Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Rabitə" "Azərreyl"in qisasını aldı
"Rabitə" "Azərreyl"in qisasını aldı
Şənbə, 20.02.2010

İ.Kərimoğlu mətn ölçüsü  

Bakının qadınlardan ibarət "Rabitə" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışın 1/4 finalında ilk görüşünü keçirib. Komandamız Bakıda Türkiyənin "Əczaçıbaşı" komandası ilə qüvvəsini sınayıb.

Bu görüş həm də bir növ revanş xarakteri daşıyıb. Belə ki, İstanbul klubu ötən ay bu yarış çərçivəsində keçirilən 1/8 final oyunlarında Bakının digər klubu - "Azərreyl"i mübarizədən kənarlaşdırmışdı (3:2; 3:0). "Rabitə" isə Türkiyə klubuna qalib gəlməklə, ölkəmizin ən titullu klubunun "qisası"nı alıb: "Rabitə" - "Əczaçıbaşı" - 3:0 (25:20; 27:25; 25:16).

Oyunun əvvəlində üstünlüyə yiyələnən komandamız ilk setdə asanlıqla qələbə qazanıb. İkinci setdə isə voleybolçularımız çətinliklə üzləşiblər. Lakin rəqib komanda təzyiqi artıraraq hesabı bərabərləşdirib. Buna baxmayaraq, "Rabitə" ikinci seti də öz xeyrinə başa vurub. Növbəti setdə də rəqibə məğlubiyyət acısı daddıran paytaxt klubu cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb.

Fevralın 24-də İstanbul qarşılaşmasında "Əczaçıbaşı"ya bir setdə qalib gəlmək kifayətdir ki, "dördlər finalı"na vəsiqə "Rabitə"yə verilsin. Bu matçla bağlı maraqlı bir faktı da oxucularımızın diqqətinə çatdırmaq istərdik. "Rabitə" - "Əczaçıbaşı" görüşündə tamaşaçıların sayı baxımından ən yüksək göstərici qeydə alınıb. Belə ki, "Sərhədçi" Olimpiya İdman Kompleksində baş tutan oyunu 3000 tamaşaçı izləyib. Halbuki bu mərhələnin digər qarşılaşmalarına üst-üstdə 4500 tamaşaçı baxıb.

Digər oyunların nəticələri:

"Yamamay" (İtaliya) - "Şverimer" (Almaniya) - 3:2 "Dinamo" (Serbiya) - "Srvena Zvezda" - 0:2 "Voley 2004" (Rumıniya) - "Uraloçka" (Rusiya) - 1:3.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərreyl" türk məşqçiyə tapşırıldı

Kimisi qalib, kimisi məğlub

Biri getdi, qaldı dördü

"Marakana" yenidən qurulur

Qələbəyə həsrət qaldıq

Bölmənin digər xəbərləri
 
Ya "Qəbələ", ya da "Simurğ"
Həftəsonu Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq və çempionatın medalları uğrunda mübarizə aparan altı komandanın tam siyahısı bəlli olacaq.

"Tvente" Vaqifsiz çətin qələbə qazandı
"Fənərbaxça" və "Qalatasaray" səfər oyunlarını qələbəsiz başa vurdular

Foqtsun 2010-da ilk sınağı
Millimiz 3 gün sonra İordaniya yığması ilə oynayacaq

"Rubin" Araz Abdullayevi transfer etdi
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını Rusiyada davam etdirəcək.

Ermənilər Bakıya gəlməkdən qorxurlar
Ermənistan Boks Federasiyası (EBF) aprelin 20-də Bakıda başlanacaq gənclər arasında dünya çempionatında iştirakına dair qəti qərara gəlməyib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər