Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Füzuli küçəsinin olayları
Füzuli küçəsinin olayları
Sakinlərin mülkiyyət hüquqlarına məhəl qoyulmur
Şənbə, 27.02.2010

İdrak Abbasov mətn ölçüsü  

Bakının mərkəzində icra strukturları nümayəndələrinin vətəndaşlara qarşı elan etdikləri torpaq savaşı davam edir. Sakinlərin mülkiyyət hüquqlarına məhəl qoyulmur. Yüzlərlə Bakı sakini illər boyu yaşadıqları mənzillərdən zorla məhrum edilir, mənzilləri və qeyri-yaşayış sahəsi olan mülkləri sökülür. Sakinlər isə dərdlərini söyləməyə ünvan axtarırlar.

"Hörmətli QHT və KİV nümayəndələri, biz, Şəmsi Bədəlbəyli küçəsinin yüzlərlə sakini son vaxtlar bəlkə də əsrin ən faciəli günlərindən birini yaşayırıq. Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri həmin ərazidə "Qış bağı" və ya istirahət parkının salınacağını əsas gətirərək bizi illər boyu yaşadığımız mənzillərdən çıxarırlar. Bunun əvəzində isə bizə nə mənzil, nə də o mənzillərin alınması üçün gərəkli olan uyğun məbləği vermək niyyətində deyillər. Dövlət adından danışdıqlarını deyən bu məmurlar ilkin olaraq bizə ödəniləcək kompensasiyanın 1500 dollar, bizim ciddi etirazlarımızdan sonra isə həmin məbləğin 1500 manata qaldırıldığını bəyan edərək bundan başqa bir qəpik də verilməyəcəyini bildirirlər".

Bu isə Füzuli küçəsi sakinlərinin qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinə (KİV) ünvanladıqları müraciətdir. Dövlətdən deyil, onlardan kömək umurlar. Daha sonra deyilir:

"Hörmətli QHT və KİV təmsilçiləri, bu ərazidə yaşayan insanların böyük əksəriyyətinin mənzillərinin yaşayış sahəsinin çox kiçik olduğunu nəzərə alsaq, ev bazarındakı hazırkı fantastik qiymətlərin müqabilində bizə verilən bu pullarla heç nə almağın mümkün olmadığı tam aydın olur. Məmurların sakinlərə Ş. Bədəlbəyli küçəsinə yaxın ərazilərdə təklif etdiyi mənzillər isə olduqca bərbad vəziyyətdədir və orada yaşamaq, demək olar, mümkün deyil".

Müraciət müəllifləri qeyd edirlər ki, hazırda Füzuli küçəsi faşist Almaniyasının İkinci Dünya müharibəsi zamanı əsirlər üçün yaratdığı gettonu xatırladır. Fərq bircə burasındadır ki, məsələn, Varşava gettosundan kənara çıxış yox idi, bu "getto"dan isə bayıra çıxış qapıları qoyublar. Orada adamları sorğusuz-sualsız öldürürdülər, burada isə, sadəcə, polisə aparıb, dilindən iltizam alıb, sərbəst buraxırlar. Yəni bizimkilər bu mənada xeyli insaflıdırlar.

"Sakinlərlə heç bir razılaşdırıcı danışıq aparmadan, onların müvafiq mənzillərlə təminat məsələsi həll edilmədən küçənin hər iki tərəfindən taxta hasarlar çəkilmiş, bəzi evlərin hətta rabitə və kommunikasiya xətləri kəsilmişdir. Halbuki sivil dünyada, hətta indi bəyənmədiyimiz sovet dövründə belə bu cür irimiqyaslı layihələr həyata keçirilməzdən öncə insanlara bu barədə bildirişlər təqdim edilir, onlara bazar qiymətlərinə uyğun kompensasiyalar verilir, ya da ki, adamlar artıq təmirli müvafiq evlərlə təmin olunurdular. Hətta insan haqlarının səviyyəsinə görə beynəlxalq təşkilatların siyahılarında son yerlərin birində qərar tutan Türkmənistanda belə insanların dövlət layihələrinin həyata keçirilməsi səbəbindən bir yerdən digərinə köçürülmə məsələsi çox sivil qaydada öz həllini tapır. Azərbaycanda isə hazırda bunların heç biri yoxdur. Məmurlar insanlarla olduqca kobud davranır, sakinlərin etiraz səslərinin polis dəyənəkləri hesabına yatızdırılmasına çalışılır. Onlar polis bölmələrinə aparılır və bir daha heç nəyə etiraz etməyəcəyinə dair izahat yazandan sonra bölmədən buraxılırlar", - deyə sənəd müəllifləri hər kəsi, o cümlədən KİV və QHT nümayəndələrini sıravi vətəndaşlara yardım etməyə, onların yanında olmağa çağırırlar.

Azərbaycanda bu kimi hallar üçün qanun mövcuddur və hüquqşünasların fikrincə, əla bir qanundur. Vətəndaşla əvvəlcədən iş aparılmalı və onlar razı salınmalıdırlar. Üç ay əvvəl xeyli vətəndaş bu minvalla razı salınıb və onlar çıxıb gediblər. Razı düşməyənlər də var və onlar, təbii ki, razı salınmalıdır və bunun qaydaları qanunda var. Sadəcə, həmin qanuna məhəl qoyulmur.

Əlavə edək ki, bu baş verənlər Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq aktlar, habelə ölkə Konstitusiyasının kobud şəkildə pozulmasıdar. "Ayna"ya daxil olan məlumata görə, artıq onlarla sakin baş verənlərlə bağlı Azərbaycan hökumətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməyə hazırlaşır. Amma belə bir niyyətləri varsa, gərək əvvəlcə üç yerli məhkəmə instansiyasını başa vurmuş olsunlar.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb

Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək

Bəzi banklar ipoteka krediti limitini başa vurub

MN hərbçiləri üçün bina tikiləcək

Mənzillərin ucuzlaşmasının qarşısı alınıb

Bölmənin digər xəbərləri
 
Adamları təbiət məmurlara möhtac etdi
Söhbət qasırğa nəticəsində evlərinə ziyan dəymiş leriklilərdən gedir

Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
Bu real görünür

Tələbələrin maliyyələşdirilməsi adambaşına olacaq
Nə vaxtdan və necə - hələlik tam aydın deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər