Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Alman Aynası  
 
 
Per Stankina: "Ana Tereza mənə deyib ki, ətrafdakılara kömək etmək insana məmnuniyyət verir"
Per Stankina: "Ana Tereza mənə deyib ki, ətrafdakılara kömək etmək insana məmnuniyyət verir"
Almaniya Federativ Respublikasının səlahiyyətli və fövqəladə səfiri ilə müsahibə
Şənbə, 20.02.2010

Aynurə Əhmədova
L.Bayramova
mətn ölçüsü  

Cənab Stankina ilə bizim görüşümüz "Ayna" və "Zerkalo" qəzetlərinin Almaniya Federativ Respublikasının səfirliyi ilə birgə layihəsi çərçivəsində ənənəvi şəkil alıb. Əfsuslar olsun ki, cari ilin yazında səfirin Azərbaycanda iş müddəti başa çatacaq. Belə demək olar ki, hazırkı görüşümüz bir növ Per Stankinanın gördüyü layihələrin yekunlarına həsr olundu.

- Ötən il Azərbaycandakı Almaniya Federativ Respublikasının səfirliyi Almaniya Mədəniyyət İli keçirdi. Onu necə qiymətləndirirsiniz?

- Mən ötən ili yüksək qiymətləndirirəm və bunun da xeyli səbəbləri var. Bilirsiniz ki, 2008-ci ildə Almaniyada Azərbaycan Mədəniyyət İli keçirildi. Görülən işlər göstərdi ki, Azərbaycan hökuməti də dövlətin xarici siyasətində mədəniyyətin önəmli məsələ olduğu fikrini təsdiqləyir. Başqa sözlə, xarici siyasətin əsasını üç önəmli sütun - siyasət, iqtisadiyyat və mədəniyyət təşkil edir.

Mənim fikrimcə, Azərbaycan və Almaniya kimi ölkələrdə sadaladığım ilk iki sütun - siyasət və iqtisadiyyat öz-özünə dinamik inkişaf edir. Ona görə də üçüncü sütuna - mədəniyyətə daha çox diqqət ayırmaq lazımdır. Axı məhz bu sahə sayəsində xalqlarımız bir-birlərini yaxşı tanıyır, münasibətlər yaradırlar.

Sizin ölkənizdə Almaniya Mədəniyyət İli haqqında danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, biz onu Azərbaycan hökumətinə təşəkkür əlaməti olaraq keçirdik. Məsələ ondadır ki, Azərbaycan hökuməti xaricdə ilk Mədəniyyət İlini hansısa başqa ölkədə deyil, məhz Almaniyada keçirmək haqqında qərar vermişdi.

Digər əhəmiyyətli səbəblərdən biri də o idi ki, biz tədbirlərin proqramını hazırlayanda gördük ki, o çox zəngin və dinamikdir. Bunu dəqiqləşdirdikdən sonra Almaniyanın Xarici İşlər Nazirliyi səfirliyimizə əvvəlcədən planlaşdırılandan daha çox maliyyə vəsaiti ayırdı. Bunun sayəsində mədəniyyət proqramı geniş və əhatəli idi.

Nəticə özünü çox gözlətmədi. Biz 2009-cu ilin birinci və ikinci yarımilliyi üçün zəngin proqram tərtib etdik. Bakıda elə bir diplomatik nümayəndəlik yoxdur ki, Azərbaycanda belə geniş əhatəli mədəniyyət proqramı reallaşdırsın. İl ərzində Azərbaycanın təxminən 6-7 rayonunda 50-dən çox müxtəlif tədbir keçirildi.

REKLAM

Mənim qənaətimcə, bu bizim tərəfimizdən son ildə mədəniyyət sahəsindəki görülən işlərin ən yaxşı göstəricisidir.

Həmçinin qeyd etmək lazımdır ki, Mədəniyyət İli Almaniyaya konkret təsir etdi. Belə ki, Bundestaqın bəzi deputatları Bakıda bir neçə böyük tədbirin açılışında iştirak etdilər.

- Almaniya digər ölkələrdə də belə mədəniyyət proqramları həyata keçirirmi?

- Hər il Almaniya ili və ya həftəsi dünyanın təxminən 20 ölkəsində keçirilir. Bizim parlamentin əksər deputatları Almaniya tərəfinin hansısa ölkədə tədbir keçirdiyi barədə məlumat alaraq məmnuniyyətlə orada iştirak edirlər. Məsələn, Almaniya Federativ Respublikasının xarici işlər üzrə müavini Bakıya səfərindən öncə burada bizim vacib tədbirlərimizdən birinin keçiriləcəyini öyrənəndə orada iştirak etmək arzusunu dilə gətirdi. Azərbaycana gələndə o həmin mərasimdə də iştirak etdi.

- Almaniya səfirliyinin gələcək planları arasında Azərbaycanda mədəni tədbirlərin keçirilməsi planlarının olduğuna şübhəmiz yoxdur... - Sözsüz. Düzdür, bütün bunlan nəinki maliyyə vəsaiti, həm də xeyli insan resursları da tələb edir. Çünki ötən il ərzində bizim səfirliyin əməkdaşları işlə çox yüklənmişdilər. Planlara gəldikdə isə deyə bilərəm ki, ötən ilin payızında Almaniyada parlament seçkiləri keçirildi və bir ay ərzində yeni hökumət yaradıldı. Əfsuslar olsun ki, hökumətin 2010-cu il üçün büdcəsi hələ təsdiqlənməyib. Biz büdcənin cari ilin mayında təsdiq ediləcəyini güman edirik. Hələlik isə bizim yeni tədbirlər keçirmək üçün maliyyə vəsaitimiz yoxdur. Baxmayaraq ki, ideyalarımız çoxdur.

Hələ ötən il biz builki tədbirləri planlaşdırmışdıq. Bizim əsas məqsədli auditoriyamız - tələbələrdir. Məlum olduğu kimi, ötən il Bakı Slavyan Universitetində alman ədəbiyyatı üzrə silsilə mühazirələr başlayıb. Bu il də 4-5 mühazirənin keçirilməsini planlaşdırırıq. Hazırda biz layihənin maliyyələşdirilməsi üzərində düşünürük.

- Tədbirin iştirakçılarından, seyrçilərindən rəylər alırsınızmı?

- Bəli, əlbəttə, alırıq. Özü də çox gözəl rəylər eşidirik. Mədəniyyət İlinin lap başlanğıcında mən qərara aldım ki, keçirilən tədbirlərin mövzusu sizin ölkəniz üçün maraqlı, əhaliniz üçün yaxın olmalıdır. Bunun ən yaxşı nümunəsi Salman Qəmbərovun və Fəridə Məmmədovanın romans gecəsində onların alman bəstəkarlarının əsərlərini ifa etməsi oldu. Gecədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev da iştirak edirdi. Yeri gəlmişkən, o, tədbirin keçirilməsi üçün filarmoniyanı bizim ixtiyarımıza pulsuz olaraq verdi.

Biz həmçinin müxtəlif təhsil ocaqlarının tələbələri üçün tədbirlər keçirmişik. Almaniyadan rəssamları, incəsənət xadimlərini dəvət etmişik ki, sizin ölkənizdə öz işlərini sərgiləsinlər. Bədii nöqteyi-nəzərindən bizim ötən il keçirdiyimiz ən vacib sərgilərdən biri Günter Ukerin sərgisi oldu.

Almanlar təbiətən tədqiqatçıdırlar. Bizim alimlərimiz əksər ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq edirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Kanta Talukdar Stankina: "Bəli, biz bacararıq!"
Bu fikri özünə deviz seçən alman səfirinin xanımı ölkəmizdə böyük layihəyə imza atıb

Azərbaycanda Almaniya Mədəniyyət İli
Dolğun məzmunu və çeşidliliyi ilə heyrətləndirdi

Alman dili Azərbaycanda
İstənilən əcnəbi dilin, o cümlədən alman dilinin öyrənilməsi insanın dünyagörüşündə yeni pəncərə açır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər