Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Berns səfərini yüksək qiymətləndirib
Berns səfərini yüksək qiymətləndirib
Prezidentlə görüşündə bloggerlərin məsələsinə də toxunulub
Şənbə, 20.02.2010

S.Abbas mətn ölçüsü  

ABŞ dövlət katibinin müavini Uilyam Berns Bakı görüşlərinin nəticələrindən məmnundur. "Bu gün prezident Əliyevlə görüşmək və vətəndaş cəmiyyətinin üzvləri ilə söhbət imkanı əldə etməyimdən məmnunam. Biz Azərbaycanla olan ikitərəfli münasibətlərimizi dəyərləndirir və dövlətinizin Əfqanıstan, terrorçuluqla mübarizə, regional və qlobal təhlükəsizlik sahəsində vacib olan digər məsələlərdə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Gələn illərdə biz bu və digər məsələlərdə münasibətlərimizin daha da genişlənməsinə və dərinləşməsinə ümid edirik", - deyə Berns jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ("Turan").

Berns bir qədər öncə Diplomatiya Akademiyasında dediyi fikirləri təkrarlayıb. Orada demişdi:

"Azərbaycanla qarşılıqlı əlaqələrimizin tarixi bir çox sahələrdə uzunmüddətli və məhsuldardır. Bakı-Tbilisi-Ceyhan kəmərinin diqqətəlayiq uğuru bu əməkdaşlıq ruhunun bariz nümunəsidir. Bu kəmər Xəzərin enerji resurslarını bütün dünyaya açdı. Bu və digər layihələr Azərbaycan iqtisadiyyatına da təkan verib və Azərbaycan xalqı üçün daha müstəqil iqtisadi gələcəyi təmin etməyə müvəffəq olmuşdur. Anladım ki, bəziləri ABŞ-la Rusiyanın enerji siyasətləri arasındakı rəqabətin Orta Asiyada növbəti Böyük Oyuna çevrilməsindən danışırlar. Bu yanlış düşüncədir. Baxmayaraq ki, enerji məsələlərində rəqabət elementləri həmişə var, hər hansı kommersiya sahəsində olduğu kimi. Birləşmiş Ştatlar hesab etmir ki, enerji təhlükəsizliyi sıfır ballı oyundur. Biz qətiyyətlə inanırıq ki, bir-birimizə qarşı getməkdənsə, birgə işləməklə daha çox nailiyyət əldə edə bilərik. Daha sıx qarşılıqlı əlaqələndirmə bütün ölkələrə xeyir gətirməklə, müxtəlif mənbələri və marşrutları maksimallaşdırır, daha yaxşı bazar qiymətini təmin edir və enerji ehtiyatlarının daşınmasındakı əngəlləri aradan qaldırır".

Berns vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşündə demokratiya və insan haqları ilə bağlı məsələlərlə maraqlanıb.

Görüşdə iştirak edən politoloq Hikmət Hacızadəyə bildirib ki, prezident İlham Əliyevlə söhbətində həbsdə olan bloggerlərin məsələsinə toxunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya Bakıya raket gəmisi göndərir

Sumqayıt və Aktau qardaş oldu

Elmira Səfərova yad ediləcək

Xarici hərbi siyasət: 2009-cu ilin yekunları

Sarkisyan Britaniyada biabır olub

Bölmənin digər xəbərləri
 
Cəbhə xəttində "protokol atəşləri"
İrəvanda hərbi-siyasi qrupların qarşıdurması Qarabağ cəbhəsinə keçdi

Azərbaycanla bağlı hesabat martda açıqlanacaq
Söhbət AŞ PA-nın Monitorinq Komitəsinin açıqlayacağı sənəddən gedir

VHR çox kəskin danışdı
İranda teokratik-panfarsist rejimin türklərə qarşı qəddar işgəncələri pisləndi

Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Məhəmmədsalam Məhəmmədovun seçilməsindən dolayı etnomafiyalar susqun düşüb

Birləşək, birləşməyək?
AXCP və Müsavat özlərinin elektoratını parçalamaqla "birlik" ideyasını dəfn ediblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər