Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
İslam Rzayevin əmanətini Xatirə kimə verib?
İslam Rzayevin əmanətini Xatirə kimə verib?
Xanəndənin həyat yoldaşı müğənnidən gileyləndi
Şənbə, 13.02.2010

Xatun mətn ölçüsü  

Mərhum xanəndə, xalq artisti İslam Rzayevin həyat yoldaşı Tamara Ağamalıyeva müğənni Xatirə İslamın haqqında gileyləndi. Dedi ki, həyat yoldaşının adını soyadı kimi daşıyan Xatirə bir ildir onun qapısını açmır.

"İslamın sağlığında Xatirə bizə tez-tez gəlirdi. İslamın səhhəti ilə də maraqlanırdı. Lakin ölümündən sonra ayağını qapıdan kəsdi. Heç telefon açıb, mənim əhvalımı da xəbər almır", - deyən Tamara xanım onun yadlaşmasının səbəbini anlaya bilmədiyini söylədi.

Onun fikrincə, əgər müğənni İslamın adını daşıyırsa, onu unutmamalıdır:

"Lakin Xatirə sağlığında İslamın adından bəhrələndi. İndi isə gözləyirəm, bəlkə tələbələrindən biri gəlib məni həyat yoldaşımın qəbri üstə aparar. Bunu ən çox da Xatirədən gözləyirdim. Amma Rövşən Əziz adında tələbəsi hamısından mərhəmətli çıxıb".

Lakin Xatirə İslam Tamara xanımın dediklərini təkzib edərək, özünü vəfasız adlandırmaq istəmədi.

"Mən Tamara xanıma 3 ay əvvəl baş çəkmişəm. Düzdür, get-gəlişim əvvəlki kimi deyil. Çünki o ocaqda İslam müəllimi görə bilmirəm. Amma İslam müəllimin ailəsini tamamilə unutmamışam".

İslam Rzayevin Xatirə İslama bağışladığı qaval ətrafında da söhbətlər dolaşır. Bu barədə xanəndənin bacısı Safura Səlimova daha sərt danışıb.

"İslam ömrünün son günlərində onun üçün qiymətli nə var idisə - lent yazıları, sədəf qavalı, arxiv şəkilləri hamısını qızım Arzuya verdi. Arzunu, demək olar ki, İslam qardaşım böyüdüb. İslam qavalını Xatirəyə birdəfəlik bağışlamamışdı. Necə olur ki, Aygün Bayramova kimi savadlı tələbəsi dura-dura qavalını başqa tələbəsinə bağışlayır? Onun üçün ən qiymətli sədəf üzərində adı həkk olunan qavalıdır ki, onu da qızım Arzu qoruyur".

Xatirə isə öz növbəsində bildirdi ki, qavalı ölümündən sonra İslam müəllimin ailəsinə bağışlayıb: "İstədim ki, ona məxsus olan qiymətli əşya müəllimimin ocağında qalsın".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənnilərin avtomobili gözə gəlib

Bakı İslam Universiteti lisenziya aldı

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

Builki "Qüds günü"ndən ştrixlər

Xatirə İslam hicablanmaq fikrində deyil

Bölmənin digər xəbərləri
 
Safura Əlizadə saksafonu "Eurovision" səhnəsində səsləndirmək istəyir
Gənc müğənni özünə güvəndiyini deyir

Gövhər Həsənzadə fanklub açır
Bəstəkar yeni ideyasını qələbə adlandırıb

Madonna sevgilisindən ayrıldı
Onların birlikdə görünməsi münasibətlərini əngəlləyib

Maykl Ceksonun ölümündə yeni səbəb
Onun həkimi 4 il həbs cəzası ala bilər

Nailə Əzizi Bakı xatirələrini təzələyib
Və yenidən Alim Qasımovla oxumaq istəyir

Natəvan Həbibi Dubayda klip çəkdirəcək
Bu işin rejissoru ərəb olacaq

ORT hələ də namizəd seçməyib
Rusiyadan "Eurovision"a qatılmaq istəyənlər bir o qədər tanınmış deyil

"Ebru Gündeşin sevgilisi qızımın həyat yoldaşı ola bilməz"
Azəri qızı Günelin atası deyir ki, Rza Zərrab əlində iki qarpız tutub

Rəqsanə plastik əməliyyatlara fasilə verib
Klip çəkilişi üçün Gədəbəyə yollanacaq

İki tanınmış sənət adamı nikah bağlayacaq?
Xatun gəlinlik, Zabir isə bəy paltarında fotosessiya ediblər

Xəyyam Nissanovun ABŞ-da piarı aparılacaq
Orada dünya ulduzlarının çalışdığı studiyalarla işləyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər