Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Novruz dəyərləri sınaq qarşısında
Novruz dəyərləri sınaq qarşısında
Bayramın orijinallığını qoruya biləcəyikmi?
Şənbə, 20.02.2010

İdrak Abbasov mətn ölçüsü  

Novruz yaxınlaşır. Niyə Novruzu xatırladım? - bunun bir qayğıdan doğan səbəbi var. Bildiyimiz kimi, tarixən ölkəmiz kimi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də varolma mücadiləsi verib. Sonra Sərbəstlik. Özünə Qayıdış. İndi isə Qloballaşma... Yenə də milli-mənəvi dəyərləri qorumaq bir zərurət, bir ümdə məsələ kimi bu xalqın qarşısında dayanıb.

Çağdaş gəncliyin bir qismi ekranlarda seyr etdiyi dəyərsizlikləri "Qərb dəyərləri" kimi dərk edərək milli dəyərləri geriqalmışlıq sayır. Milli dəyərlərə xor baxanların çoxunun gerçək Qərb dəyərləri, onun bəşəri mahiyyəti barədə ağıllı-başlı təsəvvürü belə yoxdur. Və yeni bir təhdid. Bu qloballaşan dünyanın çağırışları qarşısında sınaq imtahanına hazırlaşan dəyərlərimizdən biri də Novruzdur. Yeni il, yeni arzular bayramı... Bizim minillərdən üzü bəri gələn bayram. Novruz imtahandan bu dəfə necə çıxacaq?

Novruzun mənşəyi barədə fərqli mülahizələr var. Bir sıra Şərq xalqları onu özünə doğma bilir. İslamın Novruz bayramına öz baxışları mövcuddur.

REKLAM

Əslində isə xalqın bayramla əlaqədar keçirdiyi mərasimlərin heç bir dinlə bağlılığı yoxdur və bu sübut edilib. Orta əsr müəllifləri Şərq ölkələrində İslam yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Tarixi qaynaqlarda Novruz bayrami barədə XI yüzil ərəb tarixçisi Əbu Reyhan əl-Biruni qeydlər aparmış və bu bayramla bağlı xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. O çağın məşhur tarixçisi Nizamül-mülk də öz "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilmişdir.

Mərhum folklorşünas alim, professor Əzizə Cəfərzadənin belə bir mülahizəsi ilə razılaşmamaq olmur ki, Novruz bayramı türklər, ərəblər, farslar, hindilər və digər Yaxın Şərq və Orta Asiya bölgəsi xalqlarının müştərək bayramıdır. Professor qeyd edir ki, eramızdan 487 il əvvəl bu adları çəkilən etnosların mühitində heç bir tarixi hadisə və hansısa tarixi və ya dini şəxsiyyətin mövlud günü ilə bağlı olmayan yeni bir təqvim yaradıblar. "Bu gün bizim milli təqvimə görə heç kəsin anadan olduğu, dünyadan köçdüyü gün deyil. Allahın hökmü ilə qışın getdiyi, baharın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi günü seçib bizim alimlərimiz. Onlar bu günü seçəndə təsadüfən düşüb çərşənbə gününə. Ona görə də çərşənbə günü də bir növ müqəddəs hesab olunur və fikirləşiblər ki, insan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə gətiriblər ilin əvvəlinə. Çərşənbələr Novruzdan, günün bərabərləşməsindən əvvəl olur", - deyə professorun Novruzla bağlı elmi məqaləsində qeyd edilib. Novruz bu xalqlar, bu xalqların təmsil olunduğu ölkələrdə və bizim Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Novruzun dövlət səviyyəsində bayram edilməsində mərhum prezident Heydər Əliyevin rolu olmuşdur. Özü şəxsən Novruz şənliklərində iştirak etməklə bayramın daha da rövnəqlə qeyd olunmasına sanki bir təkan verdi. Prezident İlham Əliyev də ailəsi ilə bərabər Novruz şənliklərində iştirak etməklə bu ənənəni qoruyub saxlayır.

Novruz bayramının diqqət mərkəzində olması üçün bu il Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu jurnalistlər üçün müsabiqə elan edib. Bu məqalə də həmin müsabiqəyə təqdim etmək üçündür.

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Bu ilk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir. İkinci gələn od çərşənbəsidir. Bu günlər günəş torpağı qızdırmağa başlayır. Qədimlərdə od çərşənbəsində tonqallar qalayarmışlar. İndi isə az qala hər çərşənbədə od qalanır və süfrəyə hər ailə üzvünün adına bir şam yandırırlar. Üçüncüsünə yel cərşənbəsi deyilir. Azərbaycanın bəzi bölgələrində bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan budaqları yellədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

Ölkənin iqtisadi inkişaf modeli hazırlanır

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"

Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir

İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər

Bölmənin digər xəbərləri
 
Prezident Avro-2-yə keçməyə göstəriş verdi
Ölkə tam şəkildə Avropa standartlarına uyğunlaşmalıdır

"Donuz qripi"nə qarşı vaksinasiya gedir
Risk qrupunda 80 faiz peyvənd edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər