çap et  
Fidan Qasımova Moskva səhnəsinə çıxacaq
Fidan Qasımova Moskva səhnəsinə çıxacaq
Xuraman xanımın çıxışı isə sual altındadır
Şənbə, 20.02.2010

Şəms

Xalq artisti Fidan Qasımova Moskvada konsert verəcək. Konsert aprelin 2-də Moskvanın "Musiqi evi"ndə keçiriləcək. Kamera konserti çərçivəsində təşkil olunacaq konsertdə sənətkarı hansı musiqi qrupunun müşayiət edəcəyi bəlli deyil. Fidan xanımın sözlərinə görə, musiqiçilər Bakıdan olacaq, yalnız pianinoçunun Moskvadan dəvət olunması planlaşdırılıb. Xalq artisti bu seçimin təşkilatçılara məxsus olduğunu bildirdi. Konsertdə Xuraman Qasımovanın çıxış etməyəcəyinin səbəbinə toxunan Fidan xanım bunu onun səhhəti ilə əlaqələndirdi. Bildirdi ki, son günlər Xuraman xanım özünü bir qədər narahat hiss edir və hazırda müalicə kursu keçir. Bu səbəbdən onun səfərə çıxacağı və səhnədə çıxış edəcəyi yaxın aylar üçün planlaşdırılmır:

"Amma ola da bilər ki, o, səhnəyə çıxmaq üçün özünü o ərəfədə daha yaxşı hiss edə bilər və biz səhnəni birlikdə bölüşərik".

Söhbət əsnasında öyrəndik ki, Qasımova bacılarının iyunda Bakıda növbəti konsert proqramı təşkil ediləcək. Fidan xanım proqramın mayda hazır olacağını sözünə əlavə etdi.