Böyük Britaniya Avropanın xaricindən Birləşmiş Krallığa oxumağa gəlmək istəyən tələbələr üçün viza qaydalarını sərtləşdirib. Böyük Britaniyanın Azərbaycan səfirliyindən bildirilib ki, fevralın 10-dan qüvvəyə minən yeni qaydalara əsasən, Britaniyada ali təhsil alan tələbələrin Britaniyada oxuduqları müddətdə orada işləmək imkanları məhdudlaşacaq və onların ailə üzvləri isə ümumiyyətlə işləyə bilməyəcəklər.
Bu qayda yeganə məqsədi Birləşmiş Krallıqda işləmək olan "yalançı" tələbələrin ölkəyə girişini daha da çətinləşdirəcək.
Birləşmiş Krallığın dövlət katibi Alan Conson bildirib ki, xal hesabına əsaslanan sistem Birləşmiş Krallığa işləməyə və oxumağa gələnlərin ölkəyə qanuni daxil olmalarını idarə etmək üçün dəyişən şərtlərə reaksiya vermək iqtidarında olan dəqiq sistem təmin etmək məqsədi ilə təmin edilib.
"Biz istəyirik ki, xarici tələbələr bura oxumağa gəlsinlər, qanunsuz işləməyə yox və bu gün biz keçən il təqdim etdiyimiz sistemin möhkəmliyini qorumaq üçün lazımi addımları müəyyən etmişik. Buna görə mən üzrxahlıq etmirəm".
Birləşmiş Krallığın universitet və kollecləri mükəmməl təhsil təklif edir və dövlət həqiqi xarici tələbələrin ümumilikdə ölkəyə və həmçinin oxuduqları universitet və kolleclərə iqtisadi, akademik və ictimai cəhətdən gətirdikləri mühüm töhfəni tanıyır. Bununla belə, bu addımlar sistemdən mümkün sui-istifadənin qarşısını almaqda dövlət öhdəliyinin bir hissəsidir.
Bu dəyişikliklər keçən il tələbə sistemində başlayan radikal əlavələrin bir hissəsidir. 2009-cu ilin martından bəri dövlət bütün xarici tələbələrdən Birləşmiş Krallığın Sərhəd Agentliyinin lisenziyalaşdırdığı kolleclər tərəfindən himayədarlıq edilməsini və onlardan viza əldə etməzdən qabaq lazımi təminatlarının olmasını nümayiş etdirmələrini tələb edir. Həmçinin mart ayından başlayaraq, xarici tələbə qəbul etmək istəyən istənilən universitet və kollec akkreditasiyadan keçməli və lisenziya almalıdır. Bu, Birləşmiş Krallığa xarici tələbə dəvət edə bilən universitetlərin sayını 4000-dən təxminən 2000-ə qədər azaldıb.
|