Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Adamları təbiət məmurlara möhtac etdi
Adamları təbiət məmurlara möhtac etdi
Söhbət qasırğa nəticəsində evlərinə ziyan dəymiş leriklilərdən gedir
Şənbə, 27.02.2010

İ.Abbasov mətn ölçüsü  

Bu il yanvarın 3-4-də ölkənin cənub bölgəsində baş vermiş şiddətli qasırğanın nəticələri qismən aradan qaldırılsa da, sadə vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində bu günə qədər də addım atılmır. Bir neçə gün əvvəl təkrar baş verən qasırğa ziyan içində olan Lerikin düşdüyü ziyanların həcmini bir az da artırdı. Bu barədə "Ayna"ya qasırğa nəticəsində evinin damı uçulmuş Lerik şəhər sakini Yunus Ağayev məlumat verib.

"Yalnız mənim evimin 45-dən çox şiferini külək aparmışdı. Yağan yağış, qar, çovğun evin içindədir. Qonşularıma da ciddi ziyan dəyib. Bəzi qonşuların evlərinin, bəzilərinin tövlələrinin damı uçub, pəncərələrinin şüşələri qırılıb. Bu günə qədər də kimsə gəlib bizimlə maraqlanmayıb". Ağayevin sözlərinə görə, sakinlər onlara dəymiş ziyanla bağlı Lerik rayon İcra Hakimiyyətinə, rayon fövqəlada hallar komissiyasına rəsmi qaydada müraciət ediblər.

"Bu gün (dünən-red.) yenidən icra hakimiyyətində oldum və rayon fövqəladə hallar komissiyasının sədri Baləli müəllimlə görüşdüm. Mənə dedilər ki, göndərilən yardım yalnız məktəblərin və dövlət müəssisələrinin təmirinə çatıb. Əgər yenidən yardım göndərsələr, sizə də verəcəyik. Biz nə qədər gözləməliyik? Lerik dağ rayonudur və hazırda burada qar yağır", - deyə mənbə gileyləndi.

Lerik şəhər Fövqəladə Hallar Komissiyasının sədri Baləli Rzayev isə "Ayna"ya müsahibəsində bildirdi ki, əhaliyə dəyən ziyan aradan qaldırılır. "Mən şəxsən sizin qeyd etdiyiniz adamı yaxından tanıyıram. O, sadəcə, vaxtında müraciəti şəhər sovetinə verməli idi. O, şəhər soveti sədri ilə aralarında mövcud olan hansısa şəxsi münaqişəyə görə müvafiq qaydaya uyğun olaraq müraciətini etməyib. Buna baxmayaraq, biz yenə də ona kömək etməyə çalışacağıq", - deyə komissiya sədri vurğuladı.

Eyni zamanda, Lerikə dəymiş ziyanın aradan qaldırılması üçün kifayət qədər yardım ayrılmadığı da bildirilir. Hər halda, rayon fövqəlada hallar komissiyasının sədri bu barədə danışmasa da, yardıma möhtac, amma yardım almamış sakinlər bu fikirdədirlər.

"O gün ANS-də göstərirlər ki, hökumət bulvarda əkmək üçün bir ağacı hansısa xarici ölkədən 25 min dollara alıb gətirir. Nə qədər istəyirlərsə, Lerikdə uzunömürlü palıd, fıstıq ağacı var. Gəlib buradan çıxarıb aparıb əksinlər, o xaricilərə verdikləri pulları da camaatın evlərinin təmirinə sərf etsinlər", - deyə Y.Ağayev vurğuladı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı

Madonna səhnədə huşunu itirdi

Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər

"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."

Bölmənin digər xəbərləri
 
Füzuli küçəsinin olayları
Sakinlərin mülkiyyət hüquqlarına məhəl qoyulmur

Dövlət büdcəsinin yükünü xeyli azaltmaq
Bu real görünür

Tələbələrin maliyyələşdirilməsi adambaşına olacaq
Nə vaxtdan və necə - hələlik tam aydın deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər