Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Ya "Qəbələ", ya da "Simurğ"
Ya "Qəbələ", ya da "Simurğ"
Şənbə, 20.02.2010

İlham Rəfiyev mətn ölçüsü  

Həftəsonu Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq və çempionatın medalları uğrunda mübarizə aparan altı komandanın tam siyahısı bəlli olacaq. Ötən həftəsonu isə Unibank Premyer Liqasının final mərhələsində mübarizə aparacaq daha bir komandanın adı məlum olub. "İnter", "Xəzər-Lənkəran", "Qarabağ" və "Bakı"nın ardınca "Neftçi" də adını güclülər sırasına yazdırıb. Altıncı pillədə qərarlaşan "Qəbələ" də böyük ehtimalla ilk altılıqda yarışacaq. Ancaq bu, şənbə və bazar günləri XXII turun oyunlarından sonra məlum olacaq.

Ötən turda maraqlı cəhət bundan ibarət olub ki, 6 oyunun 5-i heç-heçə nəticələnib. Yalnız bir oyunda meydan sahibləri qələbə qazanıblar. "Simurğ" Zaqatalada "Olimpik-Şüvəlan"a qalib gələrək, altılığa düşmək şansını qoruyub. "Qəbələ"nin Salyanda "Muğan"ın müqavimətini qıra bilmədiyi isə "Simurğ"un güclülər sırasını düşmək şansını artırıb. "Qarabağ"ın liderliyə yüksəlməsi üçün əlverişli şansı olsa da, "İnter" buna imkan verməyib.

Turun nəticələri: "Simurğ" - "Olimpik-Şüvəlan" - 2:0, "Karvan" - "Bakı" - 1:1, "Standard" - "Turan" - 1:1, "Muğan" - "Qəbələ" - 0:0, "Neftçi" - "Xəzər-Lənkəran" - 0:0, "Qarabağ" - "İnter" - 1:1.

Ötən il avqustun 14-də startı verilən XVIII milli çempionatımız ilk mərhələsini bu gün və sabah XXII turla başa vurur. Son tur altılığa sonuncu vəsiqə sahibinin hansı komanda olacağı baxımından daha çox maraq doğurur.

6-cı "xoşbəxt vəsiqə" ya "Qəbələ", ya da "Simurğ"a qismət olacaq. Amma nəzəri baxımdan çempionatın medalları uğrunda mübarizə aparacaq altılığa düşməyə "Qəbələ"nin daha çox şansı var. Hər halda, Ramiz Məmmədovun baş məşqçi olduğu komandaya istəyinə çatmaq üçün autsayder "Standard"la ev oyununda heç-heçə oynamaq kifayətdir. Bu zaman "Simurğ"un səfərdə "Turan" üzərində qazandığı qələbə nəticə verməyəcək. Çünki bu komandaların xalları bərabər olarsa, reqlamentə görə yaxşı oyunlar əsas götürülür. İlk dövrədə doğma meydanında "Simurğ"u 2:1 hesabı ilə məğlub edən "Qəbələ" səfər matçında heç-heçə edib - 1:1. 20 fevral: "Olimpik - Şüvəlan" - "Qarabağ", "Bakı" - "Muğan";

21 fevral: "Xəzər-Lənkəran" - "Karvan", "Qəbələ" - "Standard", "Turan" - "Simurğ", "İnter" - "Neftçi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarıtmadılar

"Avropanın fəthi" başlanmamış bitdi

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

Qəbələdə musiqi festivalı keçiriləcək

Bölmənin digər xəbərləri
 
"Tvente" Vaqifsiz çətin qələbə qazandı
"Fənərbaxça" və "Qalatasaray" səfər oyunlarını qələbəsiz başa vurdular

Foqtsun 2010-da ilk sınağı
Millimiz 3 gün sonra İordaniya yığması ilə oynayacaq

"Rabitə" "Azərreyl"in qisasını aldı
Bakının qadınlardan ibarət "Rabitə" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışın 1/4 finalında ilk görüşünü keçirib.

"Rubin" Araz Abdullayevi transfer etdi
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını Rusiyada davam etdirəcək.

Ermənilər Bakıya gəlməkdən qorxurlar
Ermənistan Boks Federasiyası (EBF) aprelin 20-də Bakıda başlanacaq gənclər arasında dünya çempionatında iştirakına dair qəti qərara gəlməyib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər