Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Alman Aynası  
 
 
Azərbaycanda Almaniya Mədəniyyət İli
Dolğun məzmunu və çeşidliliyi ilə heyrətləndirdi
Şənbə, 20.02.2010

mətn ölçüsü  

Ölkələr arasında mədəni mübadilə beynəlxalq münasibətlərdə prinsipial əhəmiyyət kəsb edir. Dövlətlərarası münasibətlərin xüsusi vektoru - mədəni dialoq ölkənin obrazının formalaşmasında və xalqlar arasında münasibətlərin transformasiyasında müəyyənedici amilə çevrilir. Məhz buna görə Azərbaycan hökuməti 2008-ci ildə Almaniyada bizim ölkənin Mədəniyyət İlinin keçirilməsi haqqında qərar vermişdi. 2009-cu ildə isə bizdə Almaniya Mədəniyyət İli çərçivəsində 50 cavab tədbiri keçirildi.

Ölkələrimiz arasında qarşılıqlı mədəni münasibətlər çox uğurludur. Dövlətlərarası münasibətlərdə mədəni mübadilənin rolunu qiymətləndirmək çətindir. Bu mədəni sərmayə "gələcəyə körpü"dən başqa bir şey deyildir. Mədəni mübadilənin səmərəli nəticəsi çox müddət öncədən ölkələr arasında qarşılıqlı əlaqələrə optimal ab-hava və zəmin yaradır. Vətəndaş üçün ölkənin mədəni həyatının və incəsənətinin parlaq təzahürləri nə qədər cəzbedici və maraqlı görünəcəksə, bir o qədər də həmin dövlət yaxşı qonşu və partnyor yerini möhkəm tutmaq şansına malik olacaq.

Beləliklə, bu ötən dekabrda Federativ Respublika səfirliyinin Azərbaycanda keçirdiyi tədbirlər silsiləsi yekunlaşdı. İl çərçivəsində ölkə sakinlərinə alman mədəniyyəti və incəsənəti ilə yaxından tanışlıq üçün əla imkan yaradılmışdı.

Almaniya Mədəniyyəti İlinin devizi "Almaniya ilə tanışlıq" idi. Buna baxmayaraq, səfirlik bizim sakinləri tək Berlinlə deyil, digər şəhərlərlə də tanış etməyi qarşıya məqsəd qoymuşdu. Mədəniyyət İlinin əsas mövzuları bunlar idi: Müasir arxitektura, tətbiqi incəsənət, musiqi, alman dili və ədəbiyyatı, kino və futbol.

Əlbəttə, bir məqalədə il ərzində Azərbaycanın bir neçə şəhərində keçirilən bütün hadisələri işıqlandırmaq mümkün deyil. Sadəcə, bir daha qeyd etmək olar ki, səfirlik tərəfindən keçirilən bütün tədbirlər, mərasimlər məzmunu, dolğunluğu və çeşidi ilə seçilirdi. Hiss olunurdu ki, hazırlıq işi çox incəliklə aparılıb.

SƏRGİLƏR

Azərbaycanda Almaniya Mədəniyyət İli çərçivəsində alman heykəltəraşlarının, rəssam və fotoqraflarının iştirak etdiyi 20 sərgi təşkil edilib. Artıq yanvarın əvvəlindən bu tədbirləri paytaxtın və ölkənin digər şəhərlərinin sakinləri gördü.

Almaniya Mədəniyyət İli Kapelhausda Harmut Müllerin "Azərbaycanın təbiəti" fotosərgisinin açılışı ilə başladı. Bundan başqa, Azərbaycan Turizm İnstitutunda "Almaniya - səyahət ölkəsi" sərgisi açıldı.

REKLAM

Bu tədbirin seyrçiləri hər il bütün dünyadan turistləri cəlb edən Almaniyanın mənzərəli məkanları ilə tanış oldular. Qeyd etmək lazımdır ki, bu sərgi paytaxtdan başqa, Göygöldə, Şəkidə və Sumqayıtda da keçirildi.

Fevralın ən parlaq hadisəsi Dövlət Rəssamlıq Akademiyasında alman rəssamı Günter Ukerin "İztirab çəkən insan" ekspozisiyası oldu. Günter Uker dünyada tanınmış rəssamdır, o öz əsərlərini mismarla yaradır. Rəssam öz əsərlərində insanın mənəvi iztirab və əziyyətlərini verməyə çalışır.

Azərbaycan ictimaiyyətini "Oxuyan fiqurlar" sərgisi orijinallığı ilə heyrətləndirdi.

"Küləyin plastikası". Alman qrafika heykəltəraşı Bernard Lemanın küləyin əsməsinə bənzər səs çıxaran bədii texniki yaradıcılığına bu ad verilib. Bu, rəssamın bütün əsərlərinin ayrılmaz hissəsi olan metal simlərin sayəsində baş verir.

Belə qeyri-adi heykəlin ideyası müəllifdə 20 il əvvəl İntibah dövrünün böyük alman rəssamı Albert Dürerin sərgilərindən birində olarkən yaranıb. Lemanın bu ekspozisiyasında 15 heykəl və 20-dən artıq qrafik işlər var. Onun üç heykəli qalereyadan kənarda açıq havada sərgiləndi.

"Burada təqdim edilən heykəllər xüsusi olaraq küçədə sərgilənib. Külək əsəndə metal simlər hərəkət edərək səs salmağa başlayırlar", - deyə heykəltəraş Bernard Leman aydınlıq gətirir.

Paytaxtda incəsənət xadimlərinin sərgisi də oldu. Sərgi Berlin İncəsənət Universitetinin prezidenti Martin Renert və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə düzənlənmişdi.

Bakı Turizm İnstitutunda "Almaniyanın romantik şəhərləri" sərgisi keçirildi. Çoxsaylı fotolar sərginin seyrçilərinə Almaniyanın görməli, gəzməli yerləri haqqında bilgi verirdi. Bu ölkəyə getmək istəyən azərbaycanlı turistlər onun haqqında daha çox bilgiyə malik oldular. Bu sərgi Göygöldə və Sumqayıtda da keçirildi.

Almaniya Mədəniyyət İli çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Almaniya - ölkə..." müsabiqəsi keçirildi. Nəticə etibarı ilə 27 oktyabrda azərbaycanlı rəssamların əsərlərinin təqdimatı baş tutdu. Qeyd etmək yerinə düşərdi ki, ilk üç yeri tutanlara Berlinə getmək imkanı yaradılıb.

Bir qayda olaraq yay fəsli istirahət mövsümü hesab edilsə də, AFR səfirliyi böyük mədəni layihələrin gerçəkləşdirilməsini dayandırmadı. Beləliklə də, paytaxt sakinləri və qonaqları Rəssamlıq Akademiyasında Mark Şmitsin orijinal "Baku sraces N5" sərgisini izləyə bildilər.

ƏDƏBİYYAT və ALMAN DİLİ

Bu mövzu altında səfirlik bir sıra tədbirlər düzənlədi. Onlardan ən yaddaqalanı uşaqlar üçün "Salam, əziz düşmən" kitab sərgisi oldu. Özü də bu sərgi Bakı və Sumqayıtla yanaşı, Şəkidə və Göygöldə də təşkil edildi. Bu sərgidə müxtəlif ölkələrdə nəşr edilən və dünyada tolerantlığı təbliğ edən kitablar sərgilənmişdi.

Almaniya səfirliyi tərəfindən keçirilən vacib tədbirlərdən biri də "Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid: "Əli və Nino"nun müəllifi kimdir?" adı altında Mirzə Fətəli Axundov adına Milli Kitabxanada keçirildi. Bu sərgidə Qurban Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox kitab və arxiv materialları təqdim edildi. Kolleksiya Tom Rays tərəfindən toplanmışdı.

Sərginin açılışında Almaniya səfiri Per Stankino, M.F.Axundov adına Milli Kitabxananın rəhbəri Kərim Tahirov, Əsəd bəyin yaradıcılığını tədqiq edən və Almaniyadan gələn Yasmin Beylinq iştirak edirdi. Qeyd edək ki, Qurban Səid yeganə Azərbaycan yazıçısıdır ki, alman dilində yazıb. O, dünya və alman ədəbiyyatında xüsusi yer tutur.

"Didi International" uşaq teatrının Kapelhausdakı çıxışı tamaşaçıların çox xoşuna gəldi. Teatr alman nağılı "Xəlifə və hacıleyləy"in motivləri əsasında tamaşa hazırlamışdı.

ARXİTEKTURA

Artıq 2008-ci ilin sonunda Almaniya Mədəniyyət İlinə hazırlıq çərçivəsində Kapelhausda "Bakıda alman arxitektura irsi" fotosərgisi keçirildi. Sərginin eksponatları Azərbaycan paytaxtında almanlar tərəfindən inşa edilən binaların fotoları idi.

İki alman fotoqraf Sebestyan Burger və Orian Kremer XIX əsrin sonu, XX əsrin əvvəlində Bakıda alman memarlar tərəfindən tikilən evlərin geniş fotoqrafikasını Kapelhausda təqdim etdilər.

"Biz sərginin təşkilində bizə kömək edənlərə təşəkkür edirik.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

"Cırtdan partiyalar" paradı, yoxsa...

Almaniyanın gözlənilən qələbəsi

Bölmənin digər xəbərləri
 
Per Stankina: "Ana Tereza mənə deyib ki, ətrafdakılara kömək etmək insana məmnuniyyət verir"
Almaniya Federativ Respublikasının səlahiyyətli və fövqəladə səfiri ilə müsahibə

Kanta Talukdar Stankina: "Bəli, biz bacararıq!"
Bu fikri özünə deviz seçən alman səfirinin xanımı ölkəmizdə böyük layihəyə imza atıb

Alman dili Azərbaycanda
İstənilən əcnəbi dilin, o cümlədən alman dilinin öyrənilməsi insanın dünyagörüşündə yeni pəncərə açır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər