çap et  
Lopez evliliyini xilas etmək istəyir
Lopez evliliyini xilas etmək istəyir
Ulduz yenidən ana olmağa qərar verib
Şənbə, 20.02.2010

Şəms

Ekiz oğlan övladları olan məşhur dünya ulduzu Cennifer Lopez yenidən ana olmaq istəyir. Müğənni xarici mətbuata açıqlamasında daha çox uşaq sahibi olmaq istədiyini vurğulayıb. Xatırladaq ki, Maks və Emme adında ekizlərin anası olan dünya ulduzu deyib ki, uşaqlarının qardaşları olmasını arzulayır. Lakin bəzi iddialara görə, müğənni bu addımı atmaqla evliliyini qorumağa çalışır. Son vaxtlar Lopezin həyat yoldaşı Mark Entoni ilə problemlərinin olduğu deyilir. Bu səbəbdən də Lopez ana olacağı xəbəri ilə soyuq münasibətləri bir qədər yumşaltmaq istəyir.