Qalmaqallarla dolu şou-biznes gündəmində qərar tutan sənətçilər sırasında əsl dostluğun var olmasına inanmaq bir qədər çətindir. Amma nə qədər çətin olsa belə onları bir yerdə, bir yığıncaqda yeyib-içən, bir-birinin şərəfinə sağlıq deyən görürük. Görəsən onların dostu və dost olmağa ehtiyacları varmı? Müğənni Ayaz Qasımovun şou-biznesdə "A-trio" qrupunun sabiq üzvü Vüsal Hacıyevlə dostluq etdiyini öyrəndik. Onlar, demək olar ki, bütün günlərini birlikdə keçirirlər. Tədbirlərdə tez-tez birlikdə olan müğənnilər bir-birlərini dost adlandırırlar. Müğənni Elnur sənətdə hamı ilə dostdur, yoldaşdır, mehribandır. Hər halda, özü belə deyir. Yeri gəlmişkən, müğənni daha çox Natavən Həbibi ilə dostluq münasibətində olması ilə diqqəti çəkir. Müğənni Zamiq isə aranjemançı və bəstəkar Nazim ilə dostluq edir. Bundan başqa, o, "şipşirin" ləqəbli gənc müğənni Elçin ilə də yaxşı münasibətdədir. Müğənni Ağadadaş Ağayevlə yaxşı münasibətdə olmasına baxmayaraq, yaş fərqinə görə özünü ona dost saymır. Xalq artisti Mübariz Tağıyevin yaxın dostları bəstəkar Səyavuş Kərimi, Baba Vəziroğlu, Nadir Babayevdir. Onun vaxtilə çox yaxın olduğu Rafiq Babvyev və Malik Fərrux isə artıq dünyasını dəyişib. Xalq artisti Yalçın Rzazadə Yaşar Nuri ilə gənclik illərindən dostluq edir. Onların yoldaşlıq tarixçəsi 60-70-ci illərə söykənir. Müğənninin digər yaxın dostları isə Mübariz Tağıyev və Baba Vəziroğludur. Müğənni Nadir Qafarzadənin sənətdə kişi dostu yoxdur. Qafarzadənin aləmində dostluğun var olduğuna inanmır.
Müğənni Ramal sənətdə əksər kişi müğənnilərlə dost münasibətində olmasına baxmayaraq, Rəhim Rəhimli və Niyaməddin Səlami ilə olan dostluğu xüsusilə seçilir. Müğənni onları özünə sirdaş bilir. Rəhim Rəhimli isə sənət aləmində daha çox Əkbər, Zamiq və Niyaməddin Səlami ilə dostluğu ilə tanınır. Elarizin yaxın dostları Eldar Mansurov, Rüfət Axundov, maestro Ceyhundur. Ədalət Şükürovun yaxın dostları Xəyyam və Vasif Məhərrəmlidir. Maestro Ceyhun isə Türkiyədə yaşayan azərbaycanlı sənətçi Əlixan Səmədovla dostluq edir. Sənətçi hər dəfə Azərbaycana gələndə dostu onu hava limanında qarşılayır.
|