Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Baş həkimi oğurlayan 10 il iş aldı
Baş həkimi oğurlayan 10 il iş aldı
Bu şəxs - mütəşəkkil dəstədən sonuncusu idi
Şənbə, 20.02.2010

Hacı Zeynalov mətn ölçüsü  

Adam oğurluğunda ittiham olunan mütəşəkkil dəstənin sonuncu üzvü, Bakı şəhər sakini, 1975-ci il doğumlu Asif Dilavər oğlu Şirinxunun məhkəməsi başa çatıb. Məhkəmə müəyyən edib ki, Asif Şirinxu 12 dekabr 1999-cu il tarixdə dəmiryol vağzalı ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Yalçın Ələsgər oğlu Süleymanov ilə dalaşıb. O həmin vaxt özündə olan bıçaqla Süleymanova xəsarət yetirib.

Bundan başqa, Şirinxu adam oğurluğu məqsədi ilə Rüstəmov Akif Əşrəf oğlu, Bağırov Xalıq Səccad oğlu, Əhmədov Fərhad Məzahir oğlu, Tağıyeva Gülnarə Hüseynqulu qızı, Həmzəyev İbrahim Dadaşbala oğlu ilə dəstə yaradıblar. O, Tağıyevanın və Həmzəyevin sifarişi ilə 17 may 2000-ci il tarixdə dəstənin digər üzvləri - Əhmədov, Rüstəmov, Bağırov ilə birlikdə 3-cü mikrorayonda yerləşən "Arzu" şadlıq evinin yanına gəliblər. Onlar Bakı şəhərində həkim işləyən İsmayıl Meybulla oğlu Kərimovu xəstəyə baxmaq adı ilə "QAZ-24" markalı avtomaşına mindirərək, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 14A ünvanına gətiriblər. Orada Kərimovu may ayının 19-na qədər saxlayıb və onun yaxın qohumlarından pul tələb ediblər. Kərimovun qaytarılması üçün ailə üzvlərindən 25 min ABŞ dolları alıblar. Məhkəmədə ifadə verən Asif Şirinxu elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Yalçın Süleymanova xəsarət yetirməsi barədə ifadə verməkdən imtina edib.

İfadəsində göstərib ki, 1994-cü ildə Moskva şəhərində oğurluq etdiyinə görə həbs olunub və məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 1995-ci ildə azadlığa buraxılıb. Onun sözlərinə görə, azadlığa buraxılandan sonra Bakı şəhərinə qayıdıb: "Dəstənin üzvü Fərhad Əhmədovu uşaqlıqdan bir qonşu kimi tanımışam. Fərhadla doğulduğum Şamaxı rayonunda qonşu olmuşam".

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2001-ci ilin əvvəllərində yenidən Rusiya Federasiyasının Moskva şəhərinə qayıdıb və həmin şəhərdə yaşayıb. Onun sözlərinə görə, 2008-ci ilin martında Moskva şəhərində olan zaman polis əməkdaşları tərəfindən saxlanıb və üstündə silah aşkar olunduğu üçün 2 il müddətinə azadlıqdan məhrum edilib:

"2009-cu ilin sentyabr ayında isə Bakı şəhərinə etap olunmuşam. Heç bir vaxt Fərhad Əhmədovla adam oğurluğunda, yəni İsmayıl Kərimovun oğurluğunda iştirak etməmişəm. Ümumiyyətlə, İsmayıl Kərimovu və ya ona elan olunmuş ittihamda adları qeyd olunan Gülnarə Tağıyevanı, İbrahim Həmzəyevi, Xaliq Bağırovu, Akif Rüstəmovu tanımıram. Heç bir vaxt həmin şəxsləri görməmişəm və onlarla heç bir cinayətin törədilməsində, eləcə də İsmayıl Kərimovun oğurlanması və əvəzində pul alınmasında iştirak etməmişəm".

Cinayət işi üzrə zərərçəkmiş İsmayıl Kərimov ifadəsində bildirib ki, o, 2000-ci ildə 1 saylı Dəmiryol xəstəxanasında həkim-psixiatr işləyib. Onun sözlərinə görə, işi ilə bağlı ona müraciət edən şəxslərə həmişə tibbi yardım göstərib, ehtiyacı olanların isə evlərinə gedərək yardım edib: "Mayın 17-də həmkəndlisi Gülnarə Tağıyeva tamah məqsədi ilə İbrahim Həmzəyev, Xaliq Bağırov, Akif Rüstəmov, Fərhad Əhmədov və adı sonradan ona məlum olan Şirinxu Asif Dilavər oğlu ilə cinayət əlaqəsinə girərək məni oğurlayıblar. Gülnarə Tağıyeva şairə adı ilə mənə zəng edərək qohumunun xəstə olması ilə bağlı köməklik etməyimi xahiş etdi. Sonra Gülnarə Tağıyeva həmin qohumuna yardım göstərmək üçün məndən evlərinə gəlməyimi xahiş etdi, mən də onunla razılaşdım".

Zərərçəkmiş qeyd edib ki, adı sonradan ona məlum olan Asif Şirinxu ona yaxınlaşaraq, həkim olub-olmadığını soruşub. Onun sözlərinə görə, Asifə həkim olmasını bildirdikdən sonra onu Akif Rüstəmovun idarə etdiyi "QAZ-24" markalı avtomobilə əyləşdirdilər və tanımadığı yerə aparıblar.

Həkim ifadəsinin sonunda qeyd edib ki, onun oğurlanmağını təşkil edən şəxslərdən - Gülnarə Tağıyeva, İbrahim Həmzəyev, Xaliq Bağırov, Akif Rüstəmov və Fərhad Əhmədov hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil veriliblər. Lakin həmin şəxslərdən Şirinxu Asif gizləndiyi üçün tutulmayıb.

Qeyd edək ki, cinayət işində adı hallanan şəxslər Xaliq Bağırov, Gülnarə Tağıyeva, Akif Rüstəmov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 5 dekabr 2000-ci il tarixli hökmü ilə məhkum ediliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri dinlənildikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Asif Şirinxu 10 il müddətinə azadlıqdan məhrum edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Dəmirəlin Azərbaycana sədaqəti hər kəsə bəllidir"

Həkim konserti təxirə saldı

Evlənmək istəyənlər həkimdən keçməli olacaq

Adam oğruları və həriflənmiş kölələr

Maykl Ceksonun ölümündə yeni səbəb

Bölmənin digər xəbərləri
 
İki zorlama hadisəsi
və hər iki zorakı barmaqlıq arxasında

Bankomatlardan pul oğruları
Onlar Bakıda 87 nəfərin hesabına əl gəzdiriblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər