![]() |
çap et |
|
|||
Xalq artisti Brilliant Dadaşovanın adını daşıyan rəsmi saytı (brilliantdadashova.com) bir müddət əvvəl yenilənərək istifadəyə verilib. Lakin orada Azərbaycan dili çıxarılaraq, materiallar iki dildə - türk və ingilis dillərində təqdim edilib. Belə ki, səhifə müğənninin royalda instrumental ifasının görüntüsü ilə açılır və yan tərəfdə onun bir-birini əvəzləyən fotoları əks olunur. Bir qədər aşağıda isə saytda dil seçimi üçün iki - Türkiyənin və İngiltərənin bayrağı əksini tapıb. Saytın aşağı hissəsində göstərilən bölmələrin adlarının türk dilində yazılması, şəxsi səhifənin mexaniki olaraq türk dilində açıldığından xəbər verir. Yəni bu günə qədər istifadədə olan eyniadlı saytdan Azərbaycan dili çıxarılıb. Bunun səbəbini öyrənmək məqsədi ilə Brilliant xanımın özü ilə əlaqə yaratmağa çalışdıq. Lakin müğənni Türkiyədə olduğundan və telefonlara cavab vermədiyindən mövzu ilə bağlı onun mətbuat əlaqələndiricisi danışdı.
"Əvvəlcə xatırladım ki, Brilliant xanımın saytı 2001-ci ildən istifadəyə verilib. Son illərə qədər sayt iki dəfə yenilənib və burada Azərbaycan dili əksini tapıb. Yalnız 3-cü dəfə sayt Türkiyədə yeniləndiyindən orada Azərbaycan dilindən istifadə türkiyəli dizaynerlər üçün çətin olub. Bu səbəbdən də onlar portalı Türkiyə türkcəsində hazırlayıblar. Səbəb yalnız budur. Çünki bizim dildə olan fayllarla işləmək onlar üçün asan deyildi. Eləcə də sayt hər gün yenilənir. Türkiyəli dizaynerlərin bunu bacarmadıqları bəllidir". Sonda mətbuat əlaqələndiricisi bildirdi ki, sayt haqqında türk dilində məlumatlanmaq Azərbaycan vətəndaşı üçün anlaşılmaz olmayacaq. |