Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Apellyasiya şikayətinə baxılması yenə təxirə salındı
Hakimin fikrincə, prosesi uzatmağın "mənası yoxdur"
Şənbə, 13.02.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə bloggerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılması prosesi növbəti - 4-cü dəfə təxirə salınıb. Bu dəfə dinləmələrin təxirə salınmasına Emin Millinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə iştirak edən vəkili Elton Quliyevin gəlmədiyi səbəb olub. Bununla əlaqədar Hacızadənin vəkili İsaxan Aşurov hakimdən prosesi təxirə salmağı xahiş edib ("Turan").

Öz növbəsində hakim Məmmədov "prosesi uzatmağın mənası olmadığını" deyib və onun sözlərindən məlum olub ki, şikayətə baxılmasını başa çatdırmaq niyyətindədir. Bununla belə, hakim müdafiə tərəfin xahişini təmin edib və iclası 17 fevral saat 15:00-a qədər təxirə salıb.

Müttəhimlər məhkəməyə gətirilmişdi, lakin "zərərçəkmişlər" yenə də yox idilər. Xatırladaq ki, yanvarın 8-də iş üzrə zərərçəkmiş kimi keçən Babək Hüseynov və Vüsal Məmmədov iştirak etmədiyi üçün iclas təxirə salınmışdı.

Yanvarın 22-də iclas vəkil Aşurovun xəstəliyi ilə əlaqədar baş tutmadı. Fevralın 5-də məhkəmə iclasının təxirə salınmasına səbəb güclü qar yağması ilə əlaqədar müttəhimlərin məhkəməyə gətirilə bilmədiyi olub. Bloggerlər Adnan Hacızadə və Emin Milli 2009-cu il noyabrın 12-də xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar iyulun 8-də Bakının mərkəzində "Lebanez" kafesində dava salmaqda və guya Babək Hüseynov və Vüsal Məmmədovu döyməkdə ittiham olunublar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
"Ahıska türklərinin Gürcüstanda kompakt yaşaması mümkün olmayacaq"
Bu barədə Gürcüstan baş nazirinin müavini bəyan edib

Moskvada kütləvi dava baş verib
Münaqişə zamanı dörd azərbaycanlı yaralanıb

Sarkisyan Britaniyada biabır olub
Qordon Braunun qəbuluna düşə bilməyib

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında
Dünya ali məktəblərinin 2004-cü ildən bəri internet reytinqi elan olunur.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər