Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Lənkəran teatrı yeni tamaşalar vəd edir
Şənbə, 20.02.2010

mətn ölçüsü  

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı qarşıdakı aylarda bir sıra yeni tamaşalar təhvil verəcək. Teatrın builki repertuarında həm klassik, həm də müasir əsərlər yer alıb. Teatrın direktoru İslam Həsənovun məlumatına görə, baş rejissor Şekspirin "Kral Lir" pyesi üzərində çalışır:

"Bu ilin 4-cü rübündə teatrsevərlərə tamaşanı təqdim edəcəyik. Qriqori Qorinin "Herostratı unudun" pyesi də öz səhnə həllini tapacaq. Kamran Nəzirlinin "Şeytanın işığı" tamaşası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq. Çalışırıq ki, həm müasir, həm də klassik əsərlərə müraciət edək". Öyrəndik ki, hazırda teatrda qırğız yazıçısı Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında "Manqurd" tamaşasının məşqləri gedir. Əsərə quruluşu Sumqayıt teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov verir. Rejissorun fikrincə, bu bəşəri əsər bütün dövrlərlə səsləşir: "Biz burada əsasən Manqurd hissəsini önə çəkdik. Keçmiş və indiki gün baxımından aktual mövzudur. Ona görə Manqurd bölümünü götürdük. Qeyd edim ki, Ç.Aytmatovun əsərləri çox çətin səhnəyə gəlir. Amma teatr kollektivi ilə maraqlı tamaşa hazırlaya bilmişik".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Gəncə Dram Teatrı repertuarını təzələyir

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır

İrəvan Teatrının kollektivi Gürcüstana səfər edəcək

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub

Bölmənin digər xəbərləri
 
Cavanşir Quliyev: "Fəxri ad konkret sənət əsərinə görə verilsin"
Fəxri adların verilməsi hansısa məntiqə əsaslanırmı?

Qarabağ xalçaları təqvimdə
Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənib.

"Böyük olmayan teatr" Bakıda
Bu ilin mayında "Böyük olmayan teatr" adlı rus prodüser mərkəzi Bakıya gələcək.

Musiqiçilərimiz Tehran festivalında çıxış edəcəklər
Azərbaycanlı musiqiçilər fevralın 27-dən martın 5-dək Tehranda XXV Fəcr Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Bahar təravətli şeirlər dünyası
78 yaşını qeyd edən Nəriman Həsənzadənin qəlbi indi də şeirlərilə döyünür

Ramiz Quliyev Türkiyədə silsilə konsertlər verəcək
Onun növbəti səfəri İrana olacaq

Diktatorun qəzəbindən qorxmamaq...
Vurğun belə Vurğun idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər