çap et  
Röyanın ətir biznesi ciddiləşir
Röyanın ətir biznesi ciddiləşir
Bir sıra xarici şirkətlərlə danışıqlar aparılır
Şənbə, 20.02.2010

Zəminə

Bir sıra maraqlı layihələrə iddialı olan Röya yeni planı barədə danışıb. O bildirib ki, ətir istehsal etmək niyyətindədir. Həmin ətir Röyanın adı ilə satışa çıxarılacaq. Müğənni bildirib ki, artıq bir sıra xarici şirkətlərlə danışıqlar aparılır və onun istəyinə uyan ətir növlərinin Azərbaycana gətirilməsi planlaşdırılır. Röya əksər qadınların sevə biləcəyi bir ətir qoxusu yaratmağın iddiasındadır. Bu səbəbdən ətir biznesinə bir qədər ehtiyatla yanaşır.

Sözünün davamında vurğuladı ki, özünü nəinki müğənni, eyni zamanda biznes qadını kimi də göstərmək niyyətindədir:

"Fiziki gücüm imkan verdiyi təqdirdə fəaliyyətimin qollarını genişləndirməyə çalışacam. Bura nəinki ətir biznesi, başqa yaradıcı işlər də daxil ola bilər".