Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Xəyyam Nissanovun ABŞ-da piarı aparılacaq
Xəyyam Nissanovun ABŞ-da piarı aparılacaq
Orada dünya ulduzlarının çalışdığı studiyalarla işləyir
Şənbə, 13.02.2010

Z.Rüstəm mətn ölçüsü  

Müğənni Xəyyam Nissanov Birləşmiş Ştatlardan Bakıya dönüb. Kommersiya məqsədi ilə okeanın o tayına uçan sənətçi vətənə önəmli təkliflərlə qayıdıb. Orada bir sıra görüşlər keçirən sənətçi yaxın günlərdə böyük layihələrə imzasını atacaq. Bu barədə məlumatı qəzetimizə onun prodüseri Murad Arif verib. Təklifləri konkretləşdirən Murad Arif Xəyyamın ABŞ-ın bir sıra məşhur səsyazma studiyalarının nümayəndələri ilə görüşlər keçirdiyini diqqətə çatdırdı:

"Həmin şirkətlər bu gün dünya ulduzları ilə çalışır. Tərəflərin danışıqları Xəyyam Nissanovun mahnı yazdırıb, albom çıxarmasından ibarət idi. Daha sonra böyük konsert proqramının təşkili üçün diasporumuzun adamları ilə görüşlər keçirmişik". Murad Arif Xəyyamın səhnəni tanınmış musiqiçilərlə bölüşəcəyini istisna etmədi.

Murad Arifin sözlərinə görə, konsert layihəsinin həll dövrü keçdiyi üçün bəzi məsələlər dəqiqləşməyib. Bu səbəbdən konkret fikir söyləyə bilmədi. Yalnız öyrənə bildik ki, konsertin yaz, yaxud da yay aylarına təşkili nəzərdə tutulub. Sonra qeyd etdi ki, Amerikada yaşayan və bir müddət əvvəl Brilyant Dadaşovanın klipində tərəf-müqabil olan həmyerlimiz, bəstəkar və cazmen Aslanla da əməkdaşlıq yaradıcılıq planlarına daxildir:

"Xəyyam üçün nəzərdə tutulan planlar çoxluq təşkil edir. Onun ABŞ-da klipinin çəkilməsi barədə danışıqlar baş tutub. Bu barədə fevralın 10-da keçirəcəyimiz mətbuat konfransında bir az da dəqiqləşmiş fikirlərlə danışacağıq".

Sonda öyrəndik ki, mətbuat konfransında Xəyyamın DVD-si, saytı və söz, musiqisi Murad Arifə məxsus olan və əməkdar artist Tünzalə Ağayeva ilə birlikdə duet şəklində ifa edilən "Ürəyimsən" adlı klipin də təqdimatı nəzərdə tutulub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Haqsız rəqabətlə şirkətlər özləri mübarizə aparır

Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq

"Əsrin müqaviləsi" adlı sərgi təşkil edilib

Həzi Aslanovun ev muzeyi təmir edilir

Bölmənin digər xəbərləri
 
Safura Əlizadə saksafonu "Eurovision" səhnəsində səsləndirmək istəyir
Gənc müğənni özünə güvəndiyini deyir

Gövhər Həsənzadə fanklub açır
Bəstəkar yeni ideyasını qələbə adlandırıb

Madonna sevgilisindən ayrıldı
Onların birlikdə görünməsi münasibətlərini əngəlləyib

Maykl Ceksonun ölümündə yeni səbəb
Onun həkimi 4 il həbs cəzası ala bilər

Nailə Əzizi Bakı xatirələrini təzələyib
Və yenidən Alim Qasımovla oxumaq istəyir

Natəvan Həbibi Dubayda klip çəkdirəcək
Bu işin rejissoru ərəb olacaq

ORT hələ də namizəd seçməyib
Rusiyadan "Eurovision"a qatılmaq istəyənlər bir o qədər tanınmış deyil

"Ebru Gündeşin sevgilisi qızımın həyat yoldaşı ola bilməz"
Azəri qızı Günelin atası deyir ki, Rza Zərrab əlində iki qarpız tutub

Rəqsanə plastik əməliyyatlara fasilə verib
Klip çəkilişi üçün Gədəbəyə yollanacaq

İslam Rzayevin əmanətini Xatirə kimə verib?
Xanəndənin həyat yoldaşı müğənnidən gileyləndi

İki tanınmış sənət adamı nikah bağlayacaq?
Xatun gəlinlik, Zabir isə bəy paltarında fotosessiya ediblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər