Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Qəzvin Universitetindən 10 tələbə qovulub
Daha 20 tələbənin şəxsi işinə baxılır
Şənbə, 20.02.2010

S.Soltan mətn ölçüsü  

Güney Azərbaycanın Qəzvin Universitetinin 10 tələbəsi bu ali məktəbdən qovulub. "Mehr" agentliyinin xəbərinə əsasən, daha 20 tələbənin şəxsi işinə baxılır. Onlar prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyalarına qatılmaqda suçlanırlar. Universitetin məsullarından biri Əbdüləli Əlbui də olayı təsdiqləyərək deyib ki, 10 tələbə ilə bağlı universitetin inzibati komitəsində ilkin hökm çıxarılıb, ancaq bu qərara yenidən baxıla bilər.

İrandakı inqilabın 31-ci ildönümü günü İrandakı "ayandenews" adlı saytın bütün əməkdaşları ETTELAAT məmurları tərəfindən tutulub. "Yaşıllar"a bağlı olduğu bildirilən "nidayi-səbzi-azadi" adlı saytın əməkdaşlarının da tutulduğu haqda xəbər yayılıb.

Ötən həftə bir qrup ABŞ senatoru insan haqlarını kobud şəkildə pozduğuna görə İrana qarşı daha kəskin sanksiyaların qəbulu ilə bağlı konqresə qanun layihəsi təqdim edib. Əslində İran hakimiyyətinə qarşı bu yöndə təzyiqlərin artması daha məntiqi görünür. Çünki insan haqlarının qorunması məsələsi heç bir dövlətin daxili işi sayılmır.

"GünAzTV"nin xəbərinə əsasən, insan haqlarının müdafiəsi ilə məşğul olan bir qrup hüquq müdafiəçisi BMT-nin Cenevrədəki İnsan Haqları Şurasına müraciət edərək, bu yöndə İrana qarşı basqıları artırmağı istəyiblər. Onlar bu qurumdan İranda insan haqlarının qorunmasını və ya pozulmasını öyrənmək üçün BMT təmsilçilərindən, yaxud təşkilatın mandatı ilə müşahidəçilər göndərilməsi ilə bağlı müraciət ediblər.

Müraciətçi arasında Beynəlxalq Əfv Təşkilatı, İrana dair Beynəlxalq İnsan Haqları Kampaniyası, Dünya Tələbələr Assambleyası, "Hanı mənim səsim" kimi təşkilatların təmsilçiləri də var. Onlar Nyu-Yorkda, BMT baş ofisinin qarşısında inqilabın 31-ci ildönümü günü İslam Respublikasında etiraz aksiyası keçirənlərlə həmrəylik nümayiş etdirmək üçün tədbir gerçəkləşdiriblər. Tədbirdən sonra keçirdikləri mətbuat konfransında beynəlxalq ictimaiyyəti İran hakimiyyətinə qarşı təzyiqləri gücləndirməyə çağırıblar.

İnsan Hüquqları Beynəlxlaq Təşkilatı İranın Təhlükəsizlik Qüvvələrini azından 30 nəfərin ölümünə, seçkidən sonrakı etiraz aksiyalarında 4 mindən çox iştirakçının tutulmasında suçlayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Vəhid Qəzvini divanı çap edilddi

Mənsum İbrahimovun tələbələri konsert verəcək

Tarix müəllimi tarixi təhrif edib

ATƏT ölkələrində insan alverinə dair illik hesabat açıqlandı

Bölmənin digər xəbərləri
 
21 Fevral - Dünya Ana Dili Günü
İran türkləri bu günü məyusluq və hiddətlə qarşılayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər