Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Donuz qripi"nə qarşı vaksinasiya gedir
"Donuz qripi"nə qarşı vaksinasiya gedir
Risk qrupunda 80 faiz peyvənd edilib
Şənbə, 20.02.2010

İdrak mətn ölçüsü  

"Hazırda A/H1N1 qripi dünyanın 211 ölkəsində qeydə alınıb və bu günə qədər 15 mindən artıq ölüm halı baş verib. Azərbaycanda isə bu xəstəliyə cəmi 14 yoluxma halı qeydə alınmışdı. Şükürlər olsun ki, bu xəstələrin hamısı sağaldı və ölüm halı baş vermədi". APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev dünən keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ÜST tərəfindən Azərbaycana göndərilən 172 min doza vaksin tibb işçilərinə, sərhəd, gömrük xidməti əməkdaşlarına, hamilə qadınlara, xroniki tənəffüs yollarının xəstəlikləri olan xəstələrə vurulub. Artıq Azərbaycanda "donuz qripi"nə qarşı 80 faiz vaksinləşmə aparılıb. Nazir peyvəndlər nəticəsində heç bir ağırlaşma və fəsadın baş vermədiyini də deyib:

"Vaksinlərin təsiri ilə bağlı dəqiq informasiya vermək çətindir. Çünki hansı ölkədə vaksinasiya başlamışdısa və orada fəsadlar olmuşdusa, bunlar açıqlanmayıb. Bəzən insanlar hansısa ağırlaşmaları vaksinlə bağlayırlar. Bu, düzgün deyil. Azərbaycanda həyata keçirilən vaksinasiyada ağırlaşma və fəsad halı qeydə alınmayıb".

Nazir milli səhiyyəmizin son illər bir sıra nailiyyətlər əldə etdiyindən də söz açıb və rəqəmlər gətirib: 2003-cü ildə ölkədə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olub. 2008-ci illə müqayisədə isə ötən il səhiyyənin büdcəsi 50 faizdən çox artıb. O.Şirəliyevin sözlərinə görə, ötən il səhiyyə sahəsində struktur islahatlarına başlanıb. Bu məqsədlə əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanıb. Nəticədə rayonlar üzrə çarpayı fondu orta hesabla 50-55, stasionarların sayı 50 faizədək azaldılıb. Lakin tibb işçilərinin ixtisarına yol verilməyib. Nazir deyib ki, ötən il 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmir və yenidən qurulma işləri həyata keçirilib.

Nazir onu da bildirib ki, "Ana və uşaqlarının sağlamlığının qorunması Dövlət Proqramı"nda nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü artıq istifadəyə verilib. 2009-cu il - "Uşaq İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə 300 mindən artıq uşaq tibbi müayinədən keçirilib. Xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına götürülərək müalicəyə cəlb olunublar.

Şirəliyev deyib ki, Azərbaycanda ana və uşaq ölümü göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə uşaq ölümü göstəricisi 16,7 olubsa, 2009-cu ildə bu göstərici 11,4-ə enib. Ana ölümü əmsalı isə (100 min diri doğulana) müvafiq olaraq 37,6-dan 24,3-ə enib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Səhiyyə xidmətlərindən yoxsullara düşən pay

Bölmənin digər xəbərləri
 
Prezident Avro-2-yə keçməyə göstəriş verdi
Ölkə tam şəkildə Avropa standartlarına uyğunlaşmalıdır

Novruz dəyərləri sınaq qarşısında
Bayramın orijinallığını qoruya biləcəyikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər