Bu həftə UEFA Çempionlar Liqasında 1/8, Avropa Liqasında isə 16/1 final mərhələsinin ilk oyunları oldu. Əvvəlcə qitənin ən nufuzlu klub turniri olan Çempionlar Liqasının oyunları barədə.
"LİON" (Fransa) - "REAL" (İspaniya) - 1:0 Jan Makunanın 47-ci dəqiqədə vurduğu yeganə qol "Lion"un Avropa çempionları kubokunun ikiqat qalibi - "Real" üzərində qələbəsini təmin etdi. Maraqlıdır, Fransa klubu son beş ildə üçüncü dəfədir öz meydançasında "Kral klubu"na qalib gəlir.
"MİLAN"(İtaliya) - "MANÇESTER YUNAYTED" (İngiltərə) - 2:3
"Mançester Yunayted" isə Ueyn Runinin dublu sayəsində çətinliklə də olsa, "Milan" üzərində tarixi qələbə qazana bildi. İtaliya klubu növbəti mərhələyə adlamaq üçün martın 10-da "Old Trafford"da rəqibinə qalib gəlməlidir.
"BAVARİYA" (Almaniya) - "FİORENTİNA" (İtaliya) - 2:1
İtaliya komandası bütün oyun boyu yaxşı müdafiə olunsa da, Miroslav Klozenin matçın sonuna bir diqiqə qalmış vurduğu qol meydan sahiblərinə vacib qələbə qazandırdı.
"PORTO" (Portuqaliya) - "ARSENAL" (İngiltərə) - 2:1
İlk görüşdə məğlub olsalar da, "Real", "Milan", "Fiorentina" və "Arsenal" 1/4 finala vəsiqə qazanmaq şansını itirməyiblər.
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları da maraqlı nəticələrlə yadda qalıb. Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klubları səfər oyunlarını qələbəsiz başa vurublar. "Fənərbaxça" Fransada "Lill"ə uduzub. "Qalatasaray" isə İspaniyada "Atletiko" ilə heç-heçə edib.
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Tvente" (Hollandiya) öz meydanında "Verder"lə (Almaniya) üz-üzə gəlib. Vaqif Cavadovun zədəli olduğuna görə iştirak etmədiyi bu matçda "Tvente" minimal hesablı qələbə qazanıb. 16/1 final mərhələsinin oyunlarının nəticələri:
"Fulhem" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) - 2:1
"Liverpul" (İngiltərə) - "Unireal" (Rumıniya) - 1:0
"Hamburq"(Almaniya) - "PSV" (Hollandiya) - 1:0
"Atletiko" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 1:1
"Herta" (Almaniya) - "Benfika" (Portuqaliya) - 1:1
"Atletik" (İspaniya) - "Anderlext" (Belçika) - 1:1
"Kopenhagen" (Danimarka) - "Marsel" (Fransa) - 1:3
"Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) - 3:2
"Rubin" (Rusiya) - "Hapoel" (Tel-Əviv, İsrail) - 3:0
"Ayaks" (Hollandiy) - "Yuventus" (İtaliya) - 1:2
"Tvente" (Hollandiya) - "Verder" (Almaniya) - 1:0
"Lill" (Fransa) - "Fənərbaxça" (Türkiyə) - 2:1
"Brügge" (Belçika) - "Valensiya" (İspaniya) - 1:0
"Vilyareal" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:2
"Standard" (Belçika) - "Zalsburq" (Avstriya) - 3:2.
|