 |
və hər iki zorakı barmaqlıq arxasında
Şənbə, 20.02.2010
|
|
Zorlamada təqsirləndirilən Qazax rayon sakini, 1983-cü il təvəllüdlü İman Rəşid oğlu Namazovun cinayət işi üzrə məhkəmə prosesi başladı.
İman Namazov 2009-cu il oktyabrın 16-da Sevincin (ad şərti verilib) Qazax rayonunun Qarapapaq kəndində olan evinə gələrək, ona pul müqabilində cinsi əlaqədə olmağı təklif edib. Sevinc onun təklifini rədd edib. Təklifinin rədd olunmasından əsəbiləşən İman Namazov Sevincin saçlarından tutaraq, sürüyə-süryə həyətdə olan tikiliyə gətirib. O həmin tikilidə qızı əvvəlcə yumruqla, daha sonra təpikləyərək döyüb. Bundan sonra isə məcburi şəkildə qızla cinsi əlaqədə olub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İman Namazov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanısa da, onunla heç bir yaxın münasibəti olmayıb. Onun sözlərinə görə, mağazadan bir şüşə araq alıblar və Bəxtiyarla birlikdə həmin spirtli içkini qəbul ediblər:
"Bəxtiyarla spirtli içkini qəbul edəndən sonra təmir işləri gördüyümüz evi tərk etdik. Lakin çıxmazdan əvvəl Bəxtiyar mənə yaxınlıqda Sevinc adlı qadının olduğunu və onunla pul müqabilində cinsi əlaqədə olmağın mümkünlüyünü söylədi. Arağın həddən artıq dozada qəbulu mənə çox pis təsir etmişdi, sərxoş vəziyyətdə olduğum üçün kiminləsə cinsi əlaqədə olmaq istədim və Bəxtiyarın bu sözlərindən sonra Sevincin evinə tərəf getdim. Sevincin evinə yaxınlaşanda onun toyuq-cücəyə dən verdiyini gördüm, mən ondan su istədim. Sevinc isə məni evə dəvət etdi və çay verəcəyini bildirdi. Bundan sonra mən içəri daxil oldum və orada Sevincə cinsi əlaqədə olmaq istədiyimi söylədim. Lakin Sevinc mənimlə cinsi əlaqədə olmaq istəmədiyini bildirdi, mən də onun üstünə getdim və Sevinc geri çəkildi. Mən onun üstünə cumaraq, yerə yıxdım və ardıcıl bir neçə yumruq zərbələri vurdum. Onu həyətdən sürüyərək, evə gətirdim və evdə onunla cinsi əlaqədə olmaq istədiyimi deyəndə, o, yenə də mənə müqavimət göstərdi.
Bu zaman onu təpiklə vuraraq, müqavimətini sındırdım. Onun üst paltarını soyundurdum, qalan paltarlarını isə Sevinc özü soyundu".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Sevinclə cinsi əlaqədə olandan sonra həyətdə kiminsə gəzdiyini eşidib. Onun sözlərinə görə, kənd sakini Sərvaz adlı oğlanın gəldiyini görüb: "Sərvazdan nə üçün gəldiyini soruşdum və çıxıb getməsini tələb etdim. Sərvaz gedəndən sonra evə qayətdım və Sevinclə yenidən cinsi əlaqədə oldum".
Cinayət işi üzrə zərərçəkmiş Sevinc isə ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onunla məcburi şəkildə cinsi əlaqədə olub. Onun sözlərinə görə, İman Namazov onunla cinsi əlaqədə olarkən ölümlə hədələyib. O, ifadəsində onu da deyib ki, Sərvaz adlı kənd sakini həyətə gələrkən onu köməyə çağırmağa qorxub: "Səbəb isə İmanın məni ölümlə hədələməsi olub. Onun sözləri yadıma düşdüyü üçün qorxumdan səsimi çıxarmadım".
Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı İman Namazova müqavimət də göstərib: "Həmin vaxt İmana müqavimət göstərmişəm. Evdə əlimə keçən kiçik ölçülü bıçaqla onun sifət nahiyəsinə xəsarət yetirmişəm. Lakin sonradan İmanı öldürəcəyimdən və buna görə də tutulacağımdan qorxaraq, bıçağı yerə atdım. Bundan sonra İman mənim kürəyimə, qoluma, sinəmə, ağzıma təpik və yumruqla zərbələr endirdi. Mənim paltarımı cıraraq əynimdən zorla çıxardı. Alt paltarımı isə könüllü soyunmamışam. O, məni ölümlə hədələyib. Mən də qorxumdan soyunmuşam. O, mənimlə məcburi şəkildə cinsi əlaqədə olub".
Hazırda bu cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə azyaşlı qonşusunu zorlamaqda təqsirli bilinən Qusar rayon sakini, 57 yaşlı Ənvər Niyaz oğlu Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Rayonun Piral-Tala kəndində Ənvər Paşayev 11 yaşlı qızı zorlamaqda təqsirli bilinir.
Təqsirləndirilən 11 yaşlı qızı zorladıqdan sonra meşə massivində gizlənib. Qızın anasının şikayəti əsasında Qusar rayon polis əməkdaşları tərəfindən Ənvər Paşayev gizləndiyi meşədə tutulub. Qeyd edək ki, Ənvər Paşayev əvəllər də zorlama maddəsi ilə həbsdə olub.
|
|
|
Oxşar xəbərlər:
Məhkəmə seksual manyakı qətlə yetirənləri təqsirli çıxardı
Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
Sürücünün başını kəsdi, meyiti yandırdı, qadını zorladı...
Keçmiş məhbus başına gətiriləni açıb danışıb
Zorlama cinayətlərinin sayı artıb
|
|
|