Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Avropa Məhkəməsində islahatlar olacaq
Onun qəbul etdiyi qərarlar tez bir zamanda icra edilsin
Şənbə, 20.02.2010

X.Səfərov mətn ölçüsü  

İsveçrənin İnterlaken şəhərində İsveçrə hökumətinin AŞ Nazirlər Kabinetinə sədrliyi çərçivəsində Avropa İnsan Haqları Məhkəməsində islahatlar ilə bağlı "Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi" adlı nazirlər səviyyəsində iki günlük konfransın yekununda "İnterlaken bəyannaməsi" qəbul edilib. (APA)

Toplantı iştirakçıları bu bəyannaməni qəbul etməklə öz ölkələrinin Avropa İnsan Haqları Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə sadiq qalaraq və bu Məhkəmənin Avropada İnsan Hüquqlarının qorunması sahəsində misilsiz töhfələrini qəbul edərək, Məhkəmənin daha da fəal işləyə bilməsi məqsədi ilə qurumda lazımi islahatlar aparılmasına razılıq veriblər.

İştirakçılar Konvensiya sisteminin uzunmüddətli effektiv işləməsi istiqamətində islahatlar prosesinin başlanması üçün yol xəritəsini tərtib etməyi nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Bununla da tərəflər Avropa İnsan Haqları Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə sadiq qalmalarını və Məhkəmənin Avropada İnsan Hüquqlarının qorunması sahəsində misilsiz töhfələrini qəbul etmələrini, Avropa İnsan Haqları Konvensiyasına əlavə Protokolun 2010-cu il iyunun 1-dən etibarən qüvvəyə minməsini, AB-nin Konvensiyaya gələcəkdə qoşula bilməsinə imkan yaradan Lissabon razılaşmasının qüvvəyə minməsini yüksək məmnunluq hissi ilə qeyd edərək, Konvensiyaya üzv ölkələrinin AİHM-ə fərdi şəkildə şikayət etmə hüququnu bir daha təsdiq ediblər.

Bəyanatda bildirilir ki, tərəfdaş ölkələr Konvensiyanın qarant durduğu hüquq və azadlıqların milli səviyyədə tam şəkildə qorunmasının vacibliyini yenidən vurğulayaraq əlavə xarakterli prinsiplərin gücləndirilməsinə çağırırlar. Bundan başqa bəyanatda məhkəmənin qəbul etdiyi qərarların tez bir zamanda effektiv və tam şəkildə icra edilməsinin vacib olduğu və eyni zamanda, AİHM-in keyfiyyət və qərəzsizliyinin qorunması və hakimlərin müstəqilliyinin təmin edilməsi zərurəti qeyd edilib.

İslahatlar prosesinə başlanması istiqamətində gələcəkdə siyasi orientasiya rolu oynayacaq Fəaliyyət Planı da qəbul ediblər.

"Rusiyanın Avropa İnsan Haqları Konvensiyasına 14-cü əlavə Protokolu ratifikasiya etməsi ilk öncə bu ölkənin Təşkilat daxilində ön planda çıxış edən siyasi aktyor olmaq iradəsinin göstəricisidir". Bu sözləri adıçəkilən konfransdakı çıxışı zamanı AŞ PA prezidenti Mövlud Çavuşoğlu deyib.

"Bu gün bu addımla Rusiya hökuməti bizə güclü bir mesaj göndərdi. İlk öncə, bu ratifikasiya Rusiyanın Təşkilat daxilində ön planda çıxış edən siyasi aktyor olmaq iradəsinin göstəricisidir. Bu onu göstərir ki, Rusiya Avropa Şurasının dəyərlərinə və insan haqlarının qorunması mexanizmlərinə bağlıdır və bu addım Rusiya məhkəmələrini Avropa İnsan Haqları Konvensiyası və Strasburq Məhkəməsinin hüquqlarını nəzərə almaqla qəbul etdikləri qərarlarına fikir vermələri istiqamətində ruhlandırır", deyə AŞ PA prezidenti bəyan edib.

M.Çavuşoğlunun sözlərinə görə, bu ratifikasiya ilə Məhkəmə yaxın gələcəkdə daha əvvəldən yığılıb qalmış işlərə daha da sürətli şəkildə baxa biləcək.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Azərbaycan nağılları Avropa ölkələrində

Yeganə Avropaya səs salacaq

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Bölmənin digər xəbərləri
 
Üç teleradio şirkətindən Tehrana ittiham
Ölkə rəhbərliyi çağdaş informasiya vasitələrinə dözmür

Tehran-Moskva raket bazarlığı
Ruslar malı ləngidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər