cu maddəyə əsasən, yaşa görə əmək pensiyası hesablanması üçün yeni düstur təklif olunur.

Hesabatın əsas müəllifi professor Fuat Rəsulovdur. Professorun qənaətincə, pensiya sistemində baş verən bu dəyişikliyin bir sıra müsbət və mənfi cəhətləri var. Müsbət cəhətlər ondan ibarətdir ki, pensiyaların hesablanma formulu xeyli sadələşdirilib və yeni model daha çox sığorta istiqamətli modeldir. Pensiyanın həcmi işçinin təkcə iş stajından deyil, onun real gəlirlərinin həcmi və işəgötürənin Sosial Müdafiə Fonduna ödədiyi sığorta ödəmələrindən asılıdır. Pensiya yaşının artırılması əhalinin əmək fəaliyyəti ilə məşğulolma imkanını yüksəldəcək və müəyyən zamanda pensiyaya çıxanların sayı azalacaq və sair.

Mənfi cəhətləri - yaxın zamanda hər bir insana əməyinə görə qiymət verilməyəcək. Qüvvədə olan qanunvericilik işləmək qabiliyyəti olmayan ahıl adamlara vaxtından əvvəl sosial pensiyaya çıxmaq imkanı vermir. Xaricdə işləyənlər o halda pensiya ala biləcəklər ki, həmin ölkə ilə Azərbaycan arasında müvafiq müqavilə imzalanmış olsun. Başqa ölkəyə gedən və Azərbaycan vətəndaşlığından imtina edən şəxslər pensiyadan məhrum edilir.

Eyni zamanda, pensiyaların sığorta hissəsinin inflyasiyaya uyğun olaraq indeksləşdirilməsi büdcəyə əsaslandığından gərginliyə səbəb olur. Qüvvədə olan qanunvericilik işəgötürənləri vergilərin və sosial vergilərin düzgün ödənilməsinə stimullaşdırmır.

Bütün bunları nəzərə almaqla, tədqiqatçılar yaxın gələcəkdə Azərbaycanın pensiya sistemində köklü və müsbət dəyişiklikləri sərtləndirə biləcək tədbirlər ssenarisinin həyata keçirilməsini mümkün sayırlar.

Fuat Rəsulov izah edir

Bütün bunlar barədə Fuat Rəsulov "Ayna"ya məlumat verərkən öyrəndik ki, əmək və vergi qanunvericiliyinə dəyişikliklər, eləcə də sosial vergilər üçün yeni sosial vergi tarifləri işlənib hazırlanır. Bu, həm işəgötürənlərin sosial vergiləri tam həcmdə ödəməsinə, həm də bu məsələdə işçilərin özlərinin rollarının və məsuliyyətinin artmasına kömək edəcək.

Təklif olunur ki, sosial vergilərin həcmi 25-dən 18 faizə endirilsin. Eyni zamanda iştirakçıların - işəgötürən və işçilərin sosial vergilər ödənişində payları dəyişdirilməlidir: 50/50 nisbəti təklif olunur.

Belə bir fikir var ki, sosial vergilərdən yayınma hallarını azaltmaq və hətta tam aradan qaldırmaq, sığorta ödəyicilərinin sayını artırmaq məqsədilə işəgötürənlər və yeni iş yerləri yaradan sahibkarlar biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi məqsədilə ciddi addımlar atılmalıdır.

Məsələn, Rəsulov qeyd edir ki, Azərbaycanın əmək bazarında vəziyyətin qeyri-sabit və qeyri-şəffaf olması pensiya təminatının keyfiyyətli şəkildə həyata keçirilməsinə mane olur:

"Sosial vergilərin azaldılması - müəssisələr üçün əməkhaqlarından ödənilən sosial verginin əməkhaqqının 22 faizindən 9 faizə endirilməsi "qara ödənişlər"in qarşısına sədd çəkəcək. Əməkhaqlarının real və obyektiv ödənişləri fiziki şəxslərdən dövlət büdcəsinə daxil olan gəlir vergilərini xeyli artıracaq. Bu zaman müəssisənin buraxdığı məhsulların maya dəyəri yüksəlməyəcək, hətta bir qədər aşağı düşəcək ki, bu da öz növbəsində müəssisələr üçün stimullaşdırıcı faktor rolunu oynayacaq". Beləliklə də Pensiya Fondu ilə partnyor münasibətlərə zəmin yaranacaq.

DSMF bunadək vergilər şəklində daxil olan vəsaitlərin 12,5 faizini baza pensiyasının ödənişinə yönəldirdisə, yeni variantda bu məqsədlərlə 9 faiz ödəniş ediləcək. Lakin real əməkhaqqının gizlədilməsi nəticəsində daxil olan vergilərin bundan sonra real vergilərlə əvəzlənməsi vəsaitlərin artımına gətirib çıxaracaq. Pensiya Fondunun büdcədən transfertlərə ehtiyacını və ümumiyyətlə, dövlət büdcəsindən asılılığını ildən-ilə azaldacaq.

Addımlar atılır

Araşdırmadan bəlli olur ki, ölkədə fəaliyyət göstərən qeyri-bank maliyyə təşkilatları əsasında özəl pensiya fondlarının yaradılması yönündə real addımlar atılır. Özəl pensiya fondlarının yaranması bir tərəfdən DSMF ilə onların arasında rəqabətə gətirib çıxarır. Yəqin elə bu səbəbdən DSMF onların belə tezliklə yaradılmasında maraqlı deyil. Digər tərəfdən, bu sahədə yeni strukturların yaradılması perspektivdə DSMF-nin yalnız baza pensiyaları ilə təminat sahəsi ilə məşğul olacağını göstərir. Bununla da ölkənin dövlət büdcəsi böyük bir gərginlikdən xilas olur. Bu fondların əsas vəzifəsi gələcək pensiyaçıların vəsaitlərini effektiv idarə etməkdir.

Ekspertlər hesab edirlər ki, bu addımların nəticəsi olaraq, DSMF-nin dövlət büdcəsindən asılılığı və eyni zamanda dövlət büdcəsinin yükü təxminən 8-10 ildən sonra xeyli azala bilər. Eyni zamanda bu, ölkədə "gizli iqtisadiyyat"ın və insanların real gəlirlərinin önəmli hissəsinin leqallaşmasına səbəb olar, qeyri-büdcə sahəsində çalışan şirkətlərin öz işçilərinin sosial təhlükələrdən sığortalanmasında maraqlarını artırar və onları sosial vergiləri ödəməyə stimullaşdırar.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Büdcəyə vergi daxilolmaları arta bilər

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Neftin qiyməti yenə də qalxarsa...

Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər

İmkanlıdır, amma "uşaqpulu"na göz dikir

Bölmənin digər xəbərləri
 
Füzuli küçəsinin olayları
Sakinlərin mülkiyyət hüquqlarına məhəl qoyulmur

Adamları təbiət məmurlara möhtac etdi
Söhbət qasırğa nəticəsində evlərinə ziyan dəymiş leriklilərdən gedir

Tələbələrin maliyyələşdirilməsi adambaşına olacaq
Nə vaxtdan və necə - hələlik tam aydın deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər