Musiqiçilərimiz Tehran festivalında çıxış edəcəklər
Şənbə, 20.02.2010
mətn ölçüsü
Azərbaycanlı musiqiçilər fevralın 27-dən martın 5-dək Tehranda XXV Fəcr Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının musiqi qrupunun üzvləri festivalda iştirak etmək üçün İrana yola düşəcək. 9 nəfərdən ibarət qrupa M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov rəhbərlik edəcək. Festivalda xanəndə Zakir Əliyevi tarda Elçin Abbasov, kamançada Sahib Paşazadə və digər musiqiçilər müşayiət edəcəklər.
Qarabağ xalçaları təqvimdəAzərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənib.