Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Birləşək, birləşməyək?
Birləşək, birləşməyək?
AXCP və Müsavat özlərinin elektoratını parçalamaqla "birlik" ideyasını dəfn ediblər
Şənbə, 20.02.2010

X.Səfərov mətn ölçüsü  

Növbəti seçki ili özü ilə bərabər "köhnə söhbət"i - müxalifət partiyalarının birləşməsi ideyasını yenidən gündəmə gətirib. Bu məsələdə fikirlər müxtəlifdir və siyasi müşahidəçilər bu yöndə olan prespektivləri dumanlı görürlər. Çünki hazırkı siyasi müstəvidə olan palitra çox mürəkkəbdir. 1995-ci ildən sonrakı son 15 ilin siyasi mənzərəsi tamam fərqli prioritetləri ortaya çıxarıb.

İlk olaraq onu qeyd etmək lazımdır ki, 90-cı illərin müxalifət liderləri ölkə siyasi idarəçiliyinin bu və digər sahələrinə özlərini müncər edə bilmədilər. İstər mərhum Əbülfəz Elçibəy, istərsə də Müsavat başqanı İsa Qəmbər, AMİP sədri Etibar Məmmədov, eks-spiker Rəsul Quliyev, keçmiş dövlət katibi Lalə Şövkət və digərləri siyasi həyatın aktiv iştirakçıları olsalar da, hakimiyyətin iqtisadi və siyasi strukturlarına nufuz edə bilmədilər. Siyasi liderlər bu illər ərzində keçirilən bütün seçkilərdə iştirak etsələr də, real nəticələri olmadı. Burada bir çox obyektiv səbəbləri - seçkilərin saxtalaşdırılıması, siyasi təzyiqlər və digər faktorlar göstərilə bilər. Amma bütün bu obyektiv səbəbləri ortaya qoyan subyektiv amilləri də nəzərdən qaçırmaq olmaz. Bu, əlahəzrət "elektorat"dır. 1998-ci ildə yaradılmış SİDSU, 2000-ci ildəki "Elçibəy - İsa Qəmbər" Bloku, 2003-cü ildə "Bizim Azərbaycan", "Qələbə" bloku, 2005-ci ildə yaradılmış "Azadlıq" bloku siyasi müstəvidə olan protest elektoratını tərpədə bildi, amma biləşdirə bilmədi. Azərbaycan müxalifət partiyalarının əsas ciddi problemi məhz etiraz elektoratının idarə edilməsi ilə bağlıdır.

Bu baxımdan müxalifət hakim partiyaya qibtə edə bilər. YAP öz seçicilərini idarə etməkdə vahid strategiyaya malikdir və bu yöndə hər hansı özfəaliyyətə qəti imkan vermir. Mərhum Heydər Əliyevin bu baxımdan siyasəti maraqlı və cəlbedici idi. O, daima hakimiyyət strukturlarını YAP-ın dolayı nəzarəti altında saxlamaqla partiyasının fəaliyyətini elektorata müncər edə bilirdi. Bütün bu illər ərzində hakim partiyanın sərt "elektoral siyasəti" yalnız bir dəfə sınağa tuş gəlib.

2005-ci ili xatırlayaq.

REKLAM

Həmin ilin parlament seçkiləri ərəfəsində bir neçə nazirin siyasi maraqları az qala YAP-ın sosial bazasında fəsad yaradacaqdı. Eyni dairədən seçkiyə qatılan YAP-çı namizədlər hətta hakim partiyanın sadiq tərəfdarlarını belə çaşdırmışdı. Seçki təbliğatı zamanı yerlərdə YAP namizədlərinin icra nümayəndələri ilə qarşıdurması, əlbəyaxalar şok effekt yaradırdı. Hətta o zaman müxalifət düşərgəsinin təmsilçisi Pənah Hüseyn situasiyadan bəhrələnmək üçün YAP-çı namizədlərlə ədalətli seçki uğrunda birləşə biləcəklərini də bəyan etmişdi. Mərhum Heydər Əliyevdən sonra ilk dəfə idi ki, siyasi rəhbərlikdə belə ikitirəlik yaranmışdı və bu çox davam etmədi. 2005-ci ilin şok "nazir həbsləri"ndən sonra hakim partiya öz üzvlərinə "geriyə" komandası verdi. Hakim partiyanın dəstəkləmədiyi YAP-çılara dərhal namizədliklərini geri götürmək əmri verildi. Bununla da vəziyyəti stabilləşdirə bildilər.

Həmin ilin favoriti olan "Azadlıq" bloku isə narazı elektoratın həlledici səslərini qazansa da, blokun sonrakı addımları situasiyanı absurda çevirdi. Belə ki, Mədəniyyət sarayında seçkinin nəticələrindən narazı olan namizədlərin Forumunda siyasi partiyalar bəyan etdilər ki, onlara hakimiyyət tərəfindən ayrılmış yerlərdən imtina edirlər və yeni seçkilərin keçirilməsi üçün mübarizə aparacaqlar. Lakin bu imzaların mürəkkəbi qurumamış, heyrətdən gözləri bərəlmiş protest elektoratının gözü önündə Müsavat deputat qrupu Milli Məclisə qatıldı. Bununla da siyasi partiyalar üçün vacib olan narazı elektoratın etimad limitində ciddi çatlar ortaya çıxdı. "Azadlıq" bloku parçalandı. Müsavatın bloku tərk etməsi, AXCP ilə arasında yaranmış ciddi siyasi qalmaqal faktiki olaraq ölkə müxalifətinin söykəndiyi elektoratı iki yerə parçaladı. Halbuki bu elektorat 1993-cü ildə hakimiyyətdən salınmış AXC hakimiyyətinin fəal dəstəkçiləri idi. Məhz bu kəsim bütün 90-cı illər boyu AXC və Müsavatın aktiv tərəfdarları kimi çıxış etmişdilər. Onlar meydanda qalmaqla digər tərəfdən yeni narazılar qrupunun pərakəndə şəkildə yaranmasının qarşısını alaraq onları sistemli şəkildə müxalifət partiyalarının dəstəkçisinə çevirə bilirdilər. Siyasi partiyalar üçün ötən iki seçki - 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri həm də seçicilərin etimadının müəyyənləşməsi baxımından bir barometr rolunu oynadı.

Hazırda mübahisə predmetinə çevrilən "birləşək, birləşməyək?" tezisi əslində yalnız iki partiya üçün həyat iksiri qədər əhəmiyyətlidir. Söhbət AXCP və Müsavatdan gedir. Çünki adıçəkilən hər iki partiya onların paylaşdığı ideoloji dəyərləri daşıyan eyni elektorata söykənir. Bu partiyların ətrafında cəmləşən digər siyasi qüvvələr isə sadəcə "fürsət partiyaları"dır.

Hakimiyyət də bu iki siyasi qüvvənin seçici qüvvəsinin gücündən yaxşıca xəbərdardır. Odur ki, hakimiyyətin siyasi texnoloqlarının prosesi sakitcə izləyəcəyini gözləmək sadəlövhlük olardı.

Müxalifətin birliyinə gəlincə, bu barədə son qərarın verilməsi yalnız AXCP və Müsavatdan asılıdır. Lakin son illərdə bu qüvvələr arasında olan ciddi qarşıdurmalar və münasibətlər dərinə işləyən kök atıb. Odur ki, bir yerdə mübarizə aparmaq üçün bəzi ehkamlardan imtina etmək lazım gələcək. Bunu bacarıb-bacarmayacaqlarını isə bu il görəcəyik.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Cəbhə xəttində "protokol atəşləri"
İrəvanda hərbi-siyasi qrupların qarşıdurması Qarabağ cəbhəsinə keçdi

Azərbaycanla bağlı hesabat martda açıqlanacaq
Söhbət AŞ PA-nın Monitorinq Komitəsinin açıqlayacağı sənəddən gedir

VHR çox kəskin danışdı
İranda teokratik-panfarsist rejimin türklərə qarşı qəddar işgəncələri pisləndi

Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Məhəmmədsalam Məhəmmədovun seçilməsindən dolayı etnomafiyalar susqun düşüb

Berns səfərini yüksək qiymətləndirib
Prezidentlə görüşündə bloggerlərin məsələsinə də toxunulub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər