Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Xatirənin şou-biznes qaydalarından başı çıxmır"
"Xatirənin şou-biznes qaydalarından başı çıxmır"
Röya tərəf deyir ki, o, bekarçılıqdan nə danışdığını bilmir
Şənbə, 20.02.2010

Şəms mətn ölçüsü  

Son aylar yeni yaradıcılıq işi ortaya qoymayan müğənni Xatirə İslam həmkarı Röyanın və Elarizin ünvanına qanqaraldan fikir söyləyib. Xatirə Röyayla bağlı suala belə cavab verib:

"Heç kimin bostanına daş atmaq istəməzdim. Amma belə fonoqramla konsert verməyə qalsa, onu hər gün edə bilərəm. Mənim konsertim klassik ifa, canlı orkestr işidir".

İfaçı hesab edir ki, şou-biznesdə onun atdığı addımları bir çox populyar müğənnilər təkrarlayır:

"Klip çəkdirirəm, darhal onun oxşarını çəkdirirlər. Hansı rejissora klip çəkdirmişəmsə, Röya da dərhal həmin rejissorla işləyib. Elariz isə lap qabağa gedib. Mənim "avtoş"lar haqda klipimdən sonra o da eyni addımı atıb".

Xatirə İslamın açıqlamasına Röya tərəfdən daha kəskin cavab gəldi. Röyanın mövqeyini qəzetimizlə bölüşən prodüseri Kənan əvvəlcə sözünə "Xatirə bekarçılıqdan nə danışdığını bilmir", - deyə başladı:

"Bəzi müğənnilər bekarçılıqdan danışırlar. Məhərrəmlik ayıdı, toy, efir yoxdu. Güclərini boş ittihama yönəldiblər. Şou-biznes qaydalarından başı çıxan da danışır, başı çıxmayan da. Xatirə İslam unudub ki, Heydər Əliyev Sarayında dəfələrlə konsert verən estrada ulduzlarından biri Röyadır. Onun konserti həm klassik, həm də müasir mahnılardan ibarət olub. Sarayda 50 illik stajı olan peşəkarlar çalışır. Belə çıxır ki, biz kimisə aldadıb, sarayda fonoqram ifaya yol açmışıq. Orada böyük aparatlar quraşdırılır və səsi idarə edən heyət var. Röyanın və hər hansı bir müğənninin çıxışı diqqət mərkəzindədir", - deyə Kənan bildirdi.

Onun sözlərinə görə, Röyanın digər məkanlarda da konsertləri canlı keçib:

"Bizim silsilə konsertlər teatrlarda da təşkil edilib. Bunların hamısında Röya canlı oxuyub. Əgər kimsə canlı ifa ilə fonoqramı ayıra bilmirsə, bu onun savadsızlığına dəlalət edir. Ola bilsin ki, həmin müğənnini danışmağa vadar edən səbəb həmin konsertə dəvət alanlar sırasında olmamasıdır".

Xatirənin Röyanı klip rejissorlarına müraciətdə onu təkrarladığı fikrinə də Kənan münasibət bildirdi:

"Elə bir rejissor tanımıram ki, Xatirə ona ilk klip çəkdirən müğənni olsun. O da kimdən sonrasa həmin rejissorla işləyib. Belə çıxır ki, kimisə təkrarlayıb. Əgər onun məntiqi ilə ayaqlaşsaq, hər müğənniyə bir rejissor, bir səs idarəedicisi lazım gəlir. Bu cür qaydalar isə hələ bizdə tətbiq olunmayıb".

Xatirənin Elariz haqqında söylədikləri də cavabsız qalmadı. Elariz bildirdi ki, o, Şahin Zəkizadəyə çəkdirdiyi klip efirə gedəndən sonra Xatirənin eyni mövzuda klipini izləyib. Amma buna qədər həmkarının ekran işi barəsində xəbərsiz olub. Oxşarlığın olduğunu etiraf edən Elariz bunu öz ayağına yazmaq istəmədi. Xatirənin klipinin rejissoru Kənan M.M. olub. Burada müğənninin yox, rejissorun təkrarçılığından söhbət gedə bilər. Lakin mən Şahin Zəkizadə adından danışa bilməyəcəm".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

Müğənnilərin avtomobili gözə gəlib

Röya tarixə düşəcək?

Röya 4 gün oxuyacaq

Rəhim Rəhimlinin verilişi bağlanıb?

Bölmənin digər xəbərləri
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı
Hər şey bu qədər bəsitmiş

Şou-biznesin sirdaşları
Kim kiminlə dostluq edir?

Elnarə fikrindən vaz keçib
Həyat yoldaşının müəllif olduğu verilişə aparıcılıq etməyəcək

Elza Seyidcahan başını keçəl qırxdıracaq
Axı incəsənət qurban tələb edir

Lopez evliliyini xilas etmək istəyir
Ulduz yenidən ana olmağa qərar verib

Nailə Mirməmmədli Nadir Əzimovun iddialarını alt-üst etmək istəyir
Bəstəkar bəstəkarın cavabını verdi

Fidan Qasımova Moskva səhnəsinə çıxacaq
Xuraman xanımın çıxışı isə sual altındadır

Röyanın ətir biznesi ciddiləşir
Bir sıra xarici şirkətlərlə danışıqlar aparılır

"Yağ kimi"nin Türkiyə çəkilişində qalib seçilməyib
Məharətini göstərənlər isə çox idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər