Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Diktatorun qəzəbindən qorxmamaq...
Diktatorun qəzəbindən qorxmamaq...
Vurğun belə Vurğun idi
Şənbə, 20.02.2010


Şəmistan NƏZİRLİ
mətn ölçüsü  

Səməd Vurğunun bir xasiyyəti vardı: namuslu qadına qul kimi itaət edərdi, uşaq kimi qulluğunda durardı. "Aygün"ü oxuyarkən Səməd Vurğunun istedadı qarşısında bir daha baş əyirəm. Bu əsər qadını müqəddəsləşdirir, ailədə yolunu azanlara bələdçilik edir - bu sözləri bir vaxt Mirvarid Dilbazi yazmışdı. Bu, gerçəkdən belə olmuşdur.

...Haqqında söhbət açmaq istədiyim Pərixanım (ad dəyişdirilib - müəllif) isə məşhur bir inqilabçının nəvəsi idi. Elə bir inqilabçının ki, sovet dövründə onun babasının adı mübarizlər sırasında birinci çəkilməsə də, mütləq ikinci onu yad edib xatırlayırdılar.

Əllinci illərin əvvəllərində siyasi ab-hava hələ də tutqun idi. Bağırovun sərt rejimi Azərbaycanı hələ də qarlı Sibir çöllərinin, Solovetsk adalarının xofunda saxlayırdı.

Yazıçılar roman və povestlərində, dramaturqlar pyeslərində, şairlər poemalarında bu inqilabçının obrazını yaratmağı özlərinə şərəf, yaradıcılıqlarına üzərrik bilirdilər. Çoxsaylı müəssisə, küçə, prospekt, kolxoz və sovxoz onun adını daşıyırdı. Heykəl və büstləri şəhəri bəzəyirdi. Ölkədə xüsusi hörmətə və yüksək imtiyaza malik olan inqilabçı ailəsinə birdən-birə "respublikanın sahibi" - Mircəfər Bağırovun müsbət münasibəti dəyişdi. Arada şayiə də gəzirdi ki, Mircəfər keçmiş inqilabçı dostunun qız nəvəsinə bir könüldən min könülə vurulub. Lakin ismətli gəlin ona tabe olmadığına görə bu müstəbid həmin ailənin bütün imtiyazlarını kəsdirmiş və onu işdən qovdurmuşdu. Nəvənin baba və onun mübarizə yoldaşlarından yazdığı doktorluq işi də yarımçıq qalmışdı. O, iş üçün hara müraciət elədisə, ona eyhamla başa saldılar ki, mümkün deyil... Heç kəs "respublikanın sahibi"nin qəzəbinə gəlmək istəmirdi.

1952-ci ilin qışında bu xəbər Səməd Vurğuna da çatdı. O, inqilabçı nəvəsini yanına çağırtdırdı.

REKLAM

Cavan, ismətli gəlin utancaq nəzərlərilə onun qarşısında dayanmışdı. Şair onun dolanacağını, ailə vəziyyətini soruşdu. Gəlin kədərli səslə:

- Ağırdı, çox ağırdı - deyib, bikef halda başı aşağı dayandı.

Səməd Vurğun:

- Pəri xanım, - dedi, - mənə sizin ailə vəziyyətiniz yaxşı məlumdur. Sizi bir məsləhətə çağırtdırmışam. Mənim "İnqilab və mədəniyyət" jurnalında "Aygün" adlı əsərim hissə-hissə nəşr olunur. Onu oxuyursunuzmu?

- Bəli, oxuyuram, - deyə gəlin inamla cavab verdi.

- Bilirsiniz, mən əsərin jurnal variantını nəşr etdirirəm. Nəsə bir məsələdə bərk narahatam və açığını deyim, çətinlik çəkirəm. Əsərdə belə bir yer var ki, Əmirxan sərxoşluğa qurşanır, ailəsi dağılmaq təhlükəsindədir. Evdən çıxıb gedir, bir müddət Muğanda mühəndis işləyir, yaxşı, sağlam kollektivə düşür, fəallaşır, içkini atır və yenidən evinə, ailəsinə qayıdır. Həyat yoldaşı Aygün isə tərəddüd içindədir, onu yenidən qəbul etsin, yoxsa yox. Şəxsən mən müəllif də tərəddüd edirəm. Bunlar yenidən birləşsin, yoxsa Aygün əri Əmirxanı rədd etsin... Onda da ailə dağılır... Zənnimcə, bu hisslər sizə, bu yaşınıza daha yaxındır. Siz bir gəlin kimi necə bilirsiniz, ailə dağılsın, yoxsa barışıb yenidən xoşbəxt olsunlar?..

Pərixanım tərəddüd etmədən:

- Əlbəttə, barışsalar yaxşıdır, - dedi. - Axı sizin əsərinizin qəhrəmanı Aygün və Əmirxanın övladı - qızı var. O niyə atasız, yetim böyüməlidir?! Şəxsən mənə belə əsər yazmaq qismət olsaydı, onları yenidən barışdırıb xoşbəxt edərdim.

Diqqətlə müsahibini dinləyən Səməd Vurğun:

- Bəs onda siz nə üçün ailənizi dağıdırsınız? - dedi. Mən öyrənmişəm, sizin həyat yoldaşınız kişi kimi pis insan deyil. Öz aramızdı, mənə çatan məlumata görə, ərinizin evdən getməsində günahın çoxusu sizdədir. Əmirxanla Aygünün bircə övladı varsa, sizin ikidir - bir oğlunuz, bir də qızınız var... Gedin ərinizlə barışın, gələn həftədən bizim idarəmizdə işə başlayacaqsınız. Rəva görməyin ki, ailəniz dağılsın.

Üç gün sonra Pərixanım Səməd Vurğunun qəbuluna gəlib utancaq nəzərlərini yerə dikdi:

- Yoldaş Səməd Vurğun, - dedi, - sizin tövsiyənizə əməl etdim...

Bu əhvalatı şairin vəfatının 40 illiyi günündə - 1996-cı il mayın 27-də ağsaçlı Pərixanım danışdı və iftixarla dedi ki, mən ailə xoşbəxtliyimə görə ölənə qədər əziz şairimiz Səməd Vurğuna rəhmət oxuyacam.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır

NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

Bakıda Puşkinin anım günü keçiriləcək

Bölmənin digər xəbərləri
 
Cavanşir Quliyev: "Fəxri ad konkret sənət əsərinə görə verilsin"
Fəxri adların verilməsi hansısa məntiqə əsaslanırmı?

Qarabağ xalçaları təqvimdə
Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənib.

"Böyük olmayan teatr" Bakıda
Bu ilin mayında "Böyük olmayan teatr" adlı rus prodüser mərkəzi Bakıya gələcək.

Musiqiçilərimiz Tehran festivalında çıxış edəcəklər
Azərbaycanlı musiqiçilər fevralın 27-dən martın 5-dək Tehranda XXV Fəcr Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Lənkəran teatrı yeni tamaşalar vəd edir
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı qarşıdakı aylarda bir sıra yeni tamaşalar təhvil verəcək.

Bahar təravətli şeirlər dünyası
78 yaşını qeyd edən Nəriman Həsənzadənin qəlbi indi də şeirlərilə döyünür

Ramiz Quliyev Türkiyədə silsilə konsertlər verəcək
Onun növbəti səfəri İrana olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər