![]() |
çap et |
|
|||
Bakının bir neçə rayonunda bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirli bilinən Matveyev Oleq Aleksandroviç, İbrahimov İbrahim Rəfail oğlu və Ağabalayev Zahid Atabala oğlunun cinayət işi üzrə məhkəmə prosesi başladı.
Müəyyən edilib ki, bankomat oğurluğu ilə məşğul olan bu üç nəfər dost olublar. Onların dostluğu isə məktəb illərindən başlayıb. Uşaqlıqdan texniki işlərə maraq göstərən Oleq bankomatlardan müştərilərin hesablarında olan pulların çıxarılmasında fəallıq göstərib. Bunun üçün Amerikadan sifarişlə aldığı xüsusi qurğuda Rusiyadan aldığı plastik kartlardan vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Daha sonra dostlar şəhərin müxtəlif yerlərinə gedib və bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarıblar. Xatırladaq ki, artıq bir müddət əvvəldən başlayaraq Bakı sakinləri ərazi üzrə rayon polis idarələrinin bölmələrinə gələrək şikayət ərizəsi yazıb, hesablarında olan pulların mənimsənilməsi barədə məlumat veriblər. Paytaxtın Nəsimi, Nərimanov, Yasamal və s. Rayon polis idarələrinə daxil olan şikayət ərizəsi əsasında həmin məsələlərin araşdırılmasına başlanıb. Belə ki, cinayətdə adı hallanan şəxslər 2009-cu il iyulun 11-də Nəbi Bayramova məxsus 305 manatı və elə həmin gün Firəngiz Quliyevaya məxsus 550 manatı bankomatdan çıxararaq oğurlayıblar. İyulun 14-də isə zərərçəkmişlər Əli Bəylərov, Nailə Quliyeva və Məryəm Abbasova olub ki, onlardan da müvafiq olaraq 115, 75 və 110 manat oğurlanıb. Bundan sonra iyulun 15-də Təbriz küçəsindəki bankomatdan Mirteyyub Rəhimova məxsus 308 manat, iyulun 16-da Əlixan Mustafayevə məxsus 91 manat, iyulun 17-də yenidən Təbriz küçəsindəki bankomatdan Antonina Borisovaya məxsus 210 manat oğurlanıb. Araşdırmalar nəticəsində iyulun 18-də daha üç şəxsin pulunun oğurlandığı məlum olub. Onlar eyni yolla Reyhan İsmayılovadan 131 manat, Niyaməddin Abbasovdan 290 manat, Kamran Əliyevdən isə 530 manat oğurlayıblar. Daha sonra iyulun 20-də Zaur Mahmudovun 367 manatını, Yaqut Əhmədovanın 220 manatını, iyulun 24-də isə Azad İsmayılovun 942 manatını bankomatlardan oğurlayıblar. Ümumilikdə cinayət işi üzrə 87 nəfər zərərçəkmiş qismində tanınıb. |