Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı
Hər şey bu qədər bəsitmiş
Şənbə, 20.02.2010

Zəminə mətn ölçüsü  

Xalq artisti Brilliant Dadaşovanın adını daşıyan rəsmi saytı (brilliantdadashova.com) bir müddət əvvəl yenilənərək istifadəyə verilib. Lakin orada Azərbaycan dili çıxarılaraq, materiallar iki dildə - türk və ingilis dillərində təqdim edilib. Belə ki, səhifə müğənninin royalda instrumental ifasının görüntüsü ilə açılır və yan tərəfdə onun bir-birini əvəzləyən fotoları əks olunur. Bir qədər aşağıda isə saytda dil seçimi üçün iki - Türkiyənin və İngiltərənin bayrağı əksini tapıb. Saytın aşağı hissəsində göstərilən bölmələrin adlarının türk dilində yazılması, şəxsi səhifənin mexaniki olaraq türk dilində açıldığından xəbər verir. Yəni bu günə qədər istifadədə olan eyniadlı saytdan Azərbaycan dili çıxarılıb. Bunun səbəbini öyrənmək məqsədi ilə Brilliant xanımın özü ilə əlaqə yaratmağa çalışdıq. Lakin müğənni Türkiyədə olduğundan və telefonlara cavab vermədiyindən mövzu ilə bağlı onun mətbuat əlaqələndiricisi danışdı.

"Əvvəlcə xatırladım ki, Brilliant xanımın saytı 2001-ci ildən istifadəyə verilib. Son illərə qədər sayt iki dəfə yenilənib və burada Azərbaycan dili əksini tapıb. Yalnız 3-cü dəfə sayt Türkiyədə yeniləndiyindən orada Azərbaycan dilindən istifadə türkiyəli dizaynerlər üçün çətin olub. Bu səbəbdən də onlar portalı Türkiyə türkcəsində hazırlayıblar. Səbəb yalnız budur. Çünki bizim dildə olan fayllarla işləmək onlar üçün asan deyildi. Eləcə də sayt hər gün yenilənir. Türkiyəli dizaynerlərin bunu bacarmadıqları bəllidir".

Sonda mətbuat əlaqələndiricisi bildirdi ki, sayt haqqında türk dilində məlumatlanmaq Azərbaycan vətəndaşı üçün anlaşılmaz olmayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yazıçılar Birliyinin saytı bərpa olunacaq

Azərbaycanda ilk toy saytı

Fidan Hacıyeva "Tanqo" oxuyacaq

Brilliant Dadaşova öz yaradıcılıq gecəsinə hazırlaşır

Bölmənin digər xəbərləri
 
Şou-biznesin sirdaşları
Kim kiminlə dostluq edir?

Elnarə fikrindən vaz keçib
Həyat yoldaşının müəllif olduğu verilişə aparıcılıq etməyəcək

Elza Seyidcahan başını keçəl qırxdıracaq
Axı incəsənət qurban tələb edir

Lopez evliliyini xilas etmək istəyir
Ulduz yenidən ana olmağa qərar verib

Nailə Mirməmmədli Nadir Əzimovun iddialarını alt-üst etmək istəyir
Bəstəkar bəstəkarın cavabını verdi

Fidan Qasımova Moskva səhnəsinə çıxacaq
Xuraman xanımın çıxışı isə sual altındadır

"Xatirənin şou-biznes qaydalarından başı çıxmır"
Röya tərəf deyir ki, o, bekarçılıqdan nə danışdığını bilmir

Röyanın ətir biznesi ciddiləşir
Bir sıra xarici şirkətlərlə danışıqlar aparılır

"Yağ kimi"nin Türkiyə çəkilişində qalib seçilməyib
Məharətini göstərənlər isə çox idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər