Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Foqtsun 2010-da ilk sınağı
Foqtsun 2010-da ilk sınağı
Millimiz 3 gün sonra İordaniya yığması ilə oynayacaq
Şənbə, 20.02.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Futbol üzrə 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində çıxışını başa vuran milli komandamız yaxın günlərdə yenidən mübarizə meydanına atılacaq. Futbolçularımız fevralın 25-də İordaniya komandasına qarşı yoldaşlıq görüşü keçirəcək. Matç komandamızın fevralın 25-dən martın 1-dək Əmmanda təşkil olunacaq təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Bu, Berti Foqtsun başçılıq etdiyi yığmanın 2010-cu ildə ilk sınağı olacaq. Almaniyalı baş məşqçi bu görüşdə iştirak üçün 22 futbolçuya dəvət göndərib. Milliyə çağırılanlar arasında yeni adlara da rast gəlmək mümkündür. Amit Quluzadə, Fərid Quliyev, Əfran İsmayılov və Rauf Əliyev debütant sayılırlar.

Gözlənilənlərin əksinə olaraq "Simurğ"un 30 yaşlı hücumçusu Elşən Məmmədov milli komandaya çağırılmayıb. Uzun fasilədən sonra kapitan Rəşad Sadıqovu heyətə qaytaran Foqts əvəzində ölkədən kənarda çıxış edən futbolçularımıza - Mahir Şükürovla Vaqif Cavadova dəvət göndərməyib.

Hollandiyanın "Tvente" klubuna transfer olduqdan sonra zədələnən Vaqifdən fərqli olaraq, "Anji"də (Rusiya) oynayan Mahirin belə problemi yoxdur. Ancaq Foqts əvvəl yığmada oynamaqdan imtina edən, sonra isə sözünü geri götürən Mahiri İordaniyaya aparmayacaq. Bu da "Anji"nin həmin vaxt futbolçunu buraxmaması ilə bağlıdır.

M. Şükürovun martın 3-də Lüksemburq yığması ilə səfərdə keçiriləcək yoldaşlıq görüşünə yollanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və İordaniya yığma komandaları indiyədək bir dəfə qarşılaşıblar. 2004-cü ilin avqustunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Yeri gəlmişkən, Berti Foqts Lüksemburq yığması ilə keçiriləcək yoldaşlıq matçı üçün heyəti açıqlayıb. O, səfərdə baş tutacaq oyunun hazırlığına 24 futbolçunu cəlb edəcək. B.Foqts İordaniya yığması ilə keçiriləcək görüş üçün açıqlanan heyətlə müqayisədə, bu dəfə yarımmüdafiəçi Mahir Şükürov və hücumçu Vaqif Cavadovu da komandaya dəvət edib.

Qeyd edək ki, İordaniya - Azərbaycan qarşılaşması Əmman şəhərində fevralın 25-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ya "Qəbələ", ya da "Simurğ"
Həftəsonu Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq və çempionatın medalları uğrunda mübarizə aparan altı komandanın tam siyahısı bəlli olacaq.

"Tvente" Vaqifsiz çətin qələbə qazandı
"Fənərbaxça" və "Qalatasaray" səfər oyunlarını qələbəsiz başa vurdular

"Rabitə" "Azərreyl"in qisasını aldı
Bakının qadınlardan ibarət "Rabitə" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışın 1/4 finalında ilk görüşünü keçirib.

"Rubin" Araz Abdullayevi transfer etdi
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını Rusiyada davam etdirəcək.

Ermənilər Bakıya gəlməkdən qorxurlar
Ermənistan Boks Federasiyası (EBF) aprelin 20-də Bakıda başlanacaq gənclər arasında dünya çempionatında iştirakına dair qəti qərara gəlməyib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər